“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. (Gömrük rüsumları)
Dəyişiklik Azərbaycana gətirilən toxumluq kartofla bağlıdır.
Qüvvədə olan qərara əsasən, indiyə qədər hər il mart, aprel, may aylarında Azərbaycana idxal edilən toxumluq kartof görük rüsumundan azad olub. Dəyişikliyə əsasən, bundan sonra ölkəyə gətirilən toxumluq kartof fevral, mart və aprel may aylarında gömrük rüsumundan azad olacaq.
Qeyd edək ki, bu qərar fermerlərin kartof əkini ilə bağlı zamanında subsidiya ala bilməsinə şərait yaradacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17
noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və
ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli və 2020-ci il 31 yanvar tarixli 28 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda “mart, aprel, may,” sözləri “fevral, mart, aprel,” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Mənbə: cabmin.gov.az