Publik hüquqi şəxslər və Mülki Məcəllənin təsdiqi barədə fərmanlarda kiçik dəyişikliklər edildi

posted in: Xəbər | 0

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 sentyabr tarixli 1606 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 223; 2017, № 7, maddə 1343) 2.2-ci bəndində “Respublikasının Vergilər Nazirliyi həyata keçirir” sözləri “Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 sentyabr tarixli 1606 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə 186) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3.2-ci yarımbənddə “və” sözü “, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə,” sözləri ilə əvəz edilsin.

2. 5.1-ci bənddə “şəxslər” sözü “şəxsləri, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri” sözləri ilə əvəz edilsin.

3. 5.3-cü bənddə “şəxslər və” sözləri “şəxsləri, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri,” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Daha bir ölkə ilə ikiqat vergitutmanın ləğvi ilə bağlı protokol təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Qazaxıstan parlamenti ikiqat vergitutmanın aradan qaldırılması, gəlir vergisi və əmlak vergisi ödənişlərindən yayınmaların qarşısının alınmasına dair Azərbaycanla imzalanmış hökumətlərarası protokolu təsdiqləyib.

Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, protokol məlumat mübadiləsi ilə iki ölkə arasında vergi sahəsində əməkdaşlığın inkişafına xidmət edəcək. O qeyd edib ki, Azərbaycandan Qazaxıstana investisiyalar son 10 ildə 168 mln. dollar, Qazaxıstandan Azərbaycana investisiyaların həcmi 20 mln. dollar təşkil edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi isə son 10 il ərzində 2,8 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, ikiqat vergitutmanın, gəlir vergisi və əmlak vergisi ödənişindən yayınmaların qarşısının alınmasına dair protokol 3 aprel 2017-ci il tarixində Bakıda imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu protokolu 2017-ci il oktyabrın 11-də təsdiq edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə forumu keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Bakıda bu il fevralın 28-də maliyyə forumu keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.

M.Abbasbəylinin sözlərinə görə, forumda hökumət rəsmilərinin iştirakı gözlənilir: “Forumda maliyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərlərinin iştirakı gözlənilir. Bura Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, Dövlət Neft Fondu və digər qurumlar daxildir”.

“Caspian European Club” rəsmisi yeni vergilər naziri ilə görüşmək niyyətində olduqlarını da qeyd edib: “Təbii ki, Vergilər Nazirliyi ilə görüş planlaşdırılır. Yeni nazir təkliflərə açıqdır və islahatlar aparmaq həvəsindədir. Bu, bizi sevindirir və əlavə stimul verir”.

M. Abbasbəyli təkliflərin istiqaməti ilə bağlı da danışıb: “Burada iki istiqamətdə məsələlər var. Birincisi, qanunvericiliklə bağlı müəyyən təkliflərdir, digəri isə mövcud qanunvericiliyin tətbiqi ilə bağlıdır”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (4-cü hissə)

posted in: Maliyyə, muhasibat, Məqalə, Xəbər | 0

Müəssisənin gəlirləri – aktivlərin (pul vəsaitləri, digər vəsaitlər) daxil olması nəticəsində iqtisadi mənfəətin artması və iştirakçıların (mülkiyyət sahibləri) əmanətləri istisna olmaqla, təşkilatın kapitalının artmasına gətirib çıxaran öhdəliklərlə bağlı ödənişlərin həyata keçirilməsi.

Balanslaşmış mühasibat uçotu – balansa daxil olmayan qalıqlar və onun valyutası arxasında görünən hesablar.

Əmlakın formalaşması üçün kredit qaynaqları – müəyyən bir dövr üçün  təşkilatların sahib olduğu mənbələr; bu müddət ötdükdən sonra onlar faizlə birlikdə və ya faizsiz öz sahiblərinə qaytarılmalıdır.

İnventarizasiya – mülkiyyət və maliyyə öhdəliklərinin faktiki mövcudluğunun müəyyən bir tarixdə mühasibat uçotu məlumatları ilə dəqiqləşdirilməsi, müqayisə edilməsi.

Seçmə inventarizasiya – istehsalın ayrı-ayrı sahələrində və ya maddi-məsul şəxslərin fəaliyyətlərinin yoxlanılması zamanı həyata keçirilir.

Dövri inventarizasiya – mülkiyyətin xarakter və növündən asılı olaraq konkret müddətlərdə keçirilir.

Permanent (fasiləsiz) inventarizasiya – il ərzində hər bir obyekt bir dəfə inventarlaşdırmadan keçirilir.

Tam inventarizasiya – təşkilatın bütün növ əmlakının və maliyyə öhdəliklərinin yoxlanılması; illik hesabat tərtib edilərkən və maliyyə və istintaq orqanlarının tələb etdiyi vaxtlarda keçirilir.

İnvestisiya fəaliyyəti – pul ekvivalentlərinə aid olmayan, qısamüddətli və uzunmüddətli və digər investisiyaların alınması və satışı.

Əsas vəsaitlərin aşınması – əsas vasitələrin öz istehlak xüsusiyyətlərini və dəyərini itirməsi.

Kalkulyasiya –  məhsulların (işlərin, xidmətlərin) istehsalına xərclərin ardıcıl şəkildə daxil edilməsi və müəyyən məhsul növlərinin dəyərinin müəyyən edilməsi yolları.

Mühasibat uçotu hesablarının təsnifatı – onların mülkiyyət, öhdəlik və təsərrüfat əməliyyatları kimi əks olunan iqtisadi eyniliklərə nəzərən qruplarda birləşdirilməsi.

Bir-birinə əks (kontrar) mühasibat uçotu – balansların miqdarı üçün əsas hesablarda mülkiyyət balansını azaldacaq hesabları tənzimləmək.

Korrektə üsulu – uçot qeydlərində səhv olanı qeyd etməklə, səhv olanların düzəldilməsi və düzgün yazılışı.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.