Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, büdcə təşkilatlarının “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunu elektron formada aparması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:

  1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.
  2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:

1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.

2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Mənbə: report.az

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

posted in: Xəbər | 0

Sahibkar pərakəndə geyim satışı ilə məşğuldur. Lakin bazarla uyğunlaşa bilmədiyinə görə, zərərlə işləyir. Bu səbəbdən də anbarında qalan malı maya dəyərinə başqa sahibkara satır. Belə halda sahibkar satış zamanı maya dəyərinə, yoxsa malların bazar dəyərinə görə gəlir vergisinə cəlb olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır.

Qeyd olunub ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti tətbiq olunur.

Əlavə olaraq bildirilib ki, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

  • göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);
  • öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;
  • mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);
  • malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;
  • malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;
  • malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;
  • marketinq siyasətinin aparılması ilə əlaqədar analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;
  • işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.

Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə uyğun qaydada müəyyənləşdirilən bazar qiymətindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimedilmə qiymətləri ilə hesablanır.

Mənbə: vergiler.az

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

103-cü hesabda qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması üzrə uçot

posted in: Xəbər | 0

Qeyri – maddi aktiv nədir?

Qeyri-maddi aktivlər üzrə mühasibat uçotu Hesablar Planının 10-cu maddəsi üzrə aparılır. 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-a (IAS 38)  əsasən uzunmüddətli aktivlər kimi bilinən qeyri-maddi aktivlər, fiziki formaya malik olmur, lakin:

  • onlar əldə edilərkən müəyyən pul vəsaitləri sərf olunduğun üçün, habelə;
  • müəssisəyə iqtisadi fayda gətirdiyinə görə əhəmiyyət kəsb edirlər.

Ümumiyyətlə, bu yaxud digər fiziki formada mövcud olmayan aktivin belə dəyərləndirilə bilməsi üçün aşağıdakı zəruri tələblər vardır:

  • müəyyən edilən – yəni belə aktiv konkret təsbit edilən, başqa aktivlərə qarışdırılmadan seçilən, habelə satıla, dəyişdirilə, ləğv edilə bilən olmalıdır. Biz onun mütləq satılmalı olduğunu demirik, lakin nəzəri olaraq bütün qalan şərtlər ödənilsə qalan aktivlərdən ayrılıb alıcıya satıla biləcək bir təqdimedilmə qabiliyyətinin olması zəruridir.
  • üzərində nəzarət – aktiv yalnız sizə məxsus olmalı, icarədə yaxud digər istifadə hüquqlarına vermiş olsanız belə üzərində sərəncam vermək hüququ yalnız sizdə qalmalıdır.
  • gələcək iqtisadi səmərə axını gözlənilməlidir – aktiv müəssisənin fəaliyyətində ya birbaşa ya da dolayısı ilə ona fayda verən olmalı, hansısa iqtisadi səmərə axınların tətikçisi, katalizatoru, vasitəçisi, parçası olmalıdır.

“Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” hesabı

Qeyri-maddi aktivlər tanındıqdan sonra ona əlavə edilməsi, müəyyən hissəsinin dəyişdirilməsi yaxud onun lazımi işlək vəziyyətə gətirilməsi ilə bağlı xidmətlər göstərilə bilər. Belə xidmətlər üzrə yaranan məsrəflər kapitallaşdırılır.

Kapitallaşdırma “Mənfəət və zərər haqqında hesabat”-da xərclərin tanınmasını gecikdirmək məqsədilə, xərc və məsrəflərin balans hesabatında qeyd edilməsi anlamında işlədilir. Başqa sözlə desək, aktivin dəyərinin mənfəət və zərər hesabatında deyil, balans hesabatında qeyd edilməsi mənasında işlədilir.

Qeyri-maddi aktivlər üzrə subhesabların tərkibi, onların açılması, müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydalara əsasən “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” 103 saylı aktiv hesabda aparılır.

103 nömrəli “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə qeyd edilən qaydaların 11.17. bəndinə uyğun olaraq aşağıdakı subhesablar açılır:

Qeyri-maddi aktivlərin kapitallaşdırılmasına aid nümunələr

Nümunə 1:   Haqqı ödənilməklə başqa müəssisələrdən alındıqda kapitallaşdırma

“A” müəssisəsi “B” MMC-dən dəyəri 8000 manat olan proqram təminatı almışdır. Proqram təminatı quraşdırılan zaman 600 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 600.00
3 Kapitallaşdırılmış Qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 8600.00

Nümunə 2:     Artıqgəlmə halı baş verdikdə kapitallaşdırma

“A” şirkətində aparılan audit yoxlaması zamanı balans dəyəri 3800 man. olan qeyri-maddi aktivin artıq gəlməsi halı aşkarlanmışdır. Həmin qeyri-maddi aktiv müəssisənin gəlirinə aid edilmiş, istismara verilmişdir. İstismara verilmiş qeyri-maddi aktivə hesablanmış amortizasiya məbləği 380 AZN olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Artıqgəlmə halı aşkarlandıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 3800.00
2 Kapitallaşdırılmış Qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 3800.00
3 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 380.00

Nümunə 3:     Müəssisə daxilində yaradıldıqda kapitallaşdırma

“A” məhdud məsuliyyətli cəmiyyəti öz daxilində istifadə etmək məqsədilə proqram təminatı yaratmaq qərarını almışdır. Sözügedən proqramın yaradılmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 3 nəfərdir və cəmi 4200 AZN əməkhaqqı hesablanmışdır.

İşçilərin əməkhaqqısı kapitallaşdırma hesabında əks etdirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı proqram təminatının dəyərinə aid edildikdə (kapitallaşma) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 4200.00
2 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 762.00
3 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 24.00
4 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 96.00
5 Proqram təminatı tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 5082.00

 

Qeyri-maddi aktivlərin kapitallaşdırılması haqqında ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektorunda əməkhaqqıdan tutulmalar

506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə uçot: prinsiplər, standartlar və nümunələr

posted in: Xəbər | 0

Müəllif: Cəmil Əsədov / accounting.az saytının redaktoru

506 saylı hesabın mahiyyəti və tətbiqi sahəsi

506 saylı mühasibat uçotu hesabı — törəmə və ya asılı müəssisələrə yönəlmiş, faiz xərci ilə müşayiət olunan qısamüddətli maliyyə öhdəliklərinin uçotu üçün nəzərdə tutulan xüsusi hesabdır. Faiz xərcləri yaradan öhdəliklər, əsasən, kreditor borclar, vergi borcları, qısamüddətli kreditlər, borc müqavilələri və digər oxşar maliyyə alətləri vasitəsilə yaranır. Onların xarakterik xüsusiyyəti odur ki, belə öhdəliklər üzrə maliyyələşmə faizə əsaslanır və ödəmə müddəti, bir qayda, olaraq 12 aydan artıq olmur.

506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı yalnız müəssisənin törəmə və ya asılı təsərrüfat subyektləri ilə olan qarşılıqlı borc münasibətlərinin uçotu zamanı tətbiq olunur. Bu baxımdan hesabın funksiyası təkcə borcun qeydiyyatı ilə məhdudlaşmır – həm də onun əlaqəli tərəf öhdəliyi kimi tanınması, maliyyə hesabatlarında şəffaflığın artırılmasına xidmət edir. Belə öhdəliklərin açıqlanması beynəlxalq maliyyə hesabatı standartlarının (BMHS/IFRS) tələblərinə uyğun olaraq, investorlar və digər maraqlı tərəflər üçün əhəmiyyətli informasiya daşıyıcısıdır.

Mövzuya daha dərindən yanaşmaq üçün gəlin əvvəlcə 506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabının tətbiqi ilə bağlı əsas anlayışları Beynəlxalq Mühasibat Uçotu Standartları (BMUS/IAS) kontekstində nəzərdən keçirək.

Törəmə müəssisə (subsidiary) nədir?

Törəmə müəssisə – ana şirkətin tam və ya nəzarət səviyyəsində sahib olduğu müəssisədir. Əsas meyar – nəzarətdir. Ana şirkət törəmə müəssisənin maliyyə və idarəetmə qərarlarına birbaşa təsir edir. Bu nəzarət, adətən:

  • səhm və ya səsvermə hüququnun >50%-nə sahib olmaqla;
  • rəhbərliyi təyin etməklə;
  • gəlir və aktivlərə dominant nəzarətlə ifadə olunur;

Mənbə: IFRS 10 – “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları”

Asılı müəssisələr (associate) hansılardır?
Asılı müəssisə – ana şirkətin nəzarət etmədiyi, lakin əhəmiyyətli təsirə malik olduğu müəssisədir. Ən çox rast gəlinən hal kimi bir şirkət digərinin səhm və ya səsvermə hüququnun 20 – 50%nə sahibliyini nümunə göstərmək olar.

Mənbə: IAS 28 – “Asılı müəssisələrə və birgə müəssisələrə investisiyalar”

Əhəmiyyətli təsir (significant influence) necə müəyyən olunur?

506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında uçot zamanı əhəmiyyətli təsiri müəyyən etmək üçün (asılı, törəmə yaxud birgə müəssisə olduğunu bilmək məqsədi ilə) bir sıra amillər nəzərə alınmalıdır.

Əhəmiyyətli təsir – bir şirkətin digərinin siyasət və qərarlarına təsir edə bilməsidir. Bu nəzarət deyil, amma təsir hüququ var. Təsir aşağıdakı formada reallaşa bilər:

  • direktorlar şurasında iştirak;
  • qərarvermə prosesində söz haqqı;,
  • 20%-dən çox səhm payı.

Mənbə: IAS 28 və IFRS 12 – “Digər müəssisələrdə iştirak paylarının açıqlanması”

Uzunmüddətli və qısamüddətli öhdəliklər

Müəssisənin borc öhdəlikləri müddətinə görə iki qrupa ayrılır:

  • qısamüddətli öhdəliklər 12 ay və ya daha az müddətdə ödənilməsi nəzərdə tutulan borclardır;
  • uzunmüddətli öhdəliklər isə 1 ildən artıq müddətə sahib olan maliyyə öhdəliklərini əhatə edir (məsələn: uzunmüddətli kreditlər, istiqraz borcları).

Bu təsnifat maliyyə hesabatlarında likvidlik və ödəmə qabiliyyəti barədə şəffaf informasiya verir. Beynəlxalq standartlara görə, öhdəliklərin düzgün müddətə görə ayrılması maliyyə analizində mühüm rol oynayır.

Milli qanunvericilikdə 506 saylı hesabın mövqeyi

Hesabın mahiyyəti və təyinatı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu, habelə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilib. Qaydaların 40.30-cü bəndi hesabın mahiyyətini izah edir: “506 №li “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında mühasibat uçotu subyektinin törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar aldığı zaman, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Bu hesab yuxarıda qeyd edilən qaydalarla müəyyən edilmiş hesablar planının 5-ci “Qısamüddətli öhdəliklər” bölməsində əks olunur və faiz xərcləri və əsas borc ayrı-ayrılıqda uçota alınmalıdır.

Hesab aşağıdakı uçot hesabları ilə birgə 50-cı “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinə aiddir:

Törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar alındığı zaman, hesabat tarixindən sonra 12 aydan daha çox müddətə ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar  407 №li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli xərcləri yaradan öhdəliklər” hesabında əks etdirilir.

506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə tənzimləmələr

Hesab üzrə uçot qeydlərinin tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 40.30-40.34 bəndləri əsasında aparılır. Tənzimləmənin mahiyyəti aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debit Kredit
Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər yarandıqda (40.30) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 506 saylı hesab
Öhdəlik uzunmüddətli kimi təsnifləşdirildikdə (40.30) 506 saylı hesab 407 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (40.31) 506 saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (40.31) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 506 saylı hesab
Öhdəlik ödənildikdə (40.32) 506 saylı hesab “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
Öhdəlik üçüncü şəxs tərəfindən ödənilməsi (bənd 40.33) 506 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 -“Digər qısamüddətli öhdəliklər” hesabları
Öhdəliyin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi 506 saylı hesab 631-5  saylı “Digər maliyyə gəlirləri” hesabı

Praktik müxabirləşmə nümunəsi

“ABC” öz törəmə (asılı) müəssisəsindən ilin əvvəlində bir il müddətinə illik 8 faizlə 10000 manat borc alıb. Noyabr ayının sonunda borcun 5000 manatı qaytarılır, 4000 manatı uzunmüddətli kimi təsnif edilir (bağlanmış borc müqaviləsi), 1000 manat borc isə bağışlanıb. Mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Törəmə müəssisədən qısamüddətli borc götürülüb 223: “Bank hesablaşma hesabları” 506 saylı hesab 10 000
Noyabr ayında borcun bir hissəsi qaytarılır. 506 saylı hesab 223: “Bank hesablaşma hesabları” 5 000
Bor üçün faiz hesablanır ((10000*8%/12)*11) 751: “Maliyyə xərcləri” 537: “Faizlər üzrə qısamüddətli borclar” 733
Faiz borcu ödənilir 537: “Faizlər üzrə qısamüddətli borclar” 223: “Bank hesablaşma hesabları” 733
Öhdəlik borc müqaviləsinə əsasən uzunmüddətli kimi təsnif edilir 506 saylı hesab 407 saylı hesab 4000
Bağışlanmış borc gəlirə aid edilir 506 saylı hesab 631-5 “Digər maliyyə gəlirləri” hesabı 1000
İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər) 751: “Maliyyə xərcləri” 733
İlin sonunda gəlir mənfəətə aid edilir 631-5 “Digər maliyyə gəlirləri” hesabı 801: “Ümumi mənfəət (zərər) 1000

506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı mühasibat uçotunun həm milli, həm də beynəlxalq səviyyədə mühüm elementidir. Törəmə müəssisələrlə əlaqəli borcların düzgün sənədləşdirilməsi, vaxtında uçota alınması və doğru açıqlanması müəssisənin maliyyə şəffaflığına və audit proseslərinə birbaşa təsir edir.

1 178 179 180 181 182 183 184 2. 693