Azərbaycanda ötən il 62 xarici şirkət ləğv olunub

posted in: Xəbər | 0

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı illik müqayisədə 4,4% artaraq 2018-ci il yanvarın 1-nə 1 635 vahidə çatıb.

Ötən il ərzində bu fəaliyyətlə bağlı 86 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub.

Müəssisə və təşkilatların 96%-ni və ya 1 570 vahidini kommersiya təşkilatları əhatə edib.

Qeyd edək ki, 2017-ci il ərzində, ümumilikdə, ölkədəki müəssisə və təşkilatların sayı 10,5% artaraq 2018-ci il yanvarın 1-i vəziyyətinə 118 594 vahid olub.

Artım iqtisadiyyatın “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

Hesabat ilində Azərbaycanda 100% xarici investisiyalı 786 müəssisə və təşkilat yaradılıb, 62-si ləğv olunub. 2018-ci il yanvarın 1-nə xarici müəssisələrin sayı 7 014 vahid təşkil edib. Bundan başqa, hesabat ilində 190 birgə müəssisə yaradılıb, 13 birgə müəssisə isə ləğv olunub. Beləliklə, 2018-ci ilin əvvəlinə birgə müəssəslərin sayı 2 165 vahidə çatıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib fırıldaqları (4-cü sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

 

4-cü sxem
Saxta ezamiyyə vərəqələri təşkil etməklə edilən fırıldaqçılıq

Elə də olur ki, mühasib şirkətdə işləyən əməkdaşlardan biri ilə dilbir olaraq onun üçün saxta ezamiyyə təşkil edir. Qanunvericiliyə uyğun olaraq, mühasib həmin əməkdaşa “ezamiyyə” xərcləri – nəqliyyat məsrəfi, gündəlik xərclər və mənzil üçün kompensasiya ayırır.

İstənilən xidməti ezamiyyətin sənədləşdirilməsi üçün ezamiyyə faktını təsdiq edən, eləcə də ezamiyyət zamanı çıxacaq xərcləri təsdiqləyən zəruri sənədlər lazımdır: gediş-gəlişi təsdiq edən ezamiyyə vərəqəsi, yol biletləri, otel xərcləri və digər məsrəfləri əks etdirən sənədlər.

Aydındır ki, həmin sənədlərdə lazım olan rekvizitlər, möhürlər və imzalar olmalıdır. O səbəbdən mühasib bu sənədləri əldə etmək “bacarığı olan” əməkdaşa müraciət edir. Ezamiyyə müddətindən asılı olaraq bu, bir və ya bir neçə günlük ola bilər, hər şey bəraətverici sənədlərdən asılı olur.

Müəssisə rəhbəri bu ezamiyyətlər barədə heç nə bilmir. Mühasibin qarşısında duran əsas problem əməkdaşın ezamiyyətə göndərilməsi üçün müəssisə rəhbərinin imzasını almaqdır. Bu məsələ mühasib tərəfindən müxtəlif cür həll oluna bilər. Bəzən hətta müəssisə rəhbərinin adından saxta əmr və imza da təşkil edilə bilər.

Daha hiyləgər üsul – əmri sənədləşdirməməkdir, ezamiyyə xərclərini isə hər hansı başqa bir hesaba (qeyri-xərclər hesabı) köçürməkdir. Mühasib həmin məbləği müəssisənin hesabında qalan gəlirlər hesabına da yatıra bilər, məsələn, debitor və kreditorlarla hesablaşma hesabına. Oradan həmin məbləği o, silməyə heç də tələsmir və sözügedən məbləğ bir növ illərlə “havadan asılı” vəziyyətdə qala bilər.

Beləliklə, mühasib əmr olmadan kimisə ezamiyyətə göndərməkdən çox çəkindiyi üçün həmin məbləği xərclər bölümünə salmaq istəmir, çünki, vergi orqanları ilk növbədə məhz, xərclər bölümünü yoxlayırlar . Belə götürdükdə, təcrübəli mühasib sözügedən məbləği harada gizlətmək lazım olduğunu əla bilir.

Amma, bu fırıldaqçılıq növü böyük risklə müşayiət olunur və vergi müfəttişliyi tərəfindən aparılan daha detallı bir yoxlama hökmən bunu üzə çıxara bilər. Kiçik müəssisədə bundan sui-istifadə edənləri rəhbərliyin özü də üzə çıxara bilər. Bundan ötrü sadəcə müəssisənin kassasında pulların hərəkətini dəqiq nəzarət altında saxlamaq lazımdır və hər bir naməlum məbləğ haqqında məlumatla bağlı dərhal hesabat tələb edilməlidir.

Rəhbərliyin etibar etməsi və diqqətsizliyi isə əksinə bu cür saxtakarlıqları bir qədər də asanlaşdırır. Bir çox rəhbər şəxslərdə sənədləri oxumadan, nəyə imza atdıqlarını bilmədən onları imzalamaq vərdişi yaranıb.

Tabelikdə olanlar (o cümlədən mühasiblər) bu etibardan və ya rəisin diqqətsizliyindən istifadə edərək, imzalamaq üçün müəyyən məqamları – məsələn, direktor harasa tələsir, işgüzar görüşü olur və ya telefonla danışır – gözləməklə, ona bu cür xeyli saxta sənədlər verə bilərlər. Müəssisə rəhbərinin “baxmadan” imzaladığı sənəd hər hansı bir işçinin elə “ezamiyyətə” yola salınması ilə də bağlı ola bilər.

Müəssisə rəhbəri tərəfindən imzalanmış belə bir əmri alan mühasibin işi xeyli asanlaşır. O, çox asanlıqla, qanunvericiliyə uyğun olaraq həmin  saxta ezamiyyəti sənədləşdirir. Belə halda mühasib yoxlama sarıdan da narahat olmur – çünki əlinin altında vergi orqanlarına təqdim etmək üçün “daşdan keçən” sənədlər var.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN. 

“Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda seminar keçirilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı Bakı Biznes Universitetində təşkil olunub. Xidmətin 2018-ci il üçün Tədbirlər Planına uyğun olaraq təşkil olunan, universitetin müəllim və tələbələrinin, ayrı-ayrı işəgötürənlərin iştirak etdiyi tədbir “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusuna həsr olunub.
Seminarı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, universitetin müəllim heyətinin, burada ali təhsil alan və gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan tələbələrin əmək qanunvericiliyi, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahədə qanunvericilikdən irəli gələn prosedurlar barədə maarifləndirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsaslarını diqqətə çatdırıblar. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemi, onun üstünlükləri, bu sistemin tərkib hissələri olaraq göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi bağlanmış əmək müqaviləsi müvafiq bildiriş formasında həmin elektron informasiya sisteminə daxil edilərək sistem tərəfindən qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra təmin edilir. Seminarda Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemindən istifadə prosedurları, əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil edilməsi və qeydiyyatdan keçirilməsi qaydaları diqqətə çatdırılıb.
Tədbirdə işəgötürənin, habelə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri barədə ətraflı məlumatlar verilib. İştirakçılara əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə maarifləndirici bukletlər təqdim olunub, onların aidiyyəti mövzuda sualları cavablandırılaraq aydın şəkildə hüquqi izahatlar verilib.

Mənbə: mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qanuna dəyişiklik edilib

posted in: Maliyyə, Xəbər | 0

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.

“Report” xəbər verir ki, bu, baş nazir Artur Rasizadənin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.