Xidməti müqavilə ilə işləyənlərin itirdikləri
Xidməti müqavilə əsasında işləyən işçi həmin müqavilədə Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan tələbləri rəsmiləşdirməyibsə, işçi kimi bir çox hüquqlarından məhrum edilmiş sayılır. Buraya aşağıdakılar aiddir:
- Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
- İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququnu itirir;
- Hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar;
- Xidməti müqavilələyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
- İşçi əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmir;
- İşəgötürən (sifarişçi) müxtəlif bəhanələrlə işçi ilə əmək münasibətlərinə xitam verə bilər. Bu zaman sifarişçi Əmək Məcəlləsində göstərilən tələblərə görə hər hansı məsuliyyət və sosial öhdəlik daşımır.