“Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısının “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilməsi haqqında (Neft-qaz sektoru, İqtisadi Fəaliyyət)
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- “Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilsin (əlavə olunur).
- Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 9 avqust
tarixli 355 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin
Siyahısı
İqtisadi Fəaliyyət Növləri Təsnifatı (AZT029-2008) altsinfi |
|
kodu | adı |
06100 | Xam neft hasilatı |
06200 | Təbii (yanar) qaz hasilatı |
09101 | Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi |
09102 | Neft və təbii qazın hasilatı üçün quyuların qazılması |
19200 | Təmizlənmiş neft məhsullarının istehsalı, o cümlədən neft məhsullarından briketlər |
Mənbə: cabmin.gov.az
Bir cavab yazın