ƏMAS-da işçinin əmək şəraitinin hansı halları qeyd edilməlidir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Bəs bu məqam yeni yaradılmış Əmək və Məşğulluq Altsistemində (ƏMAS) necə əks olunur?

Mövzu ilə bağlı sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Əmək qanunvericiliyində işçinin əmək şərati ilə bağlı müəyyən tələblər əksini tapıb. Misal üçün, Əmək Məcəlləsinin 92-ci maddəsində qeyd edilir ki, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insan sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

Başqa bir misal. Əmək Məcəlləsinin 100-cü maddəsinin 2-ci hissəsində bildirilir ki, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

ƏMAS alstistemində işçinin əmək şəraiti üzrə 5 seçim imkanı verilir: zərərli, ağır zərərli, normal, ağır və digər.

Yalnız “Normal” seçdikdə “İş yerinin əmək şəraiti” bölməsi deaktiv olur. Əmək şəraiti normal olmayan iş şəraiti ilə bağlı işəgötürənlər aşağıdakı əsas normativ hüquqi sənədlərin tələblərini gözləməlidirlər:

  • “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı;
  • “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli qərarı;
  • “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 175 nömrəli Qərarı;
  • “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən digər amillər olan ǝmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarı;
  • “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan ǝmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 58 nömrəli Qərarı;
  • “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli 1 nömrəli Qərarı.

Həm ƏMAS altsistemində, həm də əmək qanunvericiliyində əmək şəraitinin ağır, zərərli, xüsusilə ağır və xüsusilə zərərli işlər üzrə bölgüsü aparılır. Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarına əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

Əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində – 1,04;

orta səviyyəsində – 1,08;

yuxarı səviyyəsində – 1,12.

Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində – 1,16;

orta səviyyəsində – 1,20;

yuxarı səviyyəsində – 1,24.

Misal 1

Əmək şəraiti xüsusilə ağır işdə çalışan işçinin əmək şəraitinin ağır və zərərliliyi yuxarı səviyyədə qiymətləndirilib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, tarif (vəzifə) maaşı 500 manat olan işçiyə hesablanan əmsal 1.24 müəyyən edildiyi üçün bu məbləğ 120 manat olacaq.

Digər məsələ isə iqlim şəraiti ilə bağlı əlavələrin müəyyən edilməsidir. Qərara əsasən, Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilib. Həmçinin, Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edlib:

sahillə quru yol əlaqəsi olduqda – 1,4;

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:

0,5 km-ə qədər – 1,5;

0,5 km-dən 70 km-ə qədər – 1,65;

70 km-dən artıq – 1,75.

Misal 2

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarı ilə Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı müəyyən edilib. Misal üçün, qərara əsasən, Xəzər dənizində yerləşən obyektin sahillə quru yol əlaqəsi olduqda 1,4 əmsal tətbiq edilir. Yəni, işçinin vəzifə (tarif) maaşı 500 manatdırsa, o zaman tətbiq edilən əmsal nəticəsində məbləğ 700 manat olacaq:

500 manat x 1,4 ǝmsal = 700 manat.

Sonda bir məsələni də qeyd edək ki, ƏMAS altsistemindən öncəki e-gov.az portalındakı elektron informasiya sistemində “Əmək şəraiti” bölməsi aktiv edilməmişdi. Yeni proqram təminatında bütün işçilər üçün ilk düzəliş həyata keçirildikdə, əmək şəraitinin qeyd edilməsi məcburi tələb kimi qoyulub. Həmçinin, normal əmək şəraiti olmayan hallar üzrə əmsalların seçilməsi sonradan ƏMAS-da avtomatik müəyyən edildi.

Mənbə: vergiler.az

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

Uçot subyektlərinin debitor və kreditor borcları

posted in: Xəbər | 0

Aktivlərin təsnifatı

Aktivlər haqqında danışarkən, onları fiziki mövcud olan, real aktivlər və maddi cəhətdən mövcud olmayan, maliyyə alətləri formasında xarakterizə olunan aktivlər (bank hesablarında olan pullar, səhmlər, debitor borclar, sairləri) kimi xarakterizə etmişdik.

Real aktivlərə yaxud fiziki cəhətdən mövcud olan aktivlərə nümunə kimi bunları göstərə bilərik:

İkinci qrupa daxil olan aktivlərə, real aktivlərdən fərqli olaraq, toxuna bilmirik, görə bilmirik, amma onlar bizə məxsusdur, əsas etibarı ilə hüquqlarımız kimi çıxış edirlər. Belə aktivlərə nümunə kimi debitor borcları, verilmiş avansları, təhtəlhesab məbləğləri, təxirə salınmış vergi aktivlərini, verilmiş borclar (alınmış veksel) və sairləri göstərmək olar.

Xatırlatma: Aktivlər (assets) – Müəssisənin keçmiş hadisələrinin nəticəsi olaraq ortaya çıxmış, hal-hazırda müəssisənin nəzarətində olan, gələcəkdə ona iqtisadi səmərə axını gətirən varlıqlardır.

Mühasibat uçotu subyektlərində aktivləri müddətlərinə görə cari (qısamüddətli) aktivlər və uzunmüddətli aktivlər kimi təsnifləşdirilir.

Debitor nədir?

Hazırda, iqtisadi fəaliyyətin bugünkü səviyyəsində, satılan malların (göstərilən xidmətlərin) tam dəyərini dərhal alan müəssisəyə nadir hallarda rast gəlmək olur. Əməkdaşlığın beynəlxalq miqyası, müxtəlif bazarlarda güclü rəqabət müəssisələri dəyəri tam ödənilməyən, yəni nisyə satışlar etməyə məcbur edir. Bu onlara bazarda qalmağa kömək edir. Aktivlər nisyə qaydada satıldıqda debitorlar, yəni alacaqlar formalaşır.

Amma şirkətlər sağa-sola nisyə mal satarsa nağd pul çatışmazlığından əziyyət çəkə, bəzən müflis də ola bilərlər. Buna görə, təşkilatlanmış, düzgün idarəedilən müəssisələr nisyə satışlarına limitlər müəyyən edirlər. Limitlər həm ümumi nisyə satışlara, həm də konkret alıcı və  sifarişçilərə tətbiq edilə bilər.

Yeri gəlmişkən, debitorlarla hesablaşmaları düzgün aparmaq, müəssisənizi borclara görə risk qarşısında qoymaq istəmirsinizə Accounting.Az konsaltinq şirkətinə müraciət edin. Beynəlxalq arenada tanınan bu şirkət 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür.

Beləliklə, debitor borclar fiziki yaxud hüquqi şəxslərin tərəfdaş şirkət qarşısında sənədləşdirilmiş borc öhdəliklərinin toplusudur. Qabaqcadan ödəniş edilmədən, amma müəyyən edilmiş müddət ərzində pul ödənişlərini almaqla mal satmaq yaxud xidmət göstərmək işgüzar praktikada geniş tətbiq edilir. Vergi ödənişlərinin artıq ödənilməsi, şirkət işçilərinə borc verilməsi, təsisçinin nizamnamə kapitalına payının vaxtında ödənilməməsi  debitor borc anlayışının əhatə dairəsinə düşür.

Kreditor kimdir?

Kreditor (latınca “creditor” – inanan, “credo” – inanıram) yaxud borc verən – mülki hüquq münasibətlərinin iştirakçılarından biri olan, belə hüquqi münasibətlərin digər iştirakçısından – borcludan (borcalandan, xidmət istehlakçısından) müəyyən davranış tələb etmək hüququna malik olan istənilən şəxsdir.

Borcun qaytarılmasını tələb etmək hüququ olan şirkət kreditor, borclu isə debitor hesab olunur. Buna görə də başqa şəxslərin şirkətə olan borcuna debitor borclar, şirkətin digər hüququ və fiziki şəxslər qarşısında öhdəliyinə isə kreditor borclar deyilir.

Debitor borclar hüquqi və fizikin şəxsin digər şəxslərdən alacaqları, kreditor borclar isə əksinə, onların kreditorlar qarşısında öhdəlikləri, borclarıdır.

Mühasibat uçotunun beynəlxalq standartları mühasibat uçotu subyektlərinin digər şəxslər qarşısında olan borclarını onların öhdəlikləri (məsələn, faiz xərcləri yaradan öhdəliklər, vergi, digər sair məcburi ödənişlər üzrə öhdəliklər, kreditor borcları və sair) müddətinə görə qısa və uzun müddətli öhdəliklər kimi iki qrupa ayırır. Həmin standartlar kreditor borclara aşağıdakıları aid edir:

  • malsatan və podratçılara kreditor borclar
  • əməyin ödənişi üzrə işçi heyətinə olan borclar
  • təsisçilərə dividend ödənişi üzrə borcları
  • törəmə(asılı) cəmiyyətlərə kreditor borclar
  • icarə üzrə borclar
  • tikinti müqavilələri üzrə borclar
  • faizlər üzrə borcları
  • digər kreditor borcları

Kreditor o zaman yaranır ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirib, şirkət hələ yox.

Debitor borcların təsnifatı

İkitərəfli razılaşmada müəyyən edilmiş müddətin sonunadək ödənilməyən debitor borclarının vaxtı keçmiş olur. Yalnız bundan sonra kreditor onu almaq üçün hər hansı addım atmaq hüququna malikdir.

Ödəniş müddətinə görə debitor borcları aşağıdakı qruplara bölünür:

  • uzunmüddətli – 12 aydan artıq müddəti olan debitor borclar;
  • qısamüddətli – 12 aya qədər ödəmə müddəti olan debitor borclar.

Uzunmüddətli debitor borclarının uçotu Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 17-ci maddəsi, qısamüddətli debitor borcların uçotu isə “Qısamüddətli aktivlər” bölməsinin 21-ci, üzrə aparılır.

Müqavilə şərtlərinin yerinə yetirməsinə görə debitor borclar aşağıdakı kimi təsnif edilə bilər:

  • normal debitor borclar – müqavilə üzrə ödəniş şərtləri pozulmayanlar;
  • vaxtı keçmişlər – müqavilə müddətlər keçib, amma ödəniş edilməyənlər.

Eyni zamanda borc:

  • şübhəli ola bilər – yəni bank təminatı, girov yaxud zaminliklə təmin olunmayıb, və;
  • ümidsiz kimi tanına bilər – iddia müddəti keçib, borclu şirkət ləğv edilib, vergi ödəyicisi vahid dövlət reyestrindən silinib.

Debitorların qruplaşdırılması

Debitor məbləğləri borclunun kimliyindən asılı olaraq qruplaşdırmaq olar. Buna bir nümunə aşağıda verilib:

  • təchizatçıların debitor borcları – avans daşımalara qarşı əvvəlcədən ödənişlər üzrə borc;
  • alıcı və sifarişçilər – göndərilmiş mallara, işlərə, xidmətlərə görə borc;
  • büdcə və büdcədənkənar fondlar – vergilərin, sosial yığımların artıq ödənilməsi nəticəsində dövlət büdcəsinin borcu;
  • işçilər – alınan kreditlər, borc məbləğləri, artıq ödənilmiş əməkhaqqı borcları;
  • təsisçilər – nizamnamə kapitalına ödəmələr üzrə borc.

Digər borclular əksikgəlmələr, artıq xərclər, vəsaitlərin, inventarların oğurlanması,  zədələnməsi, dəymiş zərərin ödənilməsi üçün təqsirkar şəxslərlə hesablaşmalar üzrə borclar və sair.

Debitor və kreditor borcların idarə edilməsi

Debitor borcun hər manatı itirilmiş “real” dövriyyə vəsaiti – hesablardakı pul, anbarlardakı mallar, xammallar və s. deməkdir. Odur ki, debitor borcları düzgün idarə etmək vacibdir. Bunun üçün ilk öncə aşağıdakı addımları atmaq lazımdır:

  • debitor borclarının ödənilmə tarixlərinə nəzarət – ;
  • debitor borcların inventarizasiyası;
  • borcluların yoxlanılması.

Kreditor borcların da vaxtında ödənilməməsi faiz və cərimələr şəklində maliyyə itkiləri, riskli ödəyici kimi tərəfdaşlar qarşısında etibarın itirilməsi deməkdi.

Bunları nəzərə alıb, həm ümumi nisyə satışlara, həm də malsatan və podratçılara limitlər tətbiq edilə bilər.

Şirkətlər səmərəli, davamlı fəaliyyəti təmin etmək üçün:

  • debitor və kreditor borcları dəqiq izləməli;
  • ödənişlərin razılaşmaya uyğun tələb etməli, habelə;
  • qarşı tərəfə vaxtında köçürülməsinə nəzarəti düzgün təşkil etməlidirlər.

Müəssisələrdə ildə bir dəfədən az olmayaraq debitorlar və kreditorlarla hesablaşmaların (xüsusilə də alıcılar və malgöndərənlərlə) üzləşməsini keçirilməli, nəticəni aktlaşdırılmalıdır.

Qarşı tərəfdən məlumatları aldıqdan sonra debitorlar onları yoxlamalı, kreditorun borc qalığını təsdiq etməlidir və ya öz etirazlarını bildirməlidirlər.

Tərəflər fərqli rəqəmlərdən çıxış edərlərsə, təkrara yoxlama aparılır, sonuncu yekun bəyanını bildirir. Zərurət yaranarsa qarşılıqlı şəkildə aradakı uyğunsuzluğun səbəbləri aşkarlanmalıdır.

İddia müddəti keçən debitor borcları dövlət müəssisələrində müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə zərərə silinir. İddia müddəti keçməsində  günahkar   olan şəxslər məsuliyyətə cəlb olunur. Alınmasına ümid itirilmiş sair borclar adətən zərərə silinir.

Debitor borcların idarə edilməsi məqsədi ilə şirkət debitorlarla münasibətdə xüsusi plan hazırlamalı, möhlət müddətləri, təxirə salına biləcək məbləğlər dəqiqləşdirilməlidir.

181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabı üzrə uçot

Sadələşdirilmiş verginin büdcə gəlirlərində rolu

posted in: Xəbər | 0

Büdcə proqnozlaşdırılması

Dövlətin öz məqsədlərini reallaşdırmaşı üçün vəsaitə ehtiyacı var. Bu vəsaitlərlə o, struktur vahidlərini maliyyələşdirir, funksiyalarını həyata keçirir. Bu məqsədlə dövlətin büdcə sistemində toplanan maliyyə vəsaitlərinin əsas mənbəyi vergilər, o cümlədən sadələşmiş vergi daxilolmalarıdır. Bu səbəbdən vergi proqnozlaşdırılması büdcə xərclərinin mənbəyinin formalaşmasında mühüm rol oynayır.

Büdcə daxilolmalarının xərclənmə istiqamətləri fərqlidir. Buna 2022-ci ildə funksional təsnifat bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinə nəzər salaraq görmək olar (mənbə: AR MN, “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”):

2022-ci ildə büdcə xərcləri 2022 - bölmələr üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinə nisbəti

Büdcə gəlirlərində vergilərin payı, rolu fərqlidir. Onların əhəmiyyətini bilmək üçün öncə büdcə daxilolmalarının proqnozu hazırlanır, sonra isə real nəticələrə əsasən vergi proqnozunun icra statistikası analiz olunur. Bu həm dövlət, həm də yerli büdcəyə aiddir. Dövlət büdcəsinin vergi proqnozlaşdırılması çoxmərhələli prosesdir. Onun aşağıdakı bir neçə növü fərqləndirilir:

  • operativ;
  • qısamüddətli;
  • cari və perspektiv.

Vergi ödəmələrini minimuma endirmək istəyirsiniz? Əlaqə saxlayın!


Sadələşdirilmiş verginin proqnozlaşdırılması

Büdcə yığımlarında vergilərin proqnozlaşdırması zamanı, müəyyən zaman intervalında yığılacaq vergilərin iqtisadi cəhətdən əsaslandırılmış miqdarı müəyyən olunur.

Dövlət, habelə özünüidarəetmə orqanları səviyyəsində vergi proqnozlaşdırılması məlumatları orta, habelə uzun dövr üçün fəaliyyətin əsasıdır. Onlara əsaslanaraq:

  • sosial-iqtisadi inkişaf planları hazırlanır;
  • növbəti il büdcə layihələrinin planı tutulur;
  • sosial, iqtisadi, siyasi qərarlar qəbul edilir.

Dövlət gəlirlərinin, o cümlədən sadələşdirilmiş verginin proqnozlaşdırılması AR NK-nin təsdiq etdiyi metodologiya əsasında aparılır. Hesablama zamanı istifadə edilən göstəricilər aşağıdakıları nümunə göstərmək olar:

  • pərakəndə əmtəə dövriyyəsi üzrə rəqəmlər;
  • bu dövriyyənin fiziki və hüquqi şəxslər üzrə bölgüsü;
  • pullu xidmətlərin həcmi, artım sürəti;
  • bu vergi ödəyiciləri üzrə dövriyyələr və sair.

Bunlar vergi proqnozlaşdırılması zamanı tələb olunan göstəricilərin tam siyahısı deyil. Tam siyahı, onlara uyğun hesablama qaydası ilə Nazirlər Kabinetinin yuxarıda qeyd edilən metodologiyada tanış olmaq olar.

Sadələşdirilmiş verginin statistikası

Vergi daxilolmalarının statistikası, onların analizi proqnoz məlumatlarının dəqiqliyini müəyyən etməyə kömək edir. Təhlillər ölkə iqtisadiyyatı üzrə məlumatları  ümumiləşdirməyə, büdcə yığımlarına müxtəlif hadisələrin təsirini araşdırmağa kömək edir. Məsələn, 2020-2021-ci ilin pandemiyası daxilolmalara da təsir etmişdi.

Ümumən sadələşdirilmiş verginin hesablanmasının sadə mahiyyəti, inzibatçılığının rahatlığı onu həmişə tələb edilən vergi olaraq saxlayacaqdır.

Büdcə gəlirləri əsas etibarı ilə vergidən daxilolmalar hesabına formalaşır. Hər il büdcə daxilolmalarının təqribən 40%-ini vergilərdən daxilolmalar təşkil edir. Vergidən daxilolmaların isə təxminən 2%-ə qədəri isə sadələşdirilmiş vergidir. Məsələn, 2022-ci ilin yanvar-avqust aylarında daxilolmalarda sadələşdirilmiş verginin çəkisi 1,15% təşkil edib.

Sadələşdirilmiş verginin proqnozlaşdırılması büdcə daxilolmalarının tərkibinə operativ müdaxiləyə imkan verir.

341 saylı “Hesabat dövründə xalis mənfəət (zərər)” hesabı üzrə uçot

Kapital Bank-dan digər banklarda nağd krediti və kredit kartı olan müştərilərə sərfəli təklif

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank sərfəli imkanlar təklif etməyə davam edir. Digər banklarda kredit öhdəliyi olub əlverişli kredit imkanı axtaranlar üçün əsl fürsət yaradılıb. Belə ki, 14 iyun 2024-cü il tarixindən etibarən digər banklarda olan kreditlərini bağlamaq məqsədilə Kapital Bank-a müraciət edən müştərilər kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edəcəklər.

Artıq yüksək faizlərdən, bir neçə yerə kredit ödəməkdən xilas olmağın vaxtıdır. Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilər faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsətindən yararlana bilərlər.

Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz. Kampaniya 31 iyul 2024-cü il tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün: https://kbl.az/fdsf

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

İş vaxtından artıq işləməyə yol verilən hallar hansılardır?

1 352 353 354 355 356 357 358 2. 683