Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Təsdiq edilmiş Tədbirlər Planı’nda nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə:
1. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planı’nda nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat versinlər.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 4 aprel 2020-ci il
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı
TƏDBİRLƏR PLANI
Tədbirin adı |
Əhatə dairəsi, min nəfər |
Kompensasiya məbləği,
mln.manat |
İcraçı |
İcra müddəti |
|
AR
Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına |
Digər mənbələr |
||||
I. İQTİSADİ ARTIMA VƏ SAHİBKARLIĞA DƏSTƏK |
|||||
A. YAXIN DÖVRDƏ PANDEMİYANIN ÖLKƏ İQTİSADİYYATINA MƏNFİ TƏSİRLƏRİNİN AZALDILMASI MƏQSƏDİLƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ |
|||||
İQTİSADİ QURUMLARIN FƏALİYYƏTİNİN FÖVQƏLADƏ KOORDİNASİYASI İSTİQAMƏTİNDƏ |
|||||
1. Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması məqsədilə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların müvafiq elektron bazaya daxil edilməsi (İN tərəfindən təşkil ediləcək) və bu elektron
bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması (siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmaqla) |
İşçi Qrupa sədrlik edən qurumlar |
2020-ci ilin aprel- dekabr ayları |
|||
İŞ YERLƏRİNİN VƏ SOSİAL SABİTLİYİN QORUNMASI İSTİQAMƏTİNDƏ |
|||||
2. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının
müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) |
300 | 215 | İN, MN | 2020-ci il ərzində | |
3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə
– əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) |
300 |
80 |
İN, MN |
2020-ci il ərzində |
İQTİSADİYYATDA ŞƏFFAFLIĞIN ARTIRILMASI İSTİQAMƏTİNDƏ |
|||||
4. İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsi | İN MN AMB | 2020-ci
ilin aprel – dekabr ayları |
|||
İQTİSADİ FƏALLIĞIN QORUNMASINA VERGİ STİMULLARININ VERİLMƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi: |
115 |
İN, MN |
2020-ci ilin aprel ayı |
||
5.1. mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi; | |||||
5.2. əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi; | |||||
5.3. vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi; | |||||
5.4. mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi; | |||||
5.5. mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin
uzadılması; |
|||||
5.6. pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması; | |||||
5.7. əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi; | |||||
5.8. əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı
xammal və materialların idxalının ƏDV-dən azad edilməsi; |
|||||
5.9. epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri
profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması; |
|||||
5.10. icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi; | |||||
5.11. ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta
haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə |