Azərbaycanda fəaliyyət göstərən ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər.
Mənbənin sözlərinə görə, bu əməliyyatları smartfona yazılan mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq.
“Burada mobil telefon POS-terminal rolunu oynayacaq. İstənilən sahibkar POS-terminal almadan mobil telefon vasitəsilə ödənişləri qəbul etmək iqtidarında olacaq. Alıcı təmassız texnologiyasını dəstəkləyən bank kartını smartfona yaxınlaşdıraraq ödəniş həyata keçirə biləcək”, – deyə mənbə qeyd edib.
Mənbə: apa.az
Bir cavab yazın