Peşəkar mühasib sertifikatı II mərhələ üzrə imtahanda iştirak üçün qeydiyyat müddəti 21 noyabr 2021-cil saat 23:00-dək davam edəcəkdir.
Qeyd edək ki, imtahan 28 noyabr saat 11:00-da keçiriləcəkdir.
Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar qeydiyyatı 7 noyabr 2021-ci il tarixində başa çatmalı olan peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti uzadılmışdır.
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat 15 noyabr 2021-ci il saat 14:00-dək davam edəcəkdir.
Qeyd edək ki, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi 21 noyabr 2021-ci il tarixində keçiriləcəkdir.
Mənbə: dim.gov.az