Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və müraciət prosesi

posted in: Xəbər | 0

Bu xidmət vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbulunu əhatə edir.

Xidmətdən istifadə üçün vergi ödəyiciləri Vergi Məcəlləsinin 77-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ərizə, qərarın qəbulu tələb edilən vergi tutulan əməliyyata aid sənədlər, vergi tutulan əməliyyat üzrə vergi öhdəliklərinin və qanunvericiliyin tətbiqinin doğuracağı hüquqi nəticələrə dair qeydlər, qərarın qəbulu üçün zəruri hesab olunan digər məlumatlar və dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənədlə (ərizəyə və sənədlərə baxıldıqdan və vergi orqanı tərəfindən yazılı və ya şifahi məlumatlandırmadan sonra) birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya qeydiyyatda olduqları vergi orqanlarının xidmət strukturlarına müraciət edə bilərlər.

Xidmət tam elektronlaşdırılıb və vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.new.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə elektron müraciət ünvanlaya bilərlər.

Xidmət nəticəsində vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar və ya həmin qərarın qəbulundan imtina edilməsi ilə bağlı səbəblər vergi ödəyicisinə göndərilir. Qəbul edilmiş qərarlar barədə məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında ayrıca bölmədə yerləşdirilir.

Ətraflı məlumat üçün:

https://www.taxes.gov.az/az/page/vs2023

https://new.e-taxes.gov.az/eportal/az/login

https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

https://www.taxes.gov.az/az/page/vergi-ohdeliyinin-evvelceden-mueyyen-edilmesi-barede-muracietler

Mənbə: vergiler.az

İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar

411 saylı “İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Mühasibat uçotunun hesablar planının 41-ci maddəsində açılmış hesablar (məsələn, 411 saylı “İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” yaxud 413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” və sair hesablar), uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə məlumatların uçotunu aparmaq üçün nəzərdə tutulub.

Qiymətləndirilmiş öhdəliklər dedikdə ödəniş vaxtı:

  • dəyəri qeyri-müəyyən olan, yaxud;
  • ödənilmə ehtimalı aşağı olan öhdəliklər başa düşülür.

Mühasibat uçotunun beynəlxalq standartları “Qiymətləndirilmiş öhdəliklər” anlayışı əvəzinə “Ehtiyatla” yaxud “Yaradılmış ehtiyat fondları” anlayışından istifadə edir. “Provisions, Contingent Liabilities and Contingent Assets” – “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı MUBS 37-yə görə: “Yaradılmış ehtiyat fondları – vaxtı və ya dəyəri qeyri-müəyyən olan öhdəlikdir.” (IAS37:10)

Qiymətləndirilmiş öhdəliklər ehtimaldan yaranır, əsasən hesabat dövrünü əhatə edir. Onları aşağıdakı şərtlər vasitəsilə müəyyən etmək olar:

  1. müəssisə, keçmiş hadisələrin nəticəsi olan cari öhdəliyə sahib olmalıdır;
  2. öhdəliyin ödənilməsi üçün iqtisadi səmərələri təzahür etdirən mənbələrin xaric olunmasının tələb ediləcəyi ehdimal olunmalıdır;
  3. öhdəliyin dəyəri etibarlı qiymətləndirilə bilməlidir.

Yaradılmış ehtiyat fondu adlandırdığımız öhdəliklərin tərkibi yuxarıda qeyd etdiyimiz MUSB (IAS)37- nin 10-11 bəndləri üzrə müəyyən olunur.

“İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı

 “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı mühasibat uçotu subyektlərinin keçmiş əməkdaşlarına olan uzunmüddətli müavinət və başqa ödənişlərlə bağlı öhdəliklərin uçota üçün nəzərdə tutulub. Belə öhdəliklərə aşağıdakı şəxslərə verilməli olan müavinətləri nümunə göstərmək olar:

  • əmək vəzifələrini yerinə yetirərkən xəsarət alanlara;
  • peşə xəstəliyinə tutulmuş işçilərə, yaxud;
  • bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə.

41 nömrəli “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə subhesabların açılması, hesablar üzrə mühasibat yazılışlarının verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsinə görə maddə üzrə aşağıdakı hesablar açıla bilər:

411 №li “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan işdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir, öhdəlik (passiv) hesabıdır.

411 saylı hesab üzrə mühasibat uçotunun tənzimlənməsi

Müəssisənin keçmiş işçilərinə olan uzunmüddətli müavinət və öhdəlikləri cari hesabat dövründə 411 “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabının kreditində və 731 “Sair əməliyyat xərcləri” hesabın debetində əks olunur.

İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər yarandıqda, həmçinin belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirildikdə nəzərdə tutulan qaydaların 35.2.-ci bəndi tətbiq edilir.

İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər üzrə müsbət yaxud mənfi məzənnə fərqi yarandığı hallar sözügedən qaydaların 35.3.-cü bənd ilə nizamlanır.

Belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə mühasibat yazılışları həmin qaydaların 35.4.-cü bəndə əsasında aparılır.

İşçilərə müavinət ödənişi ilə bağlı müxabirləşmə nümunəsi

“A” MMC-nin 5 işçisi şaxtada yeraltı işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün iş zamanı baş verən qəzada dağıntılar altında qalaraq həlak olmuşdur. Baş verən hadisəyə görə “A” MMC həmin işçilərin ailələlərinə müavinət ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Həlak olan işçilərə görə ümumi müavinət hesablandıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 10000.00
2 Həlak olan işçilərə müavinət təqdim olunduqda 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 223 – Bank hesablaşma hesabları 1000.00

İşçiyə təzminat ödənişi zamanı mühasibat yazılışına nümunə

Yaranan münaqişə səbəbilə  “A” MMC öz işçisini işdən azad olunaraq əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı işdən azad olunan işçi“A” MMC-ni məhkəməyə verişdir. Sözügedən işçinin məhkəni qazanacağı gözlənilir. Məhkəmə tərəfindən verilən qərara əsasən “A” MMC işdən azad olunan şəxsə 800 AZN dəyərində pul vəsaiti ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşdən azad olunan işçi üçün təzminat hesablandıqda 731 – Sair əməliyyat xərcləri 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 800.00
2 İşdən azad oluanan işçiyə təzminat təqdim olunduqda 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 223 – Bank hesablaşma hesabları 800.00

406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabı üzrə uçot

Fiziki şəxslərin vergi uçotuna alınması proseduru və tələb olunan sənədlər

posted in: Xəbər | 0

Bu xidmət fiziki şəxsin uçota alınmasını əhatə edir. Xidmət nəticəsində fiziki şəxs uçota alınaraq ona Şəhadətnamə verilir. Uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” təqdim olunur.

Uçota alınma “Fiziki şəxsin uçotu haqqında ərizə” və tələb edilən digər sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda uçota alınması istisna olmaqla) həyata keçirilir və fiziki şəxsin uçotu haqqında şəhadətnamə vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcısında da verilməsi ərizədə qeyd olunduqda şəhadətnamə fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə müvafiq jurnala imza atılmaqla təqdim edilir. Bu şəhadətnamə vergi orqanı tərəfindən fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır.

“Fiziki şəxsin uçotu haqqında ərizə”yə aşağıdakı sənədlər əlavə edilir:

  • Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər üzrə – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • ailə kəndli təsərrüfatlarının başçıları üzrə – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ailə kəndli təsərrüfatının bələdiyyə orqanlarında uçotuna götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti;
  • torpaq mülkiyyətçiləri üzrə – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və “Torpaq sahəsinin planı və ölçüsü”nün surəti.
    Şəxsiyyəti təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazə vəsiqəsi, qaçqın vəsiqəsidir.

18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə birgə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı təqdim edilir.

Ərizə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərindəki xidmət mərkəzləri istisna olmaqla), “ASAN Xidmət” mərkəzlərinə, “KOB evlərinə” təqdim oluna bilər. ƏDV ödəyicisi olacaq fiziki şəxslər isə ərizə ilə birgə “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” təqdim etməlidirlər.

Eyni zamanda, xidmət tam elektronlaşdırılıb və İnternet Vergi İdarəsi Portalı vasitəsilə də həyata keçirilir. Bununla yanaşı, Çağrı Mərkəzi (195-1) vasitəsilə adıçəkilən xidmət qismən elektronlaşıb (media subyektləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçılarına münasibətdə istisna olmaqla).

Ətraflı məlumat üçün:

https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

https://new.e-taxes.gov.az/eportal/az/login

https://www.taxes.gov.az/uploads/2024/telimat/

https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

https://www.taxes.gov.az/az/page/vs2023

Mənbə: vergiler.az

İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar

İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar

posted in: Xəbər | 0

Məzuniyyət hüququ

Məzuniyyətlər üzrə işçi heyəti ilə hesablaşmalar əhatəsinə görə mühasibatlıqda diqqət ediləcək əsas sahələrdən biridir. Əmək Məcəlləsinin 110-cu maddəsinə görə işçi iş yerindən, vəzifəsindən asılı olmayaraq məzuniyyət hüququna malikdir. İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar apararkən nəzərə almaq lazımdır ki, bu hüquqdan istifadə zamanı, onların orta əməkhaqqı saxlanıla bilər. Məzuniyyətin hesablanması prosesində orta əməkhaqqının saxlandığı və saxlanmadığı hallar Əmək Məcəlləsi ilə müəyyən edilir.

Təqdim edilmə səbəblərinə görə işçilərə verilən məzuniyyətlərin növləri bunlardır (ƏM, maddə 112):

  • əmək (əsas və əlavə) məzuniyyət;
  • sosial məzuniyyət;
  • ödənişsiz məzuniyyət;
  • təhsil və yaradıcılıq məzuniyyəti.

Əmək müqaviləsi yaxud kollektiv müqavilələrdə  başqa məzuniyyət növləri nəzərdə tutula bilər.

Məzuniyyətin hesablanması

Məzuniyyətə çıxmış işçiyə mühasibatlıq tərəfindən məzuniyyətin hesablanması aparılır və ona ən geci məzuniyyətin başlanmasına 3 gün qalmış ödəniş edilir. İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar zamanı əməkdaşa veriləcək məbləğ müəyyən edilərkən məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqı əsas götürülür.

Əmək məzuniyyətinin hesablanması zamanı həmin aylardakı əməkhaqqı toplanır və ayların sayına bölünür. İşçi həmin müəssisədə 12 aydan az çalışıbsa elə faktiki tam aylar götürülür. Bu yolla orta aylıq əməkhaqqı tapılır. Bundan sonra həmin məbləğ 30.4 ( bir aydakı günlərin orta sayı) bölünür və orta günlük əməkhaqqı tapılır. Son olaraq alınmış məbləğin məzuniyyət günlərinin sayına vurulması kifayətdir. İstifadə edilməmiş məzuniyyət üçün pul əvəzi məbləği də bu yolla tapılır.

İşçilərə məzuniyyətin hesablanması haqqında buradan daha ətraflı oxumaq olar.

Məzuniyyətin hesablanması və ödənişi zamanı müxabirləşmələr

Təbii ki, ödənişsiz məzuniyyətlərdən danışırıqsa, mühasibat uçotu qeydləri ilə bağlı sual yaranmır. Axı, məbləği olmayan müxabirləşmə yoxdur və məzuniyyətin hesablanması aparılmırsa müxabirləşmə yazılmır.

Məzuniyyət üçün ödənişi zamanı müxabirləşmələr əməkhaqqı məbləğlərinin uçotuna bənzəyir. İstənilən növdə məzuniyyət ödənişləri (əsas, əlavə məzuniyyət üçün – Əmək Məcəlləsinə uyğun olaraq, korporativ – kollektiv müqaviləyə uyğun olaraq), habelə istifadə olunmamış məzuniyyətə görə kompensasiya mühasibat uçotu registrlərində işçilərin əməkhaqqının hesablanması ilə eyni şəkildə əks etdirilir.

Tutaq ki, istehsal sahəsində fəaliyyət göstərən “A” MMC-də işçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar aparılıb. Bu zaman müxabirləşmələr aşağıdakı hesablar üzrə aparılacaq.

Məzuniyyətin hesablanması və ödənişi zamanı müxabirləşmələr 533 saylı hesab

533 saylı mühasibat uçotu hesabı

“Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” adlı 533 saylı hesab Hesablar Planının 53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir.

Bu hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Tənzimləmə zamanı qaydaların 43.19-43.25 bəndləri tətbiq edilir.

Məzuniyyətin hesablanması və uçotu zamanı aşağıdakı beynəlxalq uçot standartlarının tələbləri nəzərə aalınmalıdır:

  • 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (İFRS 2) ;
  • 19 №-li “İşçilərin mükafatlandırılması” MUBS (İAS 19) ;
  • 24 №-li “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” MUBS (İAS 24) .

İstehsal fəaliyyəti ilə bağlı olan və istehsalla bağlı olmayan sahələrdə müxabirləşmə nümunələri ilə buradan daha ətraflı tanış olmaq olar.

İşçini başqa işə keçirmə: ərizə forması

1 297 298 299 300 301 302 303 2. 692