Əmək Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsində, 49-cu maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 87-ci maddəsinin 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 3-cü maddəsinin 8-1-ci hissəsində, 87-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 49-cu maddəsinin 2-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 29.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.6. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.7. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 9.2.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.8. həmin Qanunun 9.2.2-ci maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.9. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.4.11-ci, 5.5-ci və 20.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.10. həmin Qanunun 4.4.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Qanunun 5.5-ci və 20.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.12. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.13. həmin Qanunun 12.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun 12.3-cü maddəsinə uyğun olaraq, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə uyğun olaraq, peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə təqdim olunan sənədin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 105 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 88 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

2.2. həmin Qanunun 6-cı maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

5. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasda “5-1-ci hissəsinin ikinci cümləsində” sözləri “8-1-ci hissəsində” sözləri ilə, “2-2-ci (hər iki halda) və 4-cü (birinci halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz olunsun, həmin abzasa “98-ci” sözlərindən əvvəl “87-ci maddəsinin 3-cü və 4-cü hissələrində,” sözləri əlavə edilsin;

5.2. üçüncü abzasdan “49-cu maddəsinin 4-cü hissəsində (ikinci halda),” və “87-ci maddəsinin dördüncü hissəsində,” sözləri çıxarılsın;

5.3. dördüncü – iyirmi dördüncü abzaslar müvafiq olaraq beşinci – iyirmi beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“həmin Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

5.4. beşinci abzasdan “3-cü maddəsinin 5-1-ci hissəsinin birinci cümləsində,” və “87-ci maddəsinin altıncı hissəsində,” sözləri çıxarılsın;

5.5. onuncu abzasdan “49-cu maddəsinin 5-ci hissəsində,” və “87-ci maddəsinin 8-ci hissəsində,” sözləri çıxarılsın;

5.6. iyirmi ikinci abzasda “3-cü maddəsinin 5-1-ci hissəsində, 49-cu maddəsinin 2-2-ci (hər iki halda) və 4-cü hissələrində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri “49-cu maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz edilsin;

5.7. iyirmi üçüncü abzasa “Məcəllənin” sözündən sonra “3-cü maddəsinin 8-1-ci hissəsində,” sözləri və “98-ci” sözlərindən əvvəl “87-ci maddəsinin 4-cü hissəsində,” sözləri əlavə edilsin.

6. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611 (Cild I) 3.19-cu bəndinə “Məcəllənin” sözündən sonra “29.1-ci maddəsinin birinci cümləsində və” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 15-1-ci hissəsində “əmək kitabçasında və şəxsi işində” sözləri “şəxsi işində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 48 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 10-cu hissəsi aşağıdakı redaksiyada verilsin:

“10. Dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə əmək kitabçasına əsasən müəyyən edilir.”.

9. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-cu hissəsindən “əmək kitabçası əsasında” sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I); 2024, № 4, maddə 378, № 5 (I kitab), maddələr 517, 529) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.3.6-cı yarımbəndində “ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla” sözləri “olduğu halda” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 965 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.5-ci bəndinin dördüncü abzasına “kitabçası” sözündən sonra “(olduğu halda)” sözləri əlavə edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I); 2024, № 3, maddə 254, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş Əlavə III − “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 3.1.3-2-ci yarımbəndinə “hallarda işçinin” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş” sözləri əlavə olunsun və həmin yarımbənddə “müqaviləsi bildirişinin” sözləri “müqaviləsinin” sözü ilə, “işçinin müraciəti əsasında əmək kitabçasında” sözləri “həmin informasiya sistemində” sözləri ilə əvəz edilsin.

13. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 3-cü hissəsi ləğv edilsin.

14. “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 563 (Cild I) 1.2-ci bəndində “Əmək müqaviləsi bildirişi üzrə” sözləri “Mərkəzləşdirilmiş” sözü ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 150 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 2-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 1-ci bəndi ləğv edilsin.

16. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 132 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2.1-ci bəndə “4.4.10-cu,” sözlərindən sonra “4.4.11-ci,” sözləri, “20.4-cü,” sözlərindən sonra “20.6-cı,” sözləri əlavə olunsun və həmin bənddə “, 18.2–18.6-cı” sözləri “maddələrində, 18.2-ci maddəsinin birinci cümləsində, 18.3-cü, 18.6-cı” sözləri ilə əvəz edilsin;

16.2. 2.5-ci bəndə “20.2-ci,” sözlərindən sonra “20.6-cı,” sözləri əlavə olunsun və həmin bənddə “, 18.2-ci, 18.4–18.6-cı” sözləri “maddələrində, 18.2-ci maddəsinin birinci cümləsində, 18.6-cı” sözləri ilə əvəz edilsin;

16.3. 2.21-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.22-ci bənd əlavə edilsin:

“2.22. həmin Qanunun 4.4.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.”.

17. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2.1-ci bənd ləğv edilsin;

17.2. 7.14-cü bənddən “əmək kitabçasında müvafiq qeydiyyat aparılan” sözləri çıxarılsın.

18. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

18.1. 2.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.5. əmək müqavilələrinin əsli, əmək müqavilələrində dəyişikliklər edilməsi haqqında sənədlərin əsli, elektron sənəd formasında bağlanılan əmək müqavilələrinə münasibətdə isə əmək müqavilələri, onlarda edilmiş dəyişikliklər və onlara xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarış;”;

18.2. 2.4.3-cü yarımbəndə “kitabçasının” sözündən sonra “(olduğu halda)” sözləri əlavə edilsin.

19. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

19.1. 2.1-ci bənd üzrə:

19.1.1. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. “Əmək və məşğulluq” altsistemi;

19.1.2. 2.1.9-cu yarımbənd ləğv edilsin;

19.2. 2.3-cü bənd üzrə:

19.2.1. 2.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.2. “Əmək və məşğulluq” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi;”;

19.2.2. 2.3.9-cu yarımbənd ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2024-cü il

Mənbə: president.az

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının hüdudlarından kənarda yükdaşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisənin həmin fəaliyyətdən əldə etdikləri gəlirləri ƏDV-yə cəlb olunurmu? Eyni zamanda həmin rezident müəssisə, yükdaşıma fəaliyyətini genişləndirmək üçün, Türkmənistan Respublikasında fəaliyyət göstərən qeyri-rezidentlə bazar araşdırması üçün xidməti müqavilə bağlayır, öz növbəsində, həmin qeyri-rezident öz ölkəsində yükdaşıma ilə bağlı biznes imkanlarını müəyyən etmək üçün aylıq xidmət haqqı qarşılığında bazar araşdırması edir. Biz rezident müəssisə olaraq həmin qeyri-rezidentə xidmət haqqı ödəyən zaman hər hansı vergi öhdəliklərimiz (ödəmə mənbəyində vergi və ya ƏDV ) yaranırmı?

Birinci suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi ödəyicisinin bütün gəlirləri dedikdə onun həm Azərbayan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil. Lakin Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Sorğuda qeyd olunan xidmət ƏDV-yə cəlb olunmayacaq.
İkinci suala cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Sorğuda qeyd olunan qeyri-rezidentin əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir sayılmır və ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Bu maddəyə əsaslanaraq bildirilib ki, sorğuda qedy olunan xidmət Azərbaycan Respublikasının ərazisində olmadığı üçün ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 125-ci, 127-ci, 168-ci, 169-cu maddələri.

Mənbə: vergiler.az

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

Yol vergisi ödəyiciləri

posted in: Vergi, Xəbər | 0

İstənilən dövlətdə əhalinin həyat səviyyəsi, sosial sahənin, biznes və infrastrukturun inkişafı daha çox vergilərin tərkibindən, onların yığım və bölgüsündan asılıdır. Respublikamızın dövlət büdcəsində vergi yığımları təxminən 40 faiz təşkil edir. Vergi növləri üzrə vergitutmanın tarazlaşdırılması, yol vergisinin ödəyiciləri, onlara tətbiq edilən vergi dərəcələrinin əsaslandırılması həmişə aktual olub. Bu məqalə yol vergisi ödəyicilərinə həsr olunub.

Vergi ödəyici anlayışı

“Vergi ödəyicisi” anlayışı vergi ödəyənləri xarakterizə edir. Azərbaycan qanunvericiliyinə görə Vergi Məcəlləsi əsasında müəyyən olunan vergitutma obyektlərindən hesablanmış vergini ödəmək həvalə olunmuş fiziki və ya hüquqi şəxsləri vergi ödəyicisi sayılır (maddə 13.2.4). İstənilən verginin müəyyən edilməsi üçün vergi ödəyicisi və vergitutma elementlərinin müəyyən edilməsi vacibdir. Bəs yol vergisinin ödəyiciləri kimlərdir?

Yol vergisi dövlət vergisidir və aşağıdakılara tətbiq edilir:

  • xarici dövlətlərin avtonəqliyyat vasitələrinə-ölkə ərazisinə daxil olduqda yaxud çıxdıqda;
  • respublika ərazisində avtomobil benzini, dizel yanacağı, may qaz istehsal yaxud idxal edən şəxslərə.

Yol vergisi tarixən yol istifadəçiləri tərəfindən ödənilib. Bəzi ölkələrdə bu vergi yol infrastrukturunun inkişafı ilə yanaşı, ətraf mühitə vurulan zərəri qarşılamaq üçün də istifadə edilir. Azərbaycanda da bu məqsədlə neft məhsullarının istifadəçiləri də yol vergisinin ödəyiciləri sayılır.

Yol vergisinin ödəyiciləri kimlərdir?

Yol vergisi ödəyiciləri (VM, maddə 209) sxematik olaraq aşağıdakı kimi təsvir edilə bilər:

Yol vergisi ödəyiciləri Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən müəyyən edilir

Fiziki və hüquqi şəxs anlayışlarının əhatəsini nəzərə alsaq deyə bilərik ki, yol vergisi:

  • hüquqi şəxslər;
  • fiziki şəxslər, o cümlədən,
  • fərdi sahibkarlar tərəfindən ödənilir.

Digər ölkələrin fiziki, hüquqi şəxsləri, onlara məxsus avtonəqliyyat vasitələrilə AR ərazisinə daxil olmaqla sözügedən ərazidə sərnişin, yük daşınmasıyla məşğuldursa, yol vergisinin ödəyiciləri sayılır. Həmçinin, Azərbaycanda;

  • avtomobil benzini, maye qaz, dizel yanacağı istehsal edən;
  • yaxud idxalıyla bağlı fəaliyyət göstərən şəxslər yol vergisi ödəyiciləridir.

Nümunə 1: Almaniya vətəndaşı özünün adına qeydiyyatda olan “Mercedes” markalı minik avtomobili vasitəsilə Azərbaycan ərazisinə daxil olmuşdur. Bu zaman Almaniya vətəndaşı yol vergisinin ödəyicisi sayılır.
Qeyd etdiyimiz kimi, şəxsi maşını ilə Azərbaycan Respublikasına daxil olan qeyri-rezident şəxlər yol vergisini ödəməyə borcludurlar.

Nümunə 2: “A” MMC Azərbaycanda avtomobil benzinin istehsalını həyata keçirir. İstehsal etdiyi benzini daxili istehlaka yönəldir. Deməli “A” MMC yol vergisinin ödəyicisi hesab edilir.

Yol vergisinin ödəyiciləri üçün qısa yaddaş

  • yol vergisi dövlət vergisidir;
  • yol vergisi ödəyicisi olmaqdan ötrü hansısa qeydiyyata ehtiyac yoxdur;
  • yol vergisi malların dəyərin daxil edilir;
  • 2015-ci il tarixinə qədər benzin, dizel yanacağın, maye qazın istehsalı yaxud idxalını həyata keçirən şəxslərin yol vergisi ödəyicisi olmaq öhdəliyi yox idi. Azərbaycan Respublikasında bu vergi avtomobil nəqliyyatının mülkiyyətiçilərindən və ya istifadəçilərindən tutulurdu;
  • daxili istehlaka yönəldilən (topdan satış) neft məhsulları və maye qaz istehsalçıları olan yol vergisinin ödəyicilərində yol vergisinə nəzarəti vergi orqanları, idxal zamanı yol vergisinin hesablanması və ödənilməsinə nəzarəti isə gömrük orqanları həyata keçirir.

Neft məhsullarına görə yol vergisi ödəyicilərinin öhdəlikləri haqqında buradan ətraflı oxuya bilərsiniz.

VÖEN-i aktivləşən vergi ödəyicisinin hansı öhdəliyi yaranır?

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

posted in: Vergi, Xəbər | 0

1) Yaşayış sahələrinin satışı zamanı sadələşdirilmiş vergi sahənin hər kvadratmetri üçün 15 manat olmaqla aşağıda göstərilən qaydada hesablanır:

VM = S x ZƏ x 15 manat

Zirzəminin sahəsi

VM – ödəniləcək verginin məbləği

S – yaşayış və qeyri-yaşayış sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən zona əmsalları

Misal1: Fiziki şəxs “İşərişəhər” metrostansiyasının (Zona 1) yaxınlığında yerləşən və sahəsi 100 m2 olan mənzildə 3 il yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2) Qeyri-yaşayış sahələri üçün vergi yuxarıda qeyd olunan düstura əlavə olaraq 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Misal 2: Fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 qeyri-yaşayış sahəsi olan zirzəmi var. Həmin zirzəmini satdığı zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

Misal 3: Fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadrat metr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m2 sahəsi olan ticarət obyektini təqdim etmişdir.

Alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notarius tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 m2 x 15 man. x 3 zona əmsalı=4.500 manat;

Ticarət obyektinin satışı üzrə: 150 m2 x 15 man. x 2,2 zona əmsalı x 1,5 əmsal = 7.425 manat.

Cəmi ödənilməli vergi: 11.925 manat.

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

1 333 334 335 336 337 338 339 2. 691