Sovetlər Birliyi dönəmində maaşların ABŞ-dakı əmək haqlarına daha yaxın olduğu vaxtlar 1950-ci il ilə 1960-cı illər arası dövrə təsadüf edib. Belə ki, həmin zamanlarda RSFSR-də o vaxtkı əmək haqqı ilə ABŞ-dakı maaşlar arasında nisbi fərqi 1,8 dəfə olub, – “Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev belə söyləyir. – Lakin, 1961-ci ildə SSRİ-də pul islahatı ilə yanaşı, həm də rublun devalvasiyası həyata keçirildi. Sovet pul vahidi məzənnəsinin dollara qarşı aşağı salınması, xammal ixracından rublla gəlirləri artırmağa imkan verdi. Lakin iki ölkənin nominal (hesablanmış) əmək haqqı arasında dollar ekvivalentində ifadə edilmiş fərq dərhal yüksəldi. 1970-ci ildə həmin fərq RSFSR-də artıq 3,8 dəfəyə yüksəlmişdi. Müasir Rusiyada isə bu fərq 2019-cu ilin yekunlarına görə, 6 dəfəyə yüksəlib.