İşçi heyəti ilə hesablaşmalar

posted in: Xəbər | 0

İşçilərlə əməkhaqqı üzrə hesablaşmalar


Əsas və əlavə iş yerində əməkhaqqı


İşçilərlə məzuniyyət üzrə hesablaşmalar


Ezamiyyə zamanı işçilərə ödənişlər


Ezamiyyə günlərdə əməkhaqqının hesablanması


İşçilərin əməkhaqqından tutulmalar


Məzuniyyət və əməkhaqqı eyni vaxtda verildikdə tutulmalar


Məzuniyyətə görə kompensasiya və MDSS


Əməkhaqqından alimentin hesablanması

 

İşçi heyəti ilə hesablaşmalar

posted in: Uncategorized | 0

Mühasibat uçotunda işçi heyəti ilə hesablaşmaların uçotu hesablaşmanın xarakterindən asılı olaraq 70 N-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar”, 73 N-li “Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar” və 93 N-li “İşçilər üçün bank kreditləri” hesablarında uçota alınır.

70 N-li hesabdan müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əmək ödənişinin bütün növləri üzrə (əmək haqqı, mükafat, məzuniyyət haqqı, kompensasiya, müxtəlif təyinatlı təqaüdlər və digər ödənişlər) hesablaşmaları aparmaq üçün istifadə edilir.

İşçi heyəti ilə hesablaşmalar zamanı analitik uçot hər bir işçi üzrə (tabel nömrəsinə uyğun olaraq) ayrılıqda aparılır.

Ölkəmizdə əmək münasibətlərinin təşkili, onun ödənilməsi və digər hallar AR Əmək Məcəlləsi ilə nizamlanır.

Sosial sığorta və təminat üzrə hesablaşmalar

posted in: Xəbər | 0

İşçi heyətinin dövlət sosial-sığorta, pensiya təminatı və başqa bu kimi hesablaşmalar haqqında məlumatların uçotu üçün hesablar planında 69 N-li “Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Sosial sığorta və təminatlara ayırmaların qaydaları müvafiq orqanların (o cümlədən, AR Dövlət Sosial Müdafiə Fondunun) qanunvericilik və digər normativ aktları ilə nizamlanır.

Büdcə ilə hesablaşmalar

posted in: Xəbər | 0

68 N-li “Büdcə ilə hesablaşmalar” hesabı mühasibat uçotu hesablar planının əsas hesablarından olmaqla müəssisənin, onun işçi heyətinin və təsisçilərinin büdcəyə ödədikləri, bütün növ vergilər (əlavə dəyər vergisi, müəssisələrin mənfəətindən vergi, aksiz, fiziki şəxslərdən gəlir vergisi, mədən vergisi, gömrük idxal-ixrac vergiləri, patent alınmasına görə, birdəfəlik ödənilən rüsumlar və digərləri) üzrə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün istifadə olunur. Büdcəyə hesablanmış vergilər 68-ci hesabın kreditində, həmin vergilər üzrə ödənilmiş məbləğlər isə debetində yazılır.

Büdcəyə vergilərin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin və digər orqanların qərar və normativ sənədləri ilə tənzimlənir. Analitik uçot vergilərin növləri üzrə aparılır. Artıq ölkəmizdə xəzinədarlıq sisteminə keçidlə əlaqədar olaraq büdcəyə ödənilən bütün vergilər yerli xəzinədarlıq idarəsinə köçürülür. Ödənişin təyinatı qrafasında köçürülən verginin adı və hesabat dövrü göstərilir.

Müəssisə ödəyicisi olduğu hər bir vergi üzrə Vergi Məcəlləsində nəzərdə tutulduğu qaydada vergi orqanına hesablanmış və ödənilmiş vergilərin haqq-hesabını təqdim edir. Eyni zamanda vergi uçot şöbəsində bütütn tədiyyəçilərin təqdim etdikləri hesabat ödəniş sənədlərinə əsasən şəxsi hesab vərəqəsi tərtib olunur. Mütəmadi olaraq büdcə ilə hesablaşmaların dəqiq uçotunu aparmaqdan ötrü tədiyyəçilər özlərinin mühasibat uçotunda və vergi orqanının şəxsi hesab vərəqəsində əks olunan göstəricilərin uyğunuluğunu yoxlamalıdırlar.