SMTS MMC: Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)
Tələb olunan iş Bacarığı:
• İSO 9001 -2015 “Keyfiyyətin İdarə olunması” sisteminə daxil olan proseduralın, formaların hazırlanmasına nəzarət;
• departamentə aid sənədlərin həm kağız şəklində (tələb olunarsa, həm də elektron qovluqda düzgün yerləşdirilməsinə nəzarət;
• 3 standart (ISO 9001, ISO 14001, OHSAS 18001) daxil olmaqla, kompleks şəkildə və müvafiq sahələr üzrə Daxili auditin keçirilməsi (plan, proses, hesabat);
• uyğunsuzluğun müəyyən edilməsi; müəyyən olunmuş boşluqların düzgün sinifləndirilməsi;
• müştəri məmunluğunun araşdırılması və statistikanın hazırlanması,
• düzəldici və önləyici fəaliyyət planın hazırlanması və daim yenilənməsi,
• şirkətə daxil olmuş şikayət və ya təkliflərin araşdırılması,
• şirkətin müvafiq departamentlərinin işlərinə daimi nəzarət və dövri yoxlamaların aparılması.
Tələb olunan təhsil və biliklər:
– Ali təhsil
– Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO (9001:2015, 14001:2015, OHSAS 18001:2007) standart tələblərini;
– Aparıcı auditor olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
– Təftişetmə texnikalarını bilməlidir (sualların, testlərin, qiymətləndirmənin və hesabatvermənin formalaşdırılması);
– Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli;
– Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
– Komandada işləmək bacarığına sahib olmalı;
– Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
Digər tələb və şərtlər:
– Yaş həddi: 25-45 AZN
– Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
– İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “Aparıcı auditor (Keyfiyyətə nəzarət üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.