Azərbaycanda gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək

posted in: Xəbər | 0

Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

Mənbə: report.az

Mühasibat xidmətləri

MMX-da qeydiyyatdan keçən mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin sayı məlum olub