Xidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (dövlət və ya yerli özünüidarəetmə orqanının işçiləri üçün).
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”
– şəxsiyyəti təsdiq edən sənədin surəti
– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)
– dövlət və ya yerli özünüidarəetmə orqanının işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə
– Asan İmza SİM-kartı
– Asan imza mobil xidmətinə qoşulma forması
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun
– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı
– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”
Xidmətin göstərildiyi yer:
Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri
Müraciəti emal edən struktur vahidi:
Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri
İcra müddəti: Emal müddəti nəzərə alınmaqla müraciət zamanı
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı
– AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə
– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş
Elektronlaşdırma səviyyəsi: –
Mənbə: taxes.gov.az