Vergi Məcəlləsinə dəyişikliklər 2022

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə dəyişikliklər 2022Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər 2022 –ci ilin yanvarın 1-dən qüvvəyə minib. Amma, nəzərə almaq lazımdır ki, dəyişikliklərin bəzilərinin tətbiq tarixi fərqlidir. Bu haqda əməkdaşlıq etdiyimiz vergi.az saytında məlumat verilib. Dəyişiklik və yeniliklərin ana xətti güzəştli vergitutma tətbiq edən ölkələrə ödənişlər zamanı Azərbaycan mənbəyindən əldə edilmiş sayılmayan gəlirləri, “nəzarət olunan xarici müəssisə” anlayışı, belə müəssisələrin vergiyə cəlbi, faydalı qazıntı, neft qaz sahəsi üzrə müəyyən güzəşt və tənzimləmələri, aksiz hesablanan dövriyyənin müəyyən edilməsi, habelə səyyar vergi yoxlamasını əhatə edir.

Bütün qəbul edilmiş dəyişiklik və əlavələr Vergi Məcəlləsində əks olunub, odur ki, burada onların qısa şərhi ilə kifayətlənəcəyik.

“Nəzarət olunan xarici müəssisə” anlayışı bir yenilikdir, AR Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən onu vergi qanunvericiliyinı daxil edib. Müvafiq olaraq Məcəlləyə yeni 14-2 maddəsi əlavə edilib. Əlavə və dəyişikliklər belə müəssisələrdə mənfəətin Azərbaycan Respublikasında vergiyə cəlb olunması, habelə nəzarət olunan xarici müəssisənin vergi tutulan gəlirinə aid edilməyən gəlirlərinin tərkibi müəyyən olunub.

Digər əlavə və dəyişiklik yoxlamalarla bağlıdır. Bu dəyişikliklər kameral və səyyar vergi yoxlamalını, habelə əlavə vergi yoxlamasını əhatə edir.

Yeni dəyişikliklərə uyğun olaraq, “vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir.” (maddə 42.1). Bununla paralel olaraq Məcəlləyə 49.1-2 maddəsi də əlavə olunub: “Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.”

Dəyişikliklər arasında daha bir məqam gəlir və xərclərin uçotunun aparılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən etibarən sahibkarlıq subyektlərində uçot metodlarının tətbiqinin yeni qaydalarını müəyyən edir: mikro sahibkarlıq subyektləri gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, digərləri isə yalnız hesablama metodu ilə aparmalıdır. Hesablama metodu:

  • orta və iri sahibkarlıq subyektlərinə 2022-ci il yanvarın 1-dən;
  • kiçik sahibkarlıq subyektlərinə isə 2023-cü il yanvarın 1-dən etibarən tətbiq edilir.

Mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtlərində də dəyişikliklər edilib. İqtisadçı ekspert nar Bayramov Məcəlləyə əlavə edilmiş 72.4-1 maddəni inqilabi dəyişiklik hesab edir (vergi.az). O, fikrini burada konkret nümunəyə uyğun əsaslandırıb.

Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi prosesinə də yeniliklər gətirib. Bunu belə bir sual əsasında izah edək.

Sual: “İstehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı dəyişiklik edilibmi?”

Cavab: “Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1,2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Əsas: Vergi Məcəlləsi, 190.4.1-4-cü maddə.”

Yuxarıda qeyd etdiymiz Vergi Məcəlləsinə dəyişikliklər 2022-ci ildən qüvvəyə minib və əhatəsi genişdir. Yuxarıda qeyd etdiyimiz vergi.az saytının, Yenilənmiş Vergi Məcəlləsi ilə nələr dəyişəcək? adlı məqaləsində, habelə burada həmin əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat verilib.


AR vergi sistemində vergilərin növləri

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında vergi sistemi

Dövlətin vətəndaşlarla qarşılıqdı maliyyə münasibətlərini tənzimləyən alətlərdən biri vergilərdir. Müxtəlif vergi növləri vasitəsi ilə maliyyə ehtiyatları dövlət büdcəsində toplanır. Bu proses həmin ölkədə mövcud vergi sistemi vasitəsi həyata keçirilir.

Azərbaycan Respublikasının müasir vergi sistemi müstəqillik illərində formalaşıb. Müstəqilliyin ilk illərində ayrı-ayrı qanunvericilik aktları ilə tənzimlənən sistem, sonradan daha da inkişaf etdirildi. 2001-ci ilin yanvarın 1-dən tətbiq edilən AR Vergi Məcəlləsi vasitəsi ilə bu sahədə mövcud normativ hüquqi aktlar sistemləşdirildi, ayrı-ayrı qanunlar vahid kodeksdə toplandı.

Azərbaycan Respublikasında vergi sistemi, ödənilən vergilərin idarəetmə səviyyəsinə görə qruplaşması, vergilərin növləri Məcəllənin 4-cü maddəsi ilə tənzimlənir. Həmin maddə ödənməli vergiləri belə qruplaşdırır:

  • dövlət vergiləri – Vergi Məcəlləsinə daxil edilmiş, AR ərazisində ödənməsi məcburi olan vergilər qrupudur;
  • muxtar respublika (MR) vergiləri Naxçıvan Muxtar Respublikasında AR VM-ə müvafiq Naxçıvan MR qanunları ilə müəyyən olunmuş muxtar respublika ərazisində ödənməli vergiləri əhatə edir.
  • yerli vergilər (bələdiyyə vergiləri) AR vergi qanunvericiliyi əsasında bələdiyyə ərazisində ödənməli olan vergilərdir. Yerli vergilər bələdiyyələrin qərarı əsasında tətbiq edilir. Digər bələdiyyə ödənişləri uyğun qanunla tənzimlənir.

Qrupların tərkibinə daxil olan bütün vergi növləri Vergilər Məcəlləsində müəyyən olunub. Məcəllədə olmayan hər hansı verginin tətbiqi yolverilməzdir.

Azərbaycan vergi sistemində tətbiq edilən vergi növləri

Vergi ödəyicilərinin ödəmə qabiliyyətinə uyğun olaraq vergitutma aşağıdakı 3 istiqamətdə aparılır:

  • gəlir üzərindən;
  • istehlak (xərc) üzərindən;
  • sərvət üzərindən.

Azərbaycanda gəlirlər üzərindən alınan vergi növləri bunlardır:

  • fiziki şəxslərin gəlir vergisi;
  • hüquqi şəxslərin mənfəət vergisi;
  • sadələşdirilmiş vergi.

AR Vergi Məcəlləsində istehlak etdiyimiz mallara və xidmətlərə görə alınan vergilərin növləri belə müəyyən olunub:

  • əlavə dəyər vergisi (ƏDV);
  • aksiz vergisi;
  • yol vergisi;
  • mədən vergisi.

Sərvət vergitutmada ödəmə qabiliyyəti göstəricilərindən biridir. Sərvət vergiləri xüsusi mülkiyyət hüququnun üstün olduğu iqtisadi sistemlərə xas vergi növüdür. Bazar iqtisadiyyatının tam inkişaf etmədiyi, mülkiyyət hüququnun formalaşma mərhələsində olduğu keçid iqtisadiyyatlarında sərvətdən alınan vergilərin büdcə gəlirlərində xüsusi çəkisi azdır. Bir sıra ölkələrdə sərvət vergisi bahalı mənzillərə, avtomobillərə, brend mallara, bu kimi digər əmlaklara sahib olan insanlara tətbiq edilir. Bu anlamda Azərbaycanda sərvət vergisi tətbiq edilmir. Amma nəzərə alsaq ki, əmlak, habelə torpaq da sərvətin bir növüdür, aşağıdakı vergilərin növlərini bu qrupa aid etmək mümkündür:

Respublikamızın ərazisində bütün vergi növləri manatla hesablanaraq ödənilir.

Vergi növlərinin idarəetmə səviyyəsinə görə tətbiqi

Dövlət vergiləri Muxtar respublika vergiləri yerli vergilər (bələdiyyə vergiləri)

Xüsusi və müvəqqəti vergi rejimləri

Azərbaycan vergi sistemində müvəqqəti və xüsusi adlanan iki vergi rejimi mövcuddur (VM, maddə 4.5). Müvəqqəti vergi rejimi təbii və qaçılmaz fəlakətlər, habelə iqtisadi şəraitin əhəmiyyətli dəyişməsi halları zamanı vergilərin hesablanmasına və ödənməsinə tətbiq edilən müvəqqəti qaydalardır. Belə hallara:

  • təbii fəlakətləri;
  • epidemiyaları;
  • epizootiyaları;
  • böyük ekoloji və başqa qəzaları;
  • qlobal iqtisadi mühit amillərini nümunə göstərmək olar.

Məsələn, koronovirus pandemiyası zamanı Vergi Məcəlləsinin 222.2-ci maddəsinə əsasən müvəqqəti  vergi rejimi  2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilib.

Xüsusi vergi rejimində müəyyən dövr ərzində vergi növlərinin tətbiqi, hesablanması və ödənilməsi xüsusi qaydalar çərçivəsində həyata keçirilir.  Xüsusi vergi rejimli müəssisələrə “Əsrin müqaviləsi”- “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş”, “Əsas ixrac boru kəməri haqqında” və sair belə sazişlər çərçivəsində AR-də fəaliyyət göstərən müəssisə və şirkətləri nümunə göstərmək olar.

Nəzərə almaq lazımdır ki, dəyişən iqtisadi şərtlər vergi sisteminə təsirsiz ötmür, bu da öz növbəsində Vergi Məcəlləsinə uyğun dəyişiklikləri zəruri edir.


Vergilərin növləri

posted in: Xəbər | 0

Əsas vergi növləri

Vergilərin təsnifatı zamanı bir sıra meyarlardan istifadə olunur. Meyarların genişliyi, dövlət büdcəsinə yığımların praktikada tətbiqinin fərqli olması vergi növləri müəyyən edilərkən müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olur.

Belə müxtəlifliyə baxmayaraq müasir vergi nəzəriyyəsində iqtisadi təsnifat daha rasional qruplaşma kimi qəbul edilir. İqtisadi təsnifatda vergilərin növləri müəyyən edilərkən ödəyicilərin ödəmə qabiliyyəti nəzərə alınır. Odur ki, bəzən, ödəmə qabiliyyətinə görə təsnifat da adlanır.

Vergi ödəyicilərinin ödəmə qabiliyyətini nəzərə alaraq müasir vergi sistemlərində vergilərin növləri aşağıdakı qruplara ayrılır:

  • gəlir üzərinə qoyulan vergilər – qazancımızdan ödənilir;
  • sərvət üzərinə qoyulan vergilər – mülkiyyətimizdə olanlara tətbiq edilir (əmlak, əşyalar və sair);
  • istehlak (xərc) üzərinə qoyulan vergilər – aldıqlarımıza görə ödənilən vergilərdir.

Belə təsnifat daxilində vergi növlərinə digər meyarları da aid etmək olar, məsələn:

  • dövlət yaxud yerli vergilər (idarəetmə səviyyəsinə əsaslanan təsnifat);
  • birbaşa yaxud dolayı vergi (tutulma üsuluna görə) və sair.

Gəlir üzərinə qoyulan vergilər

Təcrübədə vergitutma obyekti gəlirlər olan iki vergi növünə rast gəlinir:

  • gəlir vergisi;
  • müəssisələrin ödədiyi mənfəət vergisi.

“Mütərəqqi kapitalizm dövrünün məhsulu və eyni zamanda xarakterik ifadəsi olan gəlir vergisi” (F.Noymark) müasir dövrdə bazar iqtisadiyyatına malik bütün ölkələrin ən mühüm vergilərindəndir.

Müasir gəlir vergisinin tarixi İngiltərə ilə Fransa arasındakı müharibəni maliyyələsdirmək üçün 1799-cu ildə tətbiq edilən gəlir vergisi ilə başlayır. Müharibə ilə bağlı tətbiq edilən vergi müvəqqəti xarakter daşıyırdı, 1802-ci ildə sülh müqaviləsi bağlandıqdan sonra ləğv edildi. 1803-cü ildə müharibənin bərpası ilə yenidən qüvvəyə minir, müharibə bitdikdən sonra ləğv edilir. 1842-ci ildə gömrük gəlirlərinin azalması nəticəsində dövlət gəlirlərindəki kəsiri qarşılamaq üçün yenidən tətbiq edilir, sonradan heç vaxt ləğv  edilməyərək Britaniya vergi sisteminin əsas elementinə çevrilir.

Gəlir Azərbaycan Respublikasının Vergi Məcəlləsində “malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri” kimi şərh edilir. Həmçinin şəxsin fəaliyyətdənkənar qazancı, əldə etdiyi fayda gəlir hesab olunur. Gəlir vergisi – gəlirin əldə edildiyi anda şəxslərdən tutulan birbaşa vergidir. Azərbaycanın qanunvericiliyində bu vergi növü dövlət vergisi kimi xarakterizə olunur, mücərrəd vergidir, çünki heç bir məqsədli təyinat daşımadan dövlətin büdcə gəlirlərinin formalaşmasına xidmət edir.

Bu qrupa daxil olan hüquqi şəxslərdən tutulan mənfəət vergisi birbaşa vergidir, onun məbləği təşkilatın son maliyyə nəticəsindən asılıdır. Vergitutma obyekti mənfəət, yəni gəlir və xərclər arasındakı fərqdir.

Sərvət vergisi

Sərvət dedikdə şəxslərin gəlirlərinin istehlaka sərf olunmamış, yığım funksiyası daşıyan hissəsi nəzərdə tutulur. O, fiziki yaxud hüquqi şəxsin müəyyən bir dövrdə sahib olduğu, pulla ifadə olunan bütün iqtisadi dəyərlərin məcmusudur. Onun həcminə uyğun sahibinin vergi öhdəliyi müəyyən edilir.

Sərvət üzərinə qoyulan vergilərin bir qolu olan torpaq vergisinin tarixi qədimdir, vergitutmanın onunla başladığın demək olar. Birbaşa vergi növü olan sərvət vergiləri üzrə vergitutma obyekti sərvət elementlərinin:

  • ya əmlaka sahib olmaqla aktivlərə daxil edilməsi;
  • ya da onlara mülkiyyətin dəyişdirilməsi faktıdır.

Sərvət vergilərinin növləri və tətbiqi formaları ölkədən ölkəyə dəyişir. Vergi nəzəriyyəsində sərvət vergilərin üç əsas qrupa bölünür:

  • sərvətə görə;
  • sərvətin köçürülməsinə uyğun;
  • sərvət artımına əsasən.

Xərc üzərinə qoyulan vergilər

Bunlar gəlir, habelə sərvətdən istehlak məqsədləri üçün istifadə edildikdə alınan vergi növləridir. Gəlir və sərvət vergiləri:

  • azadolma və güzəştlərin mövcudluğu;
  • düzgün bəyan ediməməsi;
  • vergidən yayınma hallarına görə vergi ödəyicisinin ödəmə qabiliyyətini tam əks etdirmir.

Bu çatışmamazlıq xərc üzərinə qoyulan vergilər (istehlak vergiləri) ilə aradan qaldırılır. İstehlakçılar pulu xərclədiyi (istehlakçının gəliri xərc kimi reallaşdığı) anda vergitutma  obyekti yaranır. İstehlakçının aldığı əmtəənin zəruri (məsələn, qida) yaxud dəbdəbə (məsələn, zərgərlik məmulatları) xarakterli olmasından asılı olaraq fərqli vergi dərəcəsi tətbiq edilir.

Ölkəmizdə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV), habelə aksiz vergisi belə vergi növlərinə nümunədir.


Ailə üzvünə edilən yardımdan vergi tutulurmu?

posted in: Xəbər | 0

Mənfəət vergisi nədir, gəlir vergisi, Səyyar vergi yoxlaması, Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsi 2022,Mən Almaniyada yaşayıram. Bakıda yaşayan atamın bank hesabına pul köçürmək istəyirəm. Köçürüləcək pula görə Azərbaycanda hər hansı vergi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.

Qeyd edilib ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Azərbaycan Respublikasının rezidenti olduğunuz halda, Almaniya Federasiyasında gəlir əldə etmək hüququnuz yarandığı gündən gec olmayaraq Azərbaycan Respublikasında vergi orqanına müraciət edərək uçota alınmalı, əldə etdiyiniz gəlirlərdən müvafiq təsdiqedici sənədlər əsasında gəlirin əldə edilməsi ilə bağlı xərcləri çıxdıqdan sonra 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəməlisiniz.

Bu zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə həmin ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vergilərin ödənildiyini təsdiq edən sənədin əsasında Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101-ci, 102-ci və 127-ci maddələri.

Mənbə: vergiler.az


Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


1 593 594 595 596 597 598 599 2. 702