Dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları 2021-ci ilin ikinci rübündə aktiv şəkildə qızıl satın alıblar, qızıl valyuta ehtiyatlarını artırıblar. Bu barədə qızıl üzrə Ümumdünya şurasının (WGC) saytında dərc edilmiş hesabatında deyilir.
Təşkilatın məlumatına görə, aprel-iyun aylarında əsas qızıl alıcıları inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları olub, o cümlədən Tailand (90,2 ton alıb), Macarıstan (62 ton), Braziliya (53,7 ton), Hindistan (29 ton) və Özbəkistan (25,5 ton).
“Kommersant” nəşri tərəfindən rəyi soruşulanların sözlərinə görə, tənzimləyicilərin əsas motivləri artan inflyasiyadan sığortalanmaq (xüsusilə ölkələrin əksəriyyətinin dövlət borcuna görə aşağı faiz dərəcələri şərtlərində), həmçinin öz beynəlxalq ehtiyatlarını diversifikasiya etmək istəyindən ibarət olub.
Eyni zamanda, bəzi mərkəzi banklar, əksinə, qızıl ehtiyatlarını satıblar. Lakin bu satışlar daha kiçik həcmdə olub. Rusiya Mərkəzi bankı qiymətli metaldan 3,1 ton, Alman Bundsbank-ı 3,3 ton, Qazaxıstan tənzimləyicisi 9,9 ton satıb.
WGC-nin məlumatına görə, ikinci rübdə nəinki tələbat, həm də qızılın tədarükü 13 faiz artaraq 1172 tona çatıb. Bu, əsasən istehsalın artması ilə əlaqədardır.