ABŞ-ın əmək üzrə statistika bürosunun (BLS) məlumatına görə, mühasibat uçotunun parlaq gələcəyi var: 2016-2026-cı illər ərzində mühasiblərin və auditorların sayının 10% artması gözlənilir. Mühasibat peşəsinin gələcəyi yalnız perspektivli görünmür, texnologiyaların inkişafı ilə sözügedən sahənin özü də sürətlə inkişaf etməkdədir. Məsələn, Forbes-in qeyd etdiyi kimi, “avtomatlaşdırma, minibotlar, maşın təlimi və adaptiv intellekt ildırım sürəti ilə maliyyə komandasının bir hissəsinə çevrilir”.
İntellektual texnologiyalar yenilik kimi görünə bilər. Lakin bir çox şirkətlər artıq əsas avtomatlaşdırılmış mühasibat proseslərindən istifadə edirlər. “Forbes”ə görə maşınların yerinə yetirə biləcəyi və ya optimallaşdırdığı mühasibat tapşırıqları və proseslərindən yalnız bir neçəsini diqqətə çatdırırıq: təchizatçıların qoşulması, kreditor borcları, audit, satınalma, xərclərin idarə edilməsi, qapalı emal və müştəri sorğuları. Ağıllı texnologiyalar mövcud iş növlərinə təsir edərək mühasibat uçotunun gələcəyini formalaşdırır. Qabaqcıl sistemlər təkrarlanan işlərin böyük bir hissəsini yerinə yetirdiyindən, insanlar daha çox məlumatların təhlili ilə məşğul olacaqlar. Beləliklə, həmin texnologiyalar məlumatlar və müştərilər arasında vacib bir əlaqə halına gələcəklər.