Rusiya Bankının tarixi (III hissə)
Rusiya Federasiyasının Mərkəzi bankı – ölkənin əsas emissiya və pul-kredit tənzimləyicisidir.
1860-cı ildə Rusiya imperatoru II Aleksandr Dövlət bankının yaradılması haqqında fərman imzalayıb. Rusiya Bankının tarixi bax, belə başlayıb.
1898-ci il
Sankt-Peterburqda Dövlət bankının ilk klirinq palatası – banklar və böyük firmalar arasında qarşılıqlı hesablaşmalar aparan hesablaşma şöbəsi açılmışdır.
1899-cu il
Dövlət bankının rəhbərliyi altında iqtisadi böhran dövründə Rusiya qiymətli kağızlarını dəstəkləmək üçün birja sindikatı yaradılmışdır.
1902-ci il
Dövlət bankı öz tarixi ərzində ilk yenidənqurmanı həyata keçirib – bu, məşhur maliyyəçi Lazar Solomonoviç Polyakovun bank-sənaye qrupu idi. Dövlət bankının dəstəyi sayəsində onun bankları və müəssisələrinin iflasının qarşısı alındı.
1904–cü il
Kəndlilərə və sənətkarlara kreditlər verən kiçik kredit təsisatları Dövlət bankının nəzarətinə verilmişdir.
1905-ci il
Dövlət bankının Yekaterinburq şöbəsinin binası. Poçt kartoçkası. 1915-ci il.
1906-cı il
Dövlət bankının himayəsi altında Moskva bank konsorsiumu yaradılmışdır. Buraya Moskvadakı ən böyük banklar və Sankt-Peterburq banklarının Moskva filialları daxil idi. Birliyin məqsədi 1905-ci il inqilab hadisələri səbəbiylə çətinliklərlə üzləşən rus ticarət və sənaye firmalarına kömək etmək idi.
1907-ci il
Dövlət Bankının Sankt-Peterburq filialının saxlanmasına və idarə edilməsinə verilən depozit haqqında qəbz. 1907-ci il.
1909-cu il
Dövlət bankında sikkələr və külçələr üçün anbar. Foto. 1909-cu il
Dövlət bankı şurası. Foto. 1909-cu il
1911-ci il
Dövlət bankına işə qadınları qəbul etməyə başlayırlar ki, bundan əvvəl qadağan edilmişdi. Lakin yalnız ailəli olmayan qadınlara və “könüllü muzd əsasında” icazə verilirdi.
Sankt-Peterburq Dövlət Bankının xarici valyutanın satışı və köçürülməsi üzrə hesab. 1911-ci il
1912-ci il
Qryazi dəmiryol stansiyası yanında Dövlət bankının elavatoru. Poçt kartoçkası. 1910-cu illər
1913-cü il
Bankların kreditləşməsi dövlət bankında ümumi kreditləşmə həcminin 73% – nə çatır.
1914-cü il
Birinci Dünya müharibəsinin başlanması ilə dövlət bankında və onun müəssisələrində qızıl kredit biletlərinin dəyişdirilməsi dayandırılmışdı.