Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları və Vahid Tarif Cədvəli ilə bağlı qərarlarda dəyişiklik edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 15
Bakı şəhəri, 16 yanvar 2018-ci il
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr
tarixli 263 nömrəli qərarında dəyişikliklər. edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1138; 2014, № 7, maddə 916, № 8, maddə 1016, № 10, maddə 1325; 2015, № 3, maddə 335, № 6, maddə 775; 2016, № 2 (II kitab), maddə 393, № 3, maddə 626, № 11, maddə 1976; 2017, № 4, maddə 645, № 6, maddə 1234, № 9, maddə 1733; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 491 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. qərara 5 nömrəli əlavə – “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “135”, “120” və “116” rəqəmləri müvafiq olaraq “150”, “135” və “130” rəqəmləri ilə əvəz edilsin;

1.2. qərara 20 nömrəli əlavə – “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “125” rəqəmi “130” rəqəmi ilə əvəz edilsin.

  1. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 14
Bakı şəhəri, 16 yanvar 2018-ci il
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif
(vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli
106 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 618; 2017, № 4, maddə 673) 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilsin.
  2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                   Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Temperament tipinə görə peşə seçimi (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Hansı temperament tiplərinə hansı peşələr uyğun gəlir?

Hansı temperament tipinə aid olduğunuzu bilirsinizmi? Psixoloqlar dörd temperament növünü fərqləndirirlər:

  • Xolerik;
  • Sanqvinik;
  • Fleqmatik;
  • Melanxolik.

Hər bir insan müəyyən temperament tipinə malikdir. Hər temperamentin də özünəməxsus xüsusiyyətləri var, hansı ki bu xüsusiyyətləri bilmək insanın özünü tanıması deməkdir. Psixoloqların fikrincə insanın hansı peşəyə meyilli olması, sırf onun temperamenti ilə bağlıdır. Odur ki, peşə seçimi etməzdən əvvəl, hər kəs öz temperamentini müəyyənləşdirsə, gələcəkdəki iş həyatı üçün daha uğurlu olar.

Bu yazıda xolerik və fleqmatik tip insanlardan bəhs edəcəyik.

Əgər, siz özünüzü lider hesab edirsinizsə, birinciliyə can atırsınızsa, çətinliklərdən qorxmursunuzsa və qarşınızdakı maneələrin öhdəsindən asanlıqla gələ bilirsinizsə, onda siz xoleriksiniz. Xoleriklər özlərinə əmindirlər, öz imkanlarını dəyərləndirməyə meyillidirlər. Bu temperament növündən olan adamlar – dayanıqlı naturaya malik olmasalar da, çox qabiliyyətlidirlər. Onlar hər şeydən yapışmağı sevirlər, asan öyrənirlər və dərhal işə başlayırlar, lakin başladıqları işi sonadək başa çatdırmayıb, tez də ondan əl çəkə bilirlər. Belə insanlar sərbəstliyə can atır və rəhbərliyə tabe olmağı sevmirlər.

Xoleriklər peşə sahəsində uğurları asan əldə edirlər, lazım olan işdə inadkar və israrlı  olurlar. Bu temperament növündən olanlar azadlığa meyillidirlər və stresslərə qarşı dayanıqlı olmaları ilə lovğalana bilərlər, öz güclərini tez bərpa etmək bacarığına malikdirlər. Xoleriklər yeknəsəq işləri yerinə yetirə bilmirlər, daimilik, ümumiyyətlə, onlardan ötrü əks-göstəricidir. Əgər, hesab edirsinizsə ki, xarakterinizdə xolerik növü üstünlük təşkil edir, onda mühasibat uçotu, ofis işi, kitabxanaçılıq və ya proqramlaşdırma sizlik deyil.

Bu temperament növündən olan adamlara daha dinamik peşələr uyğun gəlir: sürücü, təyyarəçi, məşqçi, dispetçer, müstəntiq. Xoleriklərə həmçinin özlərini əyləncə sahəsində, məsələn, rejissor, aparıcı, teleoperator, jurnalist kimi sınamaq da məsləhət görülür. Kəskin və yeni emosiyalar xolerikləri qorxutmur, bu səbəbdən onlar cərrah, geoloq, yanğınsöndürən peşələrinin öhdəsindən də əla gələ bilərlər.

Əgər temperamentiniz yuxarıda göstərilən xarakteristikalara uyğun gəlmirsə, siz ləngsinizsə, lakin əzmkar və çox dözümlüsünüzsə, onda siz fleqmatiksiniz. Bu temperament növündən olan insanlara iş və qərar qəbul olunması zamanı astagəllik xasdır, amma onlar zəhmətsevərlikləri sayəsində həmişə yaxşı nəticələr əldə edə bilirlər. Fleqmatiklər liderlik öhdəliyini öz üzərlərinə götürməyə cəhd etmirlər, bu səbəbdən onları çox vaxt qeyri-təşəbbüskar adlandırırlar. Belə temperament növündən olan insanlara daha çox sabitlik lazımdır.

Fleqmatiklər emosiyalarına yaxşı nəzarət edə bilir və təlaşa düşməyə meyilli deyillər. Hətta stress vəziyyətində belə soyuqqanlılıqla işləməyi bacarırlar. Onlardan əla iqtisadçı, mühasib və ya elm xadimifizik, kimyaçı, astronom, riyaziyyatçı ola bilər. Fleqmatiklər əla riyazi qabiliyyətləri ilə fərqlənirlər, o səbəbdən fleqmatik xarakterli insandan əla mexanik, proqramçı, mühəndis, arxitektorelektrik də ola bilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Komitə sədri Gömrük və Vergi orqanlarının birləşdirilməsi məsələsinə fikir bildirib

posted in: Vergi, Xəbər | 0

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib.

Komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir.

“Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir – nə qərar verilsə, onu icra edəcəyik”, – DGK sədri bildirib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən cəfəng iqtisadi cinayətlər – “Mühasib barədə dastan…”

posted in: iqtisadiyyat, muhasibat, Məqalə, Xəbər | 0

Mühasib dələduzluğu barədə növbəti fakt.

…Sözügedən şəxs bu yaxınlara kimi iri apteklər şəbəkəsində baş mühasib işləyib. Holdinqin rəhbəri xaricə səfərə getdiyi zaman mühasib qadın tabeliyində olanlara pul vəsaitlərini faizsiz istiqraz verən iki nominal şirkətin hesabına köçürmək barədə göstəriş verib. Pullar köçürüldükdən sonra həmin şirkətlər sözügedən məbləği nağdlaşdıraraq, müəyyən mükafat müqabilində baş mühasibə qaytarıblar. Həmin məbləği əldə edən qadın mühasib çalışdığı yerdən işdən çıxıb. Oğurlanmış 8,4 milyon rubla keçmiş baş mühasib özünə mənzillər və ikimərtəbəli kottec alıb. Təbii ki, hazırda həmin mühasib qadınla bağlı cinayət işi qaldırılıb və məhkəməsi gözlənilir.

Yeri gəlmişkən, bu cinayət hadisəsi də Rusiya Federasiyasında baş verib…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.