Əmək resursları və müəssisə personalı. Əmək prosesi | I hissə

posted in: Xəbər | 0

Əmək iqtisadiyyatı müəssisənin həm istehsal, həm də sosial alt sistemlərini ifadə edir, eyni zamanda, onun iqtisadi alt sisteminin mühüm elementidir.

Əmək iqtisadiyyatı bu ardıcıllıqlarla müəyyən olunur:

  • Əmək resursları və müəssisə personalı. Əmək prosesi;
  • İş vaxtı və əmək məhsuldarlığı;
  • Müəssisədə əməyin normalaşdırılması;
  • Əməkhaqqı təşkilinin prinsipləri;
  • Əməkhaqqı formaları.

Əmək resursları və müəssisə personalı. Əmək prosesi

İstehsal prosesini həyata keçirmək üçün müəssisəyə lazım olan iqtisadi resursların bütün növlərindən əmək ehtiyatlarının xüsusi yer tutduğunu biz artıq bilirik. Çünki maddi nemətlərin istehsalının, şəxsi və milli sərvətin artmasının əsasını məhz insanların əmək fəaliyyəti təşkil edir.

Bir sıra mühüm anlayışları izah edək.

Əmək ehtiyatları

Əhalinin ictimai faydalı əmək fəaliyyəti ilə məşğul olmaq üçün fiziki inkişafa, əqli qabiliyyətə və biliyə malik olan əmək qabiliyyətli bir hissəsidir.

Əmək resurslarının həcmi əhalinin sayından, onun təkrar istehsalı rejimindən, artan yaş tərkibindən asılıdır. Ölkənin əmək resurslarının əsas hissəsini əmək qabiliyyətli yaşda olan əhali, həmçinin yeniyetmələr və əmək qabiliyyətli pensiya yaşı olan şəxslər təşkil edir.

Əmək fəaliyyətinin həyata keçirilməsi prosesində insan müəyyən fiziki və mənəvi enerji sərf edir, bu zaman əmək potensial qabiliyyətindən – işçi qüvvəsindən istifadə edir.

İşçi qüvvəsi

İnsanın malik olduğu və hər dəfə əmək fəaliyyəti prosesində istifadə etdiyi fiziki və mənəvi qabiliyyətlərin məcmusudur. “Əmək iqtisadiyyatı” mövzusunun kontekstində əmək bazarında satın alınan (satılan) işçi qüvvəsinin olduğunu qeyd etmək vacibdir. Bu zaman qeyd etmək lazımdır ki, satıcı (işçi) üçün sövdələşmə şərtləri nə qədər sərfəli olarsa, o qədər də öz qabiliyyətlərindən tam və keyfiyyətlə istifadə edəcək, əmək prosesi bir o qədər səmərəli gedə bilər. Beləliklə, işçi qüvvəsinin dəyərinin adekvat qiymətləndirilməsi istehsal prosesinin səmərəli təşkilinin ən mühüm elementidir.

İstehsalatın maddi və maliyyə amillərindən səmərəli istifadə etmək üçün nəzərdə tutulmuş əmək resursları müəssisədə onun işçiləri tərəfindən təqdim olunur.

Eyni zamanda, iki anlayışdan geniş istifadə olunur: müəssisənin kadr və personalı.

Müəssisənin kadrları dedikdə, müəssisədə ştat cədvəlinə uyğun olaraq işləyən müxtəlif peşə-ixtisas qruplarının muzdlu işçilərinin məcmusu başa düşülür. Müəssisənin kadrları, bir qayda olaraq, işçilərin əsas (ştat, daimi) tərkibidir.

Bir çox iqtisadçıların fikrincə, işçi heyəti anlayışı daha tutumlu olmaqla müəssisədə çalışan bütün şəxsi heyəti əhatə edir. Bura daxildir:

  • əsas heyətin (ştat) işçiləri;
  • digər müəssislərdən əvəzçilik üzrə işə qəbul edilən şəxslər;
  • mülki-hüquqi xarakterli birdəfəlik müqavilə (öhdəlik müqaviləsi, xidmət göstərilməsi ilə əlaqəli müqavilə və s.) üzrə işləri yetirən şəxs.

Müəssisənin işçi heyəti kəmiyyət və keyfiyyət göstəricilərinə bölünən bir sıra xüsusiyyətlərə malik olmalıdır. Personalın keyfiyyət xüsusiyyətlərini xüsusi qeyd edək:

  • müəyyən fəaliyyət sahəsində konkret biliklərin və peşəkar bacarıqlarının mövcudluğu;
  • müəyyən peşəkar və şəxsi maraqlar (karyera qurmaq arzusu, peşəkar və şəxsi özünü reallaşdırmağa ehtiyac);
  • konkret peşə fəaliyyəti üçün zəruri olan müəyyən psixoloji, intellektual, fiziki keyfiyyətlərin olması.

İşçi heyəti kateqoriyalar üzrə fərqləndirilir (rəhbərlər, mütəxəssislər, işçilər): peşələr üzrə; ixtisaslar və ixtisas əlamətləri üzrə.

Rəhbərlər – bunlar müəssisədə rəhbər (direktor, usta, baş mütəxəssis və s.) vəzifələrini tutan işçilərdir.

Mütəxəssislər – bunlar ali və ya orta ixtisas təhsili olan işçilərdir, habelə xüsusi təhsili olmayan, lakin müəyyən vəzifə tutan işçilərdir.

Texniki işçilər – sənədlərin hazırlanması və rəsmiləşdirilməsini, uçot və nəzarəti, təsərrüfat xidmətini (agentlər, kassirlər, kargüzar, katiblər, statistika və s.) həyata keçirən işçilərdir.

Ümumi sayında işçilərin müxtəlif kateqoriyalarının nisbəti müəssisənin, sexin, sahənin kadr (personalının) strukturunu səciyyələndirir. Kadrların strukturu həmçinin yaş, cins, təhsil səviyyəsi, iş stajı, ixtisaslaşma, normaların yerinə yetirilməsi dərəcəsi və s. kimi əlamətlərə görə müəyyən edilə bilər.

Personalın peşəkar – ixtisas strukturu əməyin peşəkar və ixtisas bölgüsü əsasında formalaşır. Peşə altında adətən müəyyən hazırlıq tələb edən əmək fəaliyyətinin növünü (cinsini) başa düşürlər. İxtisas bu peşəyə işçilərin mənimsənilməsi tədbirini xarakterizə edir və ixtisas (tarif) dərəcələrində, kateqoriyalarda əks olunur. Tarif dərəcələri və kateqoriyalar da işin çətinlik səviyyəsini xarakterizə edən göstəricilərdir.

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi

Mühasibat uçotu və müəssisənin ətraf mühiti

posted in: Xəbər | 0

Müəssisənin ətraf mühiti nədir?

Müəssisə boşluqda fəaliyyət göstərmir, cari, strateji fəaliyyətində müxtəlif amillərin məcmusundan ibarət mühitlə əhatələnib. Dünyada hər şey, o cümlədən, müəssisəni əhatə edən mühit daima dəyişir.

İndiki dövr əmtəə və avadanlıqların sürətlə köhnəlməsinə səbəb olan texnoloji yeniliklər, rəqiblərin qüvvələrində köklü dəyişikliklər dövrüdür. Bütün bunlar müəssisəni dəyişən ətraf mühit şəraitinə uyğunlaşmağa məcbur edir. Təsirlərin proqnozlaşdırılmasında mühasibat uçotu məlumatlarının rolu əvəzsizdir.

Müəssisənin ətraf mühiti – şirkətin fəaliyyətinə, onun nəticələrinə təsir göstərən qüvvələr, amillər məcmusudur.


Müəssisəni əhatə edən mühit
2 qrupa bölünür:

  • makro mühit;
  • mikro mühit.

Makro mühit müəssisənin maraqları ilə ziddiyyətdə olan, mikro mühitə təsir göstərən, təşkilatdan asılı olmayan əsas təsir qüvvələridir. Sosial-demoqrafik, iqtisadi, elmi-texniki, siyasi mühit, mədəni, həmçinin təhsil kimi faktorlar onu xarakterizə edən faktorlardandır.

Makro mühit müəssisənin maraqları ilə ziddiyyətdə olan, mikro mühitə təsir göstərən, təşkilatdan asılı olmayan əsas təsir qüvvələridir. Sosial-demoqrafik, iqtisadi, elmi-texniki, siyasi mühit, mədəni, həmçinin təhsil kimi faktorlar onu xarakterizə faktorlardandı.

Məsələn, müəyyən dövrdə ailələrin sayı azalıb, işləyən qadınların sayı artıb. Evdar qadınlar üçün tikiş maşınları istehsalçısı olan şirkət sosial – demoqrafik faktorun təsirini nəzərə almalıdır, əks halda tənəzzülə uğraya bilər.

 Mikro mühitin əsas faktorları

Şirkətin əsas məqsədi mümkün qədər çox mənfəət əldə etməkdir. Buna bazarda cəlbedici əmtəə və xidmətlər istehsalı etməklə nail olmaq olar. İdarəetmə sisteminin hədəfə istiqamətlənmiş təsərrüfat fəaliyyəti:

  • müştərilərin;
  • vasitəçilərin;
  • rəqiblərin;
  • şirkət işçilərinin hərəkətlərindən asılıdır.

Bunlar müəssisənin mikro mühitini formalaşdırır.

Müəssisənin mikro mühiti birbaşa onun özünə aid amillər, müştəri xidməti imkanları ilə əlaqəli faktorlardır.

Mikro mühitin təsnifatı

Mikro mühit hər birinin müəssisənin fəaliyyətində rolu yaxud marağı olan iki qrupa bölünür:

  • daxili;
  • xarici.

Müəssisənin daxili mikro mühitinə aşağıdakı şöbə, xidmət, bölmələr aid edilir:

  • rəhbərlik;
  • maliyyə xidməti;
  • istehsal prosesi;
  • maddi-texniki təchizat;
  • mühasibat xidməti.

“Xarici” sözü xarici ölkələr anlamında deyil, kənar təsirlər (şəxslər) mənasında işlənir. Xarici mikro mühit – şirkətlə qarşılıqlı əlaqəli, şirkət tərəfindən hər hansı şəkildə (məsələn, müqavilə) idarə olunan bütün strukturların məcmusudur. Bunlara:

  • təchizatçıları;
  • vasitəçiləri;
  • müştəriləri
  • rəqibləri nümunə göstərmək olar.

Xarici mikro mühiti formalaşdıran amillərin vaxtında, dəqiqi mühasibat uçotu müəssisə rəhbərliyinə mənfi təsirləri proqnozlaşdırmağa, mənfi təsirləri vaxtında aradan qaldırmağa imkan yaradır.

Mühasibat uçotu və müəssisənin ətraf mühiti

Son 50 ildə dünya əhəmiyyətli dərəcədə dəyişib. Buna bir çox hadisələr, məsələn texnoloji tərəqqi, qloballaşma səbəb olub.

Müəssisəni əhatə edən biznes mühitinin sürətlə dəyişməsi, qeyri-sabit, qeyri-müəyyən olması rəqabət qaydalarına əsaslı təsir edib. Biznes mühit dəyişdikcə, mühasibat uçotu ətraf mühitdə və texnologiyada baş verən dəyişikliyə uyğunlaşmaq məqsədilə inkişaf etməli, biznes məlumatlarının qeydiyyatının, təhlilinin, təqdimatının səmərəli üsullarını tapmalı, daim inkişaf etməlidir.

Sadə bir nümunəyə baxaq. Biz uçotun tarixindən danışarkən, müasir mühasibat uçotunun müəssisənin ətraf mühitinin dəyişən faktorlarının təsiri altında necə inkişaf etdiyini izləmişdik. Yaxud beynəlxalq mühasibat cəmiyyətlərinin formalaşması məhz müəssisələrin daima inkişafda olan əhatə mühitinin təsiri altında baş verirdi.

Mühasibata təsir edən ətraf mühit amilləri

Qloballaşma, xarici iqtisadi əlaqələr, korporasiyalar mühasibat uçotunun beynəlxalq mühasibat uçotu standartlarının hazırlanmasını zəruri edir.

Artan bazarlar, rəqabət idarəetmə uçotu mühasiblərindən imkanlar yaxud təhlükələrə cəld, çevik reaksiya tələb edir. Onlar beynəlxalq bazarlar, mədəni mühitlər barədə biliklərə yiyələnməli, müəyyən ölkələrə xas risklərdən xəbərdar olmalıdırlar.

Xammalın qiyməti, biznesin aparılması xərcləri artdıqca, rəqabətə davamlı məhsulların istehsalı xərclərin idarə edilməsi vacibdir.

Daxili əməliyyatlar üzərində şəffaflığın, nəzarətin artırılması əhəmiyyətlidir. İdarəetmə uçotu baxımından mühasiblər bütün funksiyalar üzrə menecerlərlə müntəzəm əlaqə saxlamalıdırlar.

Bazarlar əhəmiyyətli gəlir üçün unikal fürsət təqdim edərkən, bəzi şirkətlər özlərini vergidən yayınma, fırıldaqçılıq, rüşvətxorluq, korrupsiya risklərinə məruz qoyurlar.

Nəticədə:

  • Mühasibat uçotu mütəxəssisləri rəqəmlərin sadəcə hesablanmasını deyil, kommersiya əsasını anlayaraq, müəssisəni əhatə edən mənfi amillərin biznes mühitə təsirini yuxarıdan aşağı, idarəetmənin hər mərhələsində məlumatlandırmaqla, etik və hesabatlılıq məsələlərində mühüm rol oynamalıdır.
  • Ümumiyyətlə, mühasibat uçotu müəssisənin ətraf mühiti amillərinin idarə edilməsində aktiv iştirak etməklə, onun öz missiyasına nail olmasına öz töhfəsini verməlidir.

Hazırda mühasibatın fəaliyyəti mənfəətə diqqət yetirməkdən daha çox, müştərilər, işçilər,  cəmiyyət kimi müxtəlif maraqlı tərəflərlə işgüzar münasibətlərə yönəlməkdədir.

İllik iş vaxtı norması və onun hesablanması

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

posted in: Xəbər | 0

Əsas vəsaitlərin daxil olması

Mühasibat uçotu subyektlərinin mülkiyyətinə torpaq, tikili və avadanlıqlar müxtəlif formada daxil olur:

  • haqqı ödənilərək alınır;
  • nizamnamə kapitalı formasında;
  • daxilində yaradılır;
  • əvəzsiz alınır;
  • podratçı quraşdırır;
  • maliyyə icarəsi şəklində.

Belə aktivlər haqqında danışırkən “Əsas vəsaitlər” ifadəsindən də istifadə edəcəyik. Bu anlayışların paralel işlənməsi səbəbi haqqında “Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər” adlı məqalədən oxumaq olar.

16 saylı “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS 16) onların tanınması, qiymətləndirilməsi və uçotu qaydalarını tənzimləyir.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  isə ayrı-ayrı qrup hesabların və subhesabların açılması, müxabirləşmələrin metodoloji əsaslarını müəyyən edir.

Əsas vəsaitlərin istismara verilməsi zamanı müxabirləşmələr

Təcrübədə heç də həmişə əsas vəsait alınan kimi dərhal istismara verilmir. Bəzi hallarda onlar özlərinin istismar vaxtının başlamasını, bəzi hallarda isə əlavə təmir quraşdırma işlərinin bitməsini gözləməli olurlar. Bu cür hallarda torpaq, tikili, avadanlıqlara çəkilmiş məsrəflər onun alış dəyərini artırır. Torpaq, tikili, avadanlıqlar üzrə ilkin qiymətləndirilmə zamanı tətbiq edilən ilkin dəyər metoduna görə tək quraşdırma işləri deyil, gömrük rüsum yığımları da (əgər varsa) ilkin dəyərə təsir edir.

Alış qiymətinin üzərinə gələn məbləğlər mühasibat uçotunun hesablar planının 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabında aparılır.

Əməliyyat üzrə müxabirləşmə belə verilə bilər:

DT  113                          KT  538 (531)             kapitallaşdırılan məbləğ

Yuxarıdakı müxabirləşmədə 538 və 531 nömrəli hesabları qeyd etmişik. Səbəb belədir, bəzi halda mühasiblər torpaq, tikili və avadanlıqları aldığı şirkətlərlə hesablaşmaları, yəni onlara öhdəliklərinin uçotunu:

  • bəzən “Malsatan, podratçılara olan qısa müddətli kreditor borclar”;
  • bəzən isə “Sair qısa müddətli kreditor borclar” hesabında uçota alırlar.

Düzdür, nəticə etibarı ilə hər ikisi kreditor borc olduğu üçün ciddi fərq yoxdur. Lakin məsələn, xidmət sektoruna münasibətdə 531 nömrəli hesab, ticarət sektoruna münasibətdə isə 538 nömrəli hesab daha məqsədəuyğun ola bilər. Çünki birinci sektor adətən mal alışına az ehtiyac duyur, ikinci sektor isə tez-tez satış məqsədi ilə mallar alıb onların uçotunu 531 nömrəli hesabda aparır. Buna görə də, bizcə əsas vəsaitin gündəlik satış üçün alınmış ehtiyatlara qarışmaması baxımından 538 nömrəli hesab daha uyğundur.

Yuxarıda qeyd edilən müxabirləşmə o hala aiddir ki, siz əsas vəsaiti uzunmüddətli maliyyə icarəsi yaxud uzunmüddətli kredit şərtləri ilə almamısınız. Əks halda müxabirləşmə aşağıdakı formada verilməlidir:

DT  113                          KT  431 (434; 435)             kapitallaşdırılan məbləğ

Əgər əsas vəsait təsisçilər tərəfindən mədaxil edilirsə aşağıdakı müxabirləşmə verilə bilər:

DT  113                          KT  301             16000

Əsas vəsait digər təşkilatdan əvəzsiz alınmışdırsa:

DT  113                          KT  611            16000

Torpaq, tikili və avadanlıqların istismara verilməsi üzrə müxabirləşmə nümunələri burada verilib

Torpaq, tikili avadanlıqların istismara verilməsi

Gənc mühasiblərdə bəzən belə bir fikir formalaşır: əsas vəsait ilk alınanda əgər istifadə edilmirsə anbarda saxlanılır, sonradan istifadəyə çıxarılır. Belə fikirlər əsassızdır, təcrübənin azlığından irəli gəlir.

Müəssisədə torpaq, tikili, avadanlıqların, istər istismara verilsin, istər verilməsin, xüsusi saxlanmalı olduqları yer yoxdur. Buna rəhbərlik qərar verir, rəhbərlik də nəzarət edir. Sadəcə mühasib bilməlidir ki, müəssisənin mülkiyyətinə verilmiş, amma hələ istismara verilməmiş əsas vəsaitlər 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” adlı hesabda qeydə alınır.

Əsas vəsaitlərin istismara verilməsi zamanı onların ilkin dəyəri formalaşır və müvafiq müxabirləşmə verilməklə 111 saylı “Torpaq, tikili və avadanlıqlar” adlı hesabda əks etdirilir:

DT  111                          KT  113             kapitallaşdırılan məbləğ

111 və 113-cü hesablara da, bütün digər hesablar kimi, yuxarıda qeyd edilən Qaydalara uyğun subhesab açılıb, hər bir kateqoriya üzrə əsas vəsaitlərlə bağlı əməliyyatların uçotu ayrıca aparıla bilər.

İlkin uçot sənədləri

Bəs əsas vəsaitin nə zaman istismara verilməsin mühasib necə bilsin? Axı o müəssisənin ofisində oturur, istehsal yerində olmur.

İstismara verilmiş torpaq, tikili və avadanlıqların uçotda əks olunması “Əsas vəsaitin istismara qəbul edilməs haqqında AKT”  ilə rəsmiləşdirilir. Hər bir akt kimi, bu akt da 3 nüsxədə tərtib edilir, nüsxələrin biri rəhbərlikdə, digəri baş mühasibdə, üçüncüsü isə istehsalat rəisində qalır.

İşin məhz bu formada təşkil edilərsə, hər bir əsas vəsaitin istismara verilməsi barədə mühasibatlığın məlumatı olacaq.

Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər xüsusi qaydada dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə qəbul olunur və həmin komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib edilir. Tərtib olunmuş aktda:

  • obyektin tam xarakteristikası;
  • texniki göstəricilərə uyğunluğu;
  • tikildiyi və istifadə verildiyi tarix və s. göstərilir.

Yuxarıda qeyd edilənlər önəmli məsələdir, çünki mühasib:

  • əsas vəsaitin 113 yaxud 111-ci hesabda uçota alınmalı olmasını;
  • onun təmirinə çəkilmiş xərclərin birbaş gəlirdən çıxılmasını; yaxud,
  • əsas vəsaitin dəyərinin üzərinə gəlinməli olmasını; eləcə də,
  • ona amortizasiya hesablanmasının başlanğıc tarixini dəqiq bilməlidir.

Qeyd edək ki, istismara verilməmiş əsas vəsaitlər üzrə amortizasiya hesablanmır.

Tərtib olunmuş akt, əlavə edilmiş sənədlərlə birlikdə torpaq, tikili və avadanlıq kimi mədaxil olunması üçün mühasibatlığa təqdim olunur. Mühasibatlıq uyğun uçot işlərini aparmaqla, onlara inventar kartı açır.

İnventar kartları

Mühasibat uçotu subyektində əsas vəsaitlərin obyektlər üzrə analitik uçotunun təşkili üçün inventar kartları açılır. İnventar kartı mühasibat uçotu registridir, özündə:

  • obyektin inventar nömrəsini (kodu);
  • əsas istehsal-texniki göstəricilərini;
  • ilkin dəyəri;
  • amortizasiya normasını;
  • digər lazımi məlumatları əks etdirir.

Əsas vəsait müəssisədən çıxarkən inventar kartı ləğv edilir. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olarsa, analitik uçot inventar kitablarında aparılır.

Torpaq, tikili və avadanlıq obyektlərinin sayı çox olan müəssisələrdə əsas vəsaitlər üzrə mühasib vəzifəsi nəzərdə tutulur. Onun vəzifəsi əsas vəsaitin mədaxili, istismara verilməsi, onlarla bağlı təmir, kapitallaşdırma xərcləri, amortizasiya hesablanması, onların sıradan çıxması, satılması, hər hansı başqa səbəblə silinməsi kimi məsələlərə xüsusi təşkilatı nəzarəti həyata keçirməkdən ibarət olur.

Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Saziş imzalanıb

Məzuniyyət hüququnun təmin edilməsinə nəzarət necə həyata keçirilir?

posted in: Xəbər | 0

Məzuniyyət anlayışı

Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsi üzrə hər bir şəxs istirahət  hüququna malikdir. Həmin maddəyə əsasən  əmək müqaviləsi üzrə çalışan işçilərə 8 saatlıq iş günü, istirahət, bayram günləri, həmçinin  21  gündən az olmayan  ödənişli məzuniyyətlər təyin olunmalıdır. Məzuniyyət hüququn təmin edilməsinə nəzarət müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Məzuniyyət işçinin iş yerinin, vəzifəsinin saxlanması şərtilə  müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. İşçinin bir müddət işləyəndən sonra əmək qabiliyyətini bərpa etmək, sağlamlığını möhkəmləndirmək məqsədilə məzuniyyətdən istifadəsi zəruridir. Lakin məzuniyyət işçinin işindən, əmək stajından, dövlət, özəl iş yerlərində işləməyindən, digər səbəblərdən asılı olaraq müxtəlif şərtlər daxilində, fərqli müddətlərdə verilə bilər. İşçilərin məzuniyyət hüququ Əmək Məcəlləsinə müvafiq müəyyən olunur.

Əmək məzuniyyəti hüququ

İşləyən hər bir kəsin məzuniyyət hüququ əmək müqaviləsi bağlayaraq işə başladığı müddətdən etibarən  yaranır (ƏM 113). İşçinin ilk iş ilində bu məzuniyyət hüququndan istifadəsi 6 ay müddət keçəndən sonra mümkündür. (ƏM maddə 131)  Növbəti ildə isə məzuniyyətdən istifadə  hüququ ikinci iş ilinin başladığı gündən yaranmış hesab olunur və tərəflər arasında razılaşdırılmış müddətdə təyin olunur. Ancaq hər işçiyə 6 aylıq məhdudiyyət qoyulmur. ƏM-də 131-maddədə qeyd edildiyi kimi, bəzi işçilər müqavilənin bağlandığı vaxt nəzərə alınmadan məzuniyyətdən istifadə hüququna malikdir.

Müəssisələrdə məzuniyyətlərin verilməsi  zamanı hər təqvim ili üçün növbəlilik cədvəllərinin hazırlanması təmin edilməlidir. Həmin cədvəllərdə məzuniyyətin müddəti təyin olunan zaman  nəzərə almaq lazımdır ki, normal işin pozulmasına səbəb olmasın.

ƏM-nin 133-cü maddəsində qeyd olunduğu kimi :

  • istehsalın və işin normal gedişinin təmini;
  • məzuniyyətlərdə düzgün uçotun təşkili;
  • işçilərin məzuniyyət hüququndan daha səmərəli istifadə etməsi məqsədini daşıyır.

Işçinin müvafiq iş ilində müəyyən səbəblərdən məzuniyyətdən istifadəsi mümkün olmaya bilər. Bu halda ona istifadə olunmayan məzuniyyətlərə görə müəyyən olunmuş qaydada kompensasiya ödənilməsi tələb olunur.

Məzuniyyət hüququnun təmin olunmasına nəzarət

Məzuniyyətdə olan işçinin işlədiyi yerin, vəzifəsinin, əmək haqqının saxlanması şərti onun ən mühüm hüquqi təminatıdır. İşəgötürən tərəfindən məzuniyyətdə olan işçinin müqaviləsinin ləğvi, onun intizam məzuliyyətinə cəlb olunması, başqa vəzifəyə keçirilməsi yolveriməzdir. Həmin məzuniyyət müddəti işçinin əmək stajına aid edilir.

Qanunvericiliyə əsasən işçilərin məzuniyyət hüququnun pozulması, ondan istifadə qaydalarının məhdudlaşdırılması qadağandır. Qanunvericiliyin pozulması halları, eləcə də təyin edilən cərimələr İnzibati Xətalar Məcəlləsində  192-ci maddədə qeyd edilmişdir.

Həmin maddəyə uyğun olaraq vəzifəli şəxslərə:

  • məzuniyyətlərin hesablanmasında hər hansı bir qayda pozuntusu aşkar edildikdə – 700 – 1500 manat;
  • işçinin məzuniyyət hüququ pozulduqda, yaxud ona istifadə olunmayan məzuniyyətə görə kompensasiya ödənilmədikdə – 1500 – 2000 manat aralığında cərimələr tətbiq olunur.

Lakin məzuniyyətin hesablanması zamanı  riyazi hesablama ilə əlaqədar yaranan nöqsan bir istisna hal kimi qəbul oluna bilər.


İşçi heyəti üzrə hesablaşmaların autsorsinqi! İşinizi etibarlı tərəfdaşla aparın!


İşçinin məzuniyyət hüququnun təmin olunmasına nəzarəti AR qanunvericiliyi ilə müəyyən olunmuş orqanlar həyata keçirir. Həmin orqanlardan biri olan ƏƏSMN nəzdində Dövlət Əmək Müfəttişliyi öz səlahiyyətlərini  16 fevral 2011-ci il tarixli DƏM xidməti haqqında əsasnamə yə müvafiq həyata keçirir. DƏM əmək qanunvericiliyinə dair normtiv hüquqi aktların tələblərinin həyata keçirilməsinə nəzarət edən icra hakimiyyəti orqanıdır. Həmin orqanın qəbul etdiyi qərarların işəgötürən və işçi tərəfindən icrası məcburidir.

Məzuniyyət hüququnun təmin olunmasına ictimai nəzarəti isə Hİ təşkilatı, həmçinin işəgötürənin nümayəndəli orqanları yerinə yetirir. İşəgötürən Hİ orqanlarının fəaliyyətinə mane olmamalı, onların qanuni tələblərinə əməl etməlidir. Hİ-nın hüquqlarının pozulması qanunvericiliklə müəyyən olunmuş halda məsuliyyətə səbəb olur.

Suvenirlərin alqı-satqısının rəsmiləşdirilməsi və xərc kimi gəlirdən çıxılması qaydası

1 415 416 417 418 419 420 421 2. 691