Read More9
Read More9

İnternet üzərindən gəlir əldə edən fiziki şəxslərin öhdəlikləri

posted in: Xəbər | 0

Mən internet üzərindən fəaliyyət göstərib, gəlir əldə etmək istəyirəm. VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) alanda sosial sığorta haqqı ödəməliyəm? Gəlirim aşağı olduğu halda sosial sığorta haqqı ödənişi tələb olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.
Bildirilib ki, sığorta haqları gəlirin miqdarından asılı olmayaraq qanunda nəzərdə tutulan dərəcələrlə hesablanır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, “Sosial sığorta haqqında”, “Tibbi sığorta” Azərbaycan Respublikasının Qanunları

Mənbə: vergiler.az

Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanması qaydası

412 saylı “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli öhdəliklər hesabat tarixindən sonra bir ildən çox ödəmə müddəti olan öhdəliklərdir. Onlar IV (“Uzunmüddətli öhdəliklər”) maliyyə hesabatları bölməsində əks etdirilir. 412 №li “Uzunmüddətli zəmanət öhdəlikləri” bu bölməyə aid olan hesablardan biridir. Mühasibat uçotunun hesablar planına əsasən uzunmüddətli öhdəliklərə aşağıdakı maddələr üzrə açılmış hesablar da daxildir:

  • alınan uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər (alınmış kreditlər, borclar);
  • uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
  • təxirə salınmış vergi öhdəlikləri;
  • uzunmüddətli kreditor borcları;
  • sair uzunmüddətli öhdəliklər prnsiya öhdəlikləri, alınmış avanslar və s.).

“Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS 37) görə “Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.”

“Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı

Mal, iş və ya xidmətlər təqdim olunarkən satış şərtlərindən asılı olaraq müəssisələrdə uzunmüddətli zəmanətlərin yaranması baş verə bilər. Əgər şirkət satış zamanı öz məhsullarına zəmanət verirsə, yaranan öhdəlik bütün zəmanət müddəti ərzində mövcuddur. 412 №li “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində yerinə yetirilməsi tələb olunmayan zəmanət öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Uzunmüddətli öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsi üzrə aşağıdakı hesabları əhatə edir:

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər maddəsi 412 “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

“Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı öhdəlik hesabıdır.

412 saylı hesab üzrə mühasibat yazılışlarının tənzimlənməsi

  • Uzunmüddətli zəmanət öhdəlikləri yaradıldıqda, habelə onlar qısamüddətli kimi təsnifləşdirildikdə mühasibat yazılışları qeyd edilən qaydaların 35.7.-ci bəndi əsasında nizamlanır.
  • Uzunmüddətli zəmanət öhdəlikləri üzrə məzənnə fərqi yarandıqda qaydaların 35.8.-ci bəndi tətbiq olunur.
  • Uzunmüddətli zəmanət öhdəliklərinin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər üzrə mühasibat yazılışları qaydaların 35.9.-cu bəndində əksini tapır.
  • Belə öhdəliklərlə əlaqədar görülən işlərə və göstərilən xidmətlərə görə hesablanmış əlavə dəyər vergisi ilə bağlı mühasibat yazılışı həmin qaydaların 35.10.-cu bəndə əsasında verilir.
  • Uzunmüddətli zəmanət öhdəlikləri ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi halları yuxarıda bəhs olunan qaydaların 35.11.-ci bəndilə nizamlanır.

Zəmanətlə satılmış məişət texnikasının dəyişdirilməsi ilə bağlı müxabirləşmə nümunəsi

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 2 illik zəmanət verir. Zəmanətin  şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə dəyişdirilməlidir. Sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olmuşdur ki satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən yenisi ilə dəyişdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli zəmaət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 711 – Kommersiya xərcləri 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 3900.00
2 Zəmanət ilə paltaryuyan dəyişdirildikdə 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 205 – Mallar 6500.00

Zəmanətlə satılmış məişət texnikasının qaytarılması ilə bağlı müxabirləşmə

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 2 illik zəmanət verir. Zəmanətin şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə qaytarılmalıdır. Məlum olmuşdur ki, sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olduğu üzrə satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli zəmaət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 3900.00

Zəmanətlə  satılmış məişət texnikasının pulu müştəriyə geri ödənildikdə mühasibat yazılı.ları

İstilik sistemlərinin təchizatı ilə məşğul olan “A” MMC bir ədədi 170 manat olan qızdırcıların satışını həyata keçirmişdir. Daha sonra problem yarandığı üçün satılan qızdırcılardan 3 ədədi müştəri tərəfindən geri qaytarılmışdır. Qaytarılan malların pulu kassa hesabından müştəriyə geri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan qızdırıcıların pulu geri ödənildikdə 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 221 – Kassa 510.00

Sabit sadələşdirilmiş vergi ödəyiciləri, verginin dərəcəsi və hesablanması qaydası

191 saylı “Gələcək hesabat dövrlərinin xərcləri” hesabı üzrə uçot (I hissə)

posted in: Xəbər | 0

İl ərzində mühasib tez-tez cari hesabat dövrlərində xərc kimi tanınması mümkün olmayan xərcləri uçota almalı olur. Bu halda onlar gələcək hesabat dövrlərinin xərcləri kimi qeydə alınır. Belə xərclərə nələr aiddir? Onların uçotu necə aparılır? Müxabirləşmələr necə verilir?

Gələcək hesabat dövrlərinin xərcləri

Gələcək hesabat dövrlərinin xərcləri –  hesabat dövründə (yaxud ondan əvvəlki dövrlərdə) çəkilmiş, lakin aid olduğu müddət ərzində malların, işlərin və ya xidmətlərin maya dəyərinə daxil ediləcək xərcləridir.

Hesablama və uyğunluq prinsipinə əsasən, gələcək dövrlərin xərcləri müəssisənin balansında bu əməliyyat üzrə gəlirlərin tanınması anına qədər aktiv kimi əks etdirilir və müvafiq gəlirin tanındığı dövrün xərcləri kimi bərabər şəkildə silinir. Tanınma dövrü sahibkarlıq subyektlərinin kassa yaxud hesablama metodunun tətbiqindən asılıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.4-cü maddəsinə görə mikro sahibkarlıq subyektləri gəlir və xərclərin uçotunu kassa yaxud hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Gələcək hesabat dövrlərinin xərcləri hesablar planının 19-cu (uzunmüddətli – 12 aydan çox) və 24-cü (qısamüddətli – 12 aya qədər) maddələrinə uyğun uçota alınır. Uçotun aparılması, müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Qaydaların 20.1-ci maddəsinə görə 19-cu maddənin tərkibində aşağıdakı hesablar açılır:

Uzunmüddətli gələcək hesabat dövrlərinin xərcləri hesablar planının “Sair uzunmüddətli aktivlər” maddəsinin 191 saylı hesabı üzrə aparılır.

Bu məqalədə hesablar planının 191 saylı hesabı üzrə uzunmüddətli bank kreditləri ilə bağlı gələcək hesabat dövrlərinin xərcləri üzrə uçot nümunələri öz əksini tapıb.

İcarə və xidmətlər ilə bağlı müxabirləşmə nümunələri isə digər məqalədə şərh olunub.

Gələcək hesabat dövrlərinin xərcləri üzrə uçot

Mühasibat uçotu subyektinin gələcək hesabat dövrlərinin xərcləri kimi tanınacaq məbləğlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar 191 saylı “Gələcək hesabat dövrlərinin xərcləri” hesabında əks edilir. Qeyd etdiyimiz kimi, gələcək dövrün xərcləri dedikdə cari hesabat dövründə çəkilsə də, gələcək dövrün gəlirlərinin əldə olunması üçün çəkilən xərclər başa düşülür.

191 №-li “Gələcək hesabat dövrlərinin xərcləri” hesabı aktiv hesabdır.

Yuxarıda qeyd edilən Qaydalara əsasən bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər.

191 saylı hesab üzrə açılan subhesablar: Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrünün xərcləri, Kommersiya xərcləri üzrə gələcək hesabat dövrünün xərcləri, İnzibati xərclər üzrə gələcək hesabat dövrünün xərcləri, Maliyyə xərcləri üzrə gələcək hesabat dövrünün xərcləri

Gələcək hesabat dövrlərində tanınacaq xərclərin əldə edilməsi ilə bağlı mühasibat yazılışı haqqında bəhs olunan qaydaların 20.4.2-ci bəndinə uyğun nizamlanır.

Gələcək hesabat dövrlərinin xərcləri növbəti hesabat dövründə xərc kimi tanınacağı təqdirdə, uyğun mühasibat yazılışı yuxarıda qeyd edilən Qaydaların 20.4.3-cü bəndi əsasında nizamlanır.

Hesablama metodunun tətbiqi zamanı faiz və icarə haqları üzrə xərclərin tanınması Vergi Məcəlləsinin 136.3 maddəsinə əsasən həyata keçirilir.

Uzunmüddətli bank krediti ilə əməliyyatlar üzrə müxabirləşmələr

Nümunə 1:  “A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll olunub. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 17 faizdir. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan uzunmüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 401 – Uzunmüddətli bank kreditləri 80000.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 6800.00
4 Bank krediti üzrə ilk ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
5 Bank krediti üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

İkinci il uzunmüddətli bank krediti uçota alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
2 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 6800.00
3 Bank krediti üzrə ikinci ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
4 Bank krediti üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
5 Bank krediti üzrə ikinci ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
6 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

 

Uzunmüddətli bank kreditləri qısamüddətli bank kreditləri kimi təsnifləşdirildikdə

Nümunə 3:  “A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. Fevral ayında bankdan 35000 manatlıq kredit götürməklə pul problemi həll edilib. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 15 faizdir. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan uzunmüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 401 – Uzunmüddətli bank kreditləri 35000.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 2625.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 2625.00

Lakin may ayında müqavilədə edilən dəyişikliyə əsasən bank krediti ilin sonuna qədər tamamilə ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli bank krediti qısamüddətli bank krediti kimi təsnifləşdirildikdə 401 – Uzunmüddətli bank kreditləri 501 – Qısamüddətli bank kreditləri 35000.00
2 Faiz xərclərində düzəliş edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 2625.00
3 Faiz xərclərində düzəliş edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 2625.00
4 Bank krediti üzrə əsas məbləğ ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 35000.00
5 Bank krediti üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 5250.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 5250.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 5250.00

181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabı üzrə uçot

Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanması qaydası

posted in: Xəbər | 0

Son haqq-hesab işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verildiyi tarixə qədərki dövrə görə işlənmiş iş günlərinə görə əməkhaqqı, istifadə edilməmiş məzuniyyətin kompensasiyası və qanunda nəzərdə tutulan formada və hallarda ödənilməli müavinətdən ibarət olan vəsaitdir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov son haqq-hesabın hesablanması qaydasını şərh edir.

Öncə işçinin işdən çıxdığı tarixə ödənilməli olan ödənişlərə nəzər salaq:

İşdən azad olunan işçiyə aşağıdakı ödənişlər verilməlidir:

1. Faktiki işlədiyi günə qədər hesablanmış əməkhaqqı;

2. Əvvəlki illər və ya aylara görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası;

3. Qanuna uyğun olaraq işdənçıxarma müavinəti.

Qeyd edilənlər son haqq-hesab sayılır.

Faktiki işlədiyi günlərə görə əməkhaqqının hesablanması

Misal 1

Vüqar “AA” MMC-də mühasib vəzifəsində çalışır. O, 19.07.2023-cü il tarixindən öz xahişi ilə işdən çıxmaq barədə müraciət edib. Onun aylıq əməkhaqqı məbləği 1.200 manatdır. Vüqarın işlədiyi günlərə qədər alacağı əməkhaqqının məbləğini hesablayaq:

İstehsalat təqviminə görə iyul ayında 23 iş günü var. Vüqar iyul ayında 15 iş günü işləyib. Deməli, Vüqarın iyul ayı ərzində hesablanmış əməkhaqqı məbləği 782.60 manat olacaq:

(1200 : 23 iş günü) x 15 = 782.60 manat.

Bundan isə müvafiq tutulmalar olacaq.

Əvvəlki illər və ya aylara görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası

Misal 2

Fərz edək ki, işçi 17.04.2023-cü il tarixində işə başlayıb, 05.12.2023-cü il tarixində öz xahişi ilə işdən çıxıb. İşçinin illik məzuniyyət günü 30 gün əsas, 4 gün isə staja görə əlavə məzuniyyətdən ibarət olub. İşdən çıxarkən istifadə edilməmiş məzuniyyət günlərinə əsasən alacağı məbləği hesablayaq:

Əmək Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. İşçi aprel ayını tam işləmədiyi üçün məzuniyyət haqqı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmayacaq. Deməli, işçi 7 tam ay işləyib.

Qeyd etdiyimiz kimi, əlavə məzuniyyətlərə görə kompensasiya ödənilmir.

30 : 365 gün = 0.082 gün (məzuniyyət günü)

0.082 x 233 gün (işlənmiş təqvim günləri) = 19 gün.

İşçinin orta aylıq əməkhaqqı məbləğinin 1.200 manat olduğunu fərz eləsǝk, hesablama aşağıdakı şəkildə olacaq:

1200 : 30.4 = 39.47 manat (1 iş gününə düşən əmək haqqı);

39.47 x 19 = 749.93 manat.

İşçinin əməkhaqqı məbləği: 1200 : 20 gün (dekabr ayında olan iş günlərinin sayı) = 60 manat:

60 x 5 gün (işlənmiş iş günlərinin sayı) = 300 manat.

İşdənçıxarma müavinətinə dair nümunəyə baxaq.

Misal 3

4 il əmək stajına malik işçi 14.02.2019-cu il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) ilə işdən azad olunacağına dair bildiriş alıb. Məcəllənin 77-ci maddəsinə uyğun olaraq öncədən xəbərdar edilib. İşçi ilə işəgötürənin razılığına əsasən, xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını birdəfəyə ödənilməklə əmək müaviləsinə xitam verilməsi qərara alınıb. İşçinin aylıq əməkhaqqı məbləği 1.980 manatdır.

İşçinin dekabr və yanvar aylarında aldığı əməkhaqqı:

1980 + 1980 = 3960 manat;

20 + 21 = 41 iş günü;

3960 : 41 = 96.59 manat.

2019-cu ilin istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20.17-dir.

Deməli, orta əməkhaqqı 1.948 manat olacaq:

96.59 x 20.17 = 1948 manat.

Nümunədə işçinin 1 ildən 5 ilədək stajı olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödənilir.

Yəni, 1948 x 1.4 = 2727.2 manat.

Xəbərdarlıq müddəti əvəzinə müavinətin məbləği isə 1.753.2 manat olacaq:

1948 x 0.9 = 1753.2 manat.

Beləliklə işçi cəmi 4480.4 manat müavinət alacaq:

2727.2 + 1753.2 = 4480.4 manat

Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İşçinin əmək kitabçasının sonuncu iş günü verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı ödənilməlidir.

Misal 4

İşçi başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq üçün razılığa gəlmiş və işlədiyi müəssisənin işəgötürəninə 01.03.2021-ci il tarixdə öz təşəbbüsü ilə 01.04.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət edib. 01.04.2021-ci il tarixdə işəgötürən işçinin əmək müqaviləsinə xitam verərək, nəzərdə tutulmuş ödənişləri etməsinə baxmayaraq işçinin əmək kitabçasının itirilməsi səbəbindən ona əmək kitabçasını təqdim edə bilməyib. İşəgötürən əmək kitabçasını 15.06.2021-ci il tarixdə taparaq işçiyə təqdim edib. Həmin tarixə qədər işçi, digər işəgötürənlə əmək kitabçası olmadığı səbəbindən əmək müqaviləsi bağlaya bilmədiyi üçün ona işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı ödənilməlidir. Orta əməkhaqqının 500 manat olduğunu fərz etsək, bu halda işçiyə 750 manat məbləğində orta əməkhaqqı ödəniləcək.

Eyni zamanda yuxarıda qeyd edilən səbəbdən işçinin əmək kitabçası təhvil verilməməsi nəticəsində işçi yeni işə düzəlməkdə çətinlik çəkə bilər və ya razılaşdığı bir iş əmək kitabçasının olmaması səbəbindən əldən çıxa bilər. Bu halda işçi məhkəmə qarşısında iddia qaldıraraq əmək kitabçasının təhvil verilməməsi səbəbindən ona dəymiş zərərin əvəzinin ödənilməsini işəgötürəndən tələb edə bilər.

Misal 5

Anar “A” müəssisəsində 1.200 manat əməkhaqqı qarşılığında çalışırdı. O, 27.07.2023-cü ildə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi tələbi ilə çıxış edib. O, ərizəsində əmək müqaviləsinə xitam verilmə tarixini Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən 27.08.2023-cü il göstərib. İşçi 30.08.2023-cü il tarixdən “B” müəssisəsində işə başlaması ilə bağlı razılığa gəlib. Bu razılıq 25.08.2023-cü il tarixdə “B” müəssisəsi tərəfindən daxil olmuş rəsmi iş təklifində öz əksini tapıb və əməkhaqqının aylıq 2.700 manat olması vurğulanıb. Rəsmi iş təklifində, əmək kitabçası və şəxsiyyət vəsiqəsi ilə birgə 30 avqust tarixində işçinin işə başlaması qeyd edilib.

Lakin qeyd edilən tarixdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməyib. İşçi də həmin tarixdən sonra işə çıxmayıb və əmək müqaviləsinə xitam verilməsini işəgötürəndən tələb edib. Çünki Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, xitam əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

“B” müəssisəsi 10.09.2023-cü il tarixədək gözləmiş, rəsmi iş təklifi edildiyi halda, sənədlər düzgün formada təqdim edilməyi üçün (əmək kitabçası olmadığı üçün) iş təklifindən imtina edilib.
Anarın əmək müqaviləsinə xitam verilməməsinin səbəbi işəgötürən tərəfindən əmək kitabçasının itirilməsi olub. İşçinin əmək müqaviləsinə 30.09.2023-cü il tarixdə xitam verilib. İşçi məhkəməyə müraciət edib, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi səbəbindən ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldırıb.

Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulan zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Anar pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkillə müqavilə bağlayıb və 1.000 manat xidmət haqqı ödəyib.

Nümunədə yeni işəgötürəndən aldığı rəsmi iş təklifinə əsasən, əmək kitabçasının təqdim edilməməsi səbəbindən müqavilə bağlana bilməmiş və onlar tərəfindən artıq təklif rədd edilib. Bu baxımdan, həmin situasiya əldən çıxmış faydaya nümunədir.

Eyni zamanda son haqq-hesabın vaxtında ödənilməməsi səbəbindən gecikdirilməsi ilə bağlı 1 faiz ödənc ödənilməlidir. Məhkəmə işçinin çəkdiyi digər xərclərin əvəzinin ödənilməsi ilə bağlı da qərar çıxara bilər.

Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı ödənilməlidir.

İşçinin məhkəməyə müraciəti əsasında qeyd edilənlər və digər qanunvericilik aktlarının tələblərini nəzərə alaraq məhkəmə işçiyə dəymiş zərərin ödənilməsi barədə qərar çıxara bilər.

Mənbə: vergiler.az

411 saylı “İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

1 296 297 298 299 300 301 302 2. 692
error: Content is protected !!