Aktiv və öhdəliklər necə inventarizasiya olunur

posted in: Xəbər | 0

Nə vaxtsa uçot işinin yeganə üsulu olan inventarizasiya – işin mövcud durumunu yaxud mühasibat məlumatları ilə işlərin faktiki vəziyyəti arasında uyğunluq imkanı yaratmaq üsuludur. Mühasibatlıqda inventarlaşdırmanı adətən əşyaların sayılması və yenidən ölçülməsi ilə əlaqələndirirlər. Amma hər şey heç də ilk baxışda göründüyü kimi sadə deyil.

Nədən başlamalı?

İnventarizasiyada əsas məqsəd mülkiyyətçinin müəyyən əmlaka hüquqlarını təsdiqləmək üçün lazımdır. Bəs onu kim, nə vaxt, hansı tezliklə apara bilər? Təbii ki, ilk növbədə mülkiyyətçi, istədiyi vaxtda və istədiyi qədər. Amma mülkiyyətçi öz hüquqlarını könüllü sürətdə məhdudlaşdıra bilər – onun menecerlərlə (inzibatçılarla, anbardarlarla, xəzinədarlarla)  bağladığı maddi məsuliyyət haqqında müqavilədə inventarizasiyanın keçirilmə tezliyi nəzərdə tutula bilər.

Mülkiyyətçi inventarlaşdırmanı:

  • şəxsən özü həyata keçirə bilər, yaxud;
  • komissiya təyin edə bilər (bir qayda olaraq belə də edir).

İri müəssisələrdə inventarlaşdırma aparılması təşəbbüsü mülkiyyətçinin öz hüquqlarını ötürdüyü rəhbərliyə məxsusdur. Rəhbərlik bunu mühasibatlıq xidmətinin köməyi, digər struktur vahidlərini cəlb etməklə ilə həyata keçirir. İnventarizasiya komissiyası yaradılarkən maddi məsul şəxslərin  komissiyalarının tərkibinə daxil edilməsinə müxtəlif dövrlərdə iki yanaşma mövcud olub.

Birinci yanaşmada maddi məsul şəxslər bu komissiyaların tərkibinə daxil edilir və bunu onunla əsasandırırdılar ki, onlar inzibati işçilərlə birgə həqiqi vəziyyəti müəyyən etmək üçün eyni məqsəd güdürlər. Bu, xüsusilə, bitməmiş istehsalın inventarizasiyası kontekstində xüsusilə vacibdir. Bu yanaşma pərakəndə ticarət müəssisələrində daha çox tətbiq olunur. Belə ki, mühasibatlıqda 250 saylı “Mallar” hesabında uçot həm alış (hesabın debeti üzrə), həm də satış (hesabın krediti üzrə) qiymətləri üzrə aparıldığından, alış qiymətləri ilə malların qalığı maliyyə nəticəsini müəyyən etməyə imkan verir.

İkinci yanaşmaya görə inventarlaşdıram maddi məsul şəxslərin vəzifə öhdəlikərinin icrasını yoxlanması məqsədi ilə aparıldığı üçün, onları inventarizasiya komissiyanın tərkibinə daxil etməyə ehtiyac yoxdur (əgər söhbət yuxarıda qeyd edilən hallardan getmirsə).

Variantlar

İnventarizasiya aparılarkən iki variant mümkündür:

  • qiymətlilərin mövcudluğu sadəcə qeyd edilir, sonra müəyyən edilmiş qalıqlar mühasibatlıqda mövcud uçotu məlumatları ilə yoxlanılır;
  • yaxud, analitik hesab məlumatları (hesab qalıqları) qiymətlilərin faktiki mövcudluğu ilə təsdiqlənir.

Birinci halda inventarlaşdırma prosesi faktdan uçot məlumatlarına, ikinci halda mühasibat uçotu məlumatlarından faktiki məlumatlara doğru aparılır. İkinci yol onunla əsaslandırıla bilər ki, əgər mülkiyyətçi maddi məsul şəxsə X manat dəyərində müəyyən qiymətliləri təhkim edibsə, işçi onun hesabatını verməlidir. Amma təcrübə göstərir ki, yalnız birinci variantin tətbiqi düzgündür, çünki maddi məsul şəxsin bəzi qiymətlilər üzrə artıqlığı ola bilər və ikinci halın tətbiqi zamanı bu artıqlıq mədaxil edilməyəcək. Nəticədə hüquqi cəhətdən maddi məsul şəxsə məxsus olmayan qiymətlilərin uçotdan gizlədilməsi baş verəcəkdir.

İnventar siyahısı

İnventarizasiya prosesində ayrı-ayrı vərəqlərdə tərtib edilmiş cədvəllər hazırlanır, sütunlar üzrə nəticələr hər səhifə üzrə hesablanır ki, sonradan düzəliş olunmasın. Komissiyanın bütün üzvləri, o cümlədən maddi məsul şəxs hər vərəqi imzalayır. Ancaq praktikada çox vaxt son vərəq yekun nəticə aydınlaşana qədər imzalanmır. Belə ki, yoxlanılan şəxsin normal işləməsi halında həmişə çatışmazlıq olmalıdır, bu ilk növbədə, normallaşdırılmış təbii itkilərlə bağlı ola bilər. Artıqlıq çatışmazlıqdan daha pisdir, çünki bu, qiymətlilərin buraxılması zamanı çəkidə, hesablamada aldadılma deməkdir).

Audit və inventarlaşdırma

Auditor maliyyə hesabatlarının düzgünlüyünə dair rəy formalaşdırır. Bu inventarlaşma olmadan mümkün deyil. Eyni zamanda, auditorun inventarizasiya komissiyasının üzvü kimi iştirakı vacib deyil. Belə yanaşma auditoru müstəqil ekspert kimi yoxlanılan şirkətin işçilərin niyyətini qiymətləndirməyə imkan verir. Auditor inventarlaşdırmanın keyfiyyətini qiymətləndirir  və yalnız bu ona hesabatın özünün etibarlılığını qiymətləndirməyə imkan verəcək.

Eyni zamanda, auditor qərəzsiz olmalı və yalnız vicdanının ona nə dediyinə diqqət etməlidir. Amma bu, çox vaxt müştərini narazı salır. Müştərilər onsuz da  hesab edir ki, auditora pul ödəmək artıq xərcdir və müştərinin nöqteyi-nəzərindən auditor pis nəsə yazırsa, bu düzgün deyil. Amma əxlaq, minnət götürməyə ehtiyac olmadığı yerdə, özünü buna məcbur etməməkdədir.

İnventarizasiya Azərbaycan qanunvericiliyində

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmadan bütün mühasibat uçotu subyektləri olduğu yerdən aşlı olmayaraq aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalıdırlar. Bu proses Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16.07.2013-cü il tarixli 17-Q saylı qərarı ilə təsdiq edilmiş bütün “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları”  ilə tənzimlənir.

Qaydaların 2.7 maddəsinə görə “İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir.”

Qaydalara görə inventarlaşdırma könüllü yaxud məcburi aparıla bilər. Məcburi o vaxt aparılır ki:

  • mühasibat uçotu subyektinin aktivləri satıldıqda, alındıqda, icarəyə və istifadəyə verildikdə;
  • mühasibat uçotu subyektlərinin qanunvericiliyə uyğun yenidən təşkili, ləğvi zamanı;
  • maddi-məsul şəxslərin məzuniyyətə çıxdıqda, dəyişildikdə;
  • oğurluq, ya sui-istifadə halı, qiymətlilərin xarab olması faktı müəyyən edildikdə;
  • təbii fəlakət və digər fövqəladə hallar zamanı;
  • hüquq mühafizə orqanlarının qərar və göstərişi əsasında;
  • aktiv və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • özəlləşdirmə zamanı;
  • mülkiyyət forması, mülkiyyətçi dəyişdikdə.

Siyahı ilə daha ətraflı Qaydaların 2.8-ci maddəsində tanış olmaq olar.

Mühasibatlıqda əmlakın və öhdəliklərin inventarizasiyası haqqında buradan daha ətraflı məlumat olmaq mümkündür.

Yazıda professor Yaroslav Vasilyeviç Sokolovun “İnventarizasiyanı necə keçirməli?” məqaləsinin və AR MN Kollegiyasının “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları”-nın materiallarından istifadə edilib.

İcarə müqaviləsinin vergi orqanında qeydiyyatı

Fərdi əmək mübahisəsi anlayışı və onun predmeti

posted in: Xəbər | 0

Fərdi əmək mübahisəsi nədir?

Əmək mübahisəsi işəgötürənlə işçinin əmək fəaliyyətlərində bəzi məsələlərdə müstəqil razılığa gələ bilməməsidir və o:

  • fərdi əmək mübahisəsi;
  • kollektiv əmək mübahisəsi olmaqla iki növə ayrılır.

Fərdi əmək mübahisəsi – əmək müqaviləsi, kollektiv müqavilə (saziş) üzrə şərtlərin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə Əmək Məcəlləsinin, habelə mövcud normativ-hüquqi aktların tətbiqi prosesində işəgötürənlə işçi arasında fərdi qaydada yaranan fikir ayrılığıdır. Belə mübahisəsi konkret bir işçinin işəgötürənlə mübahisəsidir və tərəflərdən hər hansı birinin pozulmuş hüququnun bərpasına yönəlir. Müəssisə və təşkilatlarda təkcə işləyən işçi deyil, həmçinin, əvvəllər işəgötürənlə əmək münasibətləri olan və yaxud da işə düzəlmək istəyən, lakin əsassız olaraq imtina edilmiş şəxslər də  fərdi əmək mübahisəsinə başlaya bilərlər.

Fərdi əmək mübahisələrinin hüquqi tənzimlənməsi, ümumiyyətlə fərdi əmək mübahisəsi hüququ, əmək münasibətlərinin tənzimlənməsində vacib təminatdır.

Əmək mübahisələrinin predmeti

Əmək Məcəlləsinin 288-ci maddəsinə görə fərdi əmək mübahisələrinin predmetinə aşağıdakılar daxildir:

  • əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;
  • əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi;
  • əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • əməkhaqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;
  • əməkhaqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;
  • məzuniyyət hüququnun həyata keçirilməsi;
  • intizam tənbehi verilməsi;
  • əməyin mühafizəsinin təşkili və təmin edilməsi;
  • işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;
  • işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;
  • işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi;
  • müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması;
  • istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi;
  • səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi;
  • əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.

Yuxarıda qeyd edilən səbəblərdən hər hansı birinin  mövcud olması fərdi əmək mübahisəsinin başlanması üçün əsas hesab edilə bilər.

Fərdi əmək mübahisələrinin tərəfləri

Belə mübahisələrdə tərəflərdən biri əmək hüquqlarının pozulmasın iddia edən işçi, digər tərəf işəgötürəndir. Qeyd edək ki, AR Əmək Məcəlləsinin 289-cu maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müvəkkil edilmiş şəхs də təmsil edə bilər.

İşçi hüquq və mənafelərinin pozulması hallarının mövcud olduğunu hesab etdikdə, onların bərpası tələbi ilə fərdi əmək mübahisələrini həll səlahiyyətlərinə malik orqanlara müraciət edə bilər.(ƏM, maddə 292).

Hüquq pozuntusunun aşkar edildiyi gün, işçiyə:

  • uyğun əmrin (sərəncamın, qərarın);
  • haqq-hesab sənədlərinin;
  • əmək kitabçasının verildiyi gündür.

Əmrin (sərəncamın, qərarın) elektron informasiya sistemində işçinin elektron kabinetinə göndərildiyi və bu barədə işçinin elektron poçt və SMS vasitəsilə məlumatlandırıldığı gün də hüquq pozuntusunun aşkar edildiyi gün sayılır.

Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, hüquq pozuntusunun aşkar edildiyi gün “həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.”

İşçi fərdi əmək mübahisəsinə ya özü, yaxud da müvəkkil etdiyi nümayəndə vasitəsi ilə başlaya bilər. Bu halda həmin nümayəndəyə qanunvericiliyə uyğun tərtib edilmiş etibarnamə verilməlidir.

AR ƏM-in 293-cü maddəsinə görə “fərdi əmək mübahisələrinə zəruri hallarda, işçinin iş vaxtından kənar vantlarda baхılmalıdı. Əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda həm əsas, həm də əlavə iş yerində onun orta əməkhaqqı saxlanılır.”

Fərdi əmək mübahisəsinin həlli üsulları

İşçi ilə işəgötürən arasında fərdi mübahisə yarandıqda və onlar razılığa gələ bilmədikdə, pozulmuş hüquqların bərpası üçün aşağıdakı 3 üsul tətbiq edilə bilər:

  • məhkəməyə müraciət;
  • məhkəməyə qədər əmək mübahisələrini həll edən orqana müraciət;
  • müəyyən edilmiş şərtlərlə və qaydada tətilin edilməsi.

Həmçinin, bunlarla yanaşı əmək mübahisəsinin ƏM-də nəzərdə tutulmayan həlli yolları bağlanmış əmək müqaviləsində müəyyən oluna bilər.

AR ƏM-in 296-cı maddəsinin tələblərinə əsasən, bir qayda olaraq, bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. Lakin kollektiv müqavilə lərdə nəzərdə tutulduğu hallarda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanlar yaradılır və  işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən həmin orqana müraciət etməlidir. Bu orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etmədiyi halda, mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilərlər.

İşçinin müraciətlərinin təmini yolları

İstər işçinin, istərsə də işəgötürənin fərdi əmək mübahisələrinə məhkəmələrdə baхılması AR Əmək Məsəllisi, AR Mülki Prosessual Məcəllə və digər normativ-hüquqi aktlarla nizama salınır. Bu mübahisələrdə tərəflərdən biri digərinin hüquqlarına hörmət edərək məhkəmənin qətnaməsini yerinə yetirməyə borcludur. Məhkəmənin müəyyən etdiyi maddi ziyan işəgötürən tərəfindən hüquqları pozulmuş işçiyə tam məbləğdə ödənilməlidir. İşəgötürən işçiyə vurduğu maddi ziyandan başqa, həm də mənəvi məsuliyyət daşıyır. İşçi ərizəsində mənəvi ziyana görə iddia məbləğini göstərir və bu mənəvi ziyan pul ilə ödənilir.

Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər (ƏM maddə 295). İşçinin təkbaşına tətil etmək hüququnun hər hansı üsul və vasitə ilə işəgötürən və ya digər şəxslər tərəfindən məhdudlaşdırılmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.

İcarə müqaviləsinin vergi orqanında qeydiyyatı

Auditin əsasları. Auditin məqsəd və vəzifələri. Auditor fəaliyyəti

posted in: Məqalə, Xəbər | 0

Audit fəaliyyəti, audit – təşkilatların və fərdi sahibkarların mühasibat uçotu və maliyyə (mühasibat) hesabatlarının müstəqil yoxlanılması üzrə sahibkarlıq fəaliyyətidir.

Auditin məqsədi audit olunan şəxslərin maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü və mühasibat uçotunun aparılması qaydasının qanunvericiliyə uyğunluğunu ifadə etməkdir.

Dəqiqlik dedikdə, maliyyə (mühasibat) hesabatlarının məlumatlarının dəqiqliyi dərəcəsi başa düşülür, hansı ki, bu hesabat istifadəçiyə onun məlumatları əsasında yoxlanılan şəxslərin təsərrüfat fəaliyyətinin nəticələri, maliyyə və əmlak vəziyyəti haqqında düzgün nəticələr çıxarmağa və bu nəticələrə əsaslanan əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.

Eyni zamanda, audit səlahiyyətli dövlət hakimiyyəti orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilən maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünə dövlət nəzarətini əvəz etmir.

Auditin əsas məqsədi auditin keçirilməsi haqqında müqavilədə şərtləşdirilmiş digər məqsədlərlə, məsələn, auditi həyata keçirən şəxsin maliyyə vəziyyətinin yaxşılaşdırılması (tədbirlərin hazırlanması), xərclərin və maliyyə nəticəsinin optimallaşdırılması və s. əlavə edilə bilər.

Auditin vəzifələri aşağıdakılardır:

  1. mühasibat uçotu və daxili nəzarətin təşkili səviyyəsinin qiymətləndirilməsi;
  2. mühasibat uçotunun düzgünlüyünün və qanuniliyinin qiymətləndirilməsi;
  3. çatışmazlıqların və pozuntuların aradan qaldırılması üzrə tövsiyələrin hazırlanması yolu ilə təşkilatın idarəedici orqanlarına kömək göstərilməsi;
  4. təşkilatın təsərrüfat fəaliyyətinə təsir göstərə biləcək gələcək hadisələrə yönləndirilməsi (perspektiv təhlil);
  5. təşkilatın maliyyə resurslarının artım ehtiyatlarının müəyyənləşdirilməsi;
  6. vergi sahəsində qüvvədə olan qanunvericiliyə riayət edilməsinin yoxlanılması;
  7. etibarlı hesabatların təsdiq edilməsi və ya onların etibarsızlığının qeydə alınması.

Əsas məqsədə nail olmaq üçün auditor aşağıdakı məsələlər barədə fikir tərtib etməlidir:

  • hesabat ona təqdim olunan bütün tələblərə cavab verirmi və ziddiyyətli məlumatları ehtiva edirmi;
  • iqtisadi subyektin bütün aktivləri və öhdəlikləri nəzərə alınırmı;
  • bütün kateqoriyalar mühasibat hesabatına daxil edilir və hesabat formalarında düzgün əks olunurmu;
  • hesabatda göstərilən məbləğlərin daxil edilməsi üçün əsaslar varmı;
  • bütün kateqoriyalar düzgün qiymətləndirilmiş və səhvsiz hesablanmışdırmı.

Auditor təşkilatlarına və fərdi auditorlara audit aparmaqdan başqa hər hansı digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır, lakin onlar auditə uyğun xidmət göstərə bilərlər.

Müvafiq audit xidmətləri dedikdə bunlar başa düşülür:

  • mühasibat uçotunun qurulması, bərpası və aparılması, maliyyə (mühasibat) hesabatlarının tərtib edilməsi, mühasibat məsləhətləşmələri;
  • vergi konsultasiyası;
  • təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi və maliyyə məsləhətləri;
  • təşkilatların yenidən qurulması ilə bağlı idarəetmə məsləhətlərinin verilməsi;
  • vergi və gömrük mübahisələri üzrə hüquqi məsləhətlərin verilməsi, habelə məhkəmə və vergi orqanlarında nümayəndəlik;
  • mühasibat uçotunun avtomatlaşdırılması və informasiya texnologiyalarının tətbiqi;
  • əmlakın dəyərinin qiymətləndirilməsi, müəssisələrin əmlak kompleksləri kimi qiymətləndirilməsi, habelə sahibkarlıq riskləri;
  • investisiya layihələrinin hazırlanması və təhlili, biznes planların tərtib edilməsi;
  • marketinq araşdırmalarının aparılması;
  • auditor fəaliyyəti ilə bağlı elmi-tədqiqat və eksperimental işlərin aparılması və onların nəticələrinin, o cümlədən kağız və elektron daşıyıcılarda yayılması;
  • audit fəaliyyəti ilə bağlı sahələrdə mütəxəssislərin qanunvericilik ilə müəyyən edilmiş qaydada təlim;
  • auditor fəaliyyəti ilə bağlı digər xidmətlərin göstərilməsi.

Əsas vəsaitlər nədir?

İlin bəzi aylarında fəaliyyətini dayandıran vergi ödəyicisi 75 faizlik güzəştdən yararlana bilərmi?

posted in: Xəbər | 0

Fiziki şəxs aprel ayında qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Növbəti aylarda (məsələn: avqustda) fəaliyyətini dayandırır. Fəaliyyətdə olduğu müddətdə işçi sayı 3 nəfərdən ibarət olur. Bu zaman fəaliyyət dövründə vergi ödəyicisi Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan güzəştdən istifadə edə bilərmi? Tutaq ki, vergi ödəyicisi yanvar ayında fəaliyyətə başlayıb, iş olmadığı üçün martda fəaliyyətini müvəqqəti dayandırıb. İyun ayında yenidən fəaliyyətini bərpa edib, daha sonra sentyabr ayında dondurur. Noyabr ayında yenidən fəaliyyətə başlayırsa, bu zaman Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan güzəşt tətbiq edilirmi? Qeyd edim ki, fəaliyyətdə olduğu aylarda 3-5 nəfər işçisi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq DVX-dən bildirilib ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Mənbə: vergiler.az

218 saylı “Şübhəli borclar üzrə düzəlişlər” hesabı üzrə uçot

1 330 331 332 333 334 335 336 2. 691