– “Bank” sözü hərfi olaraq stol kimi tərcümə olunur. İtalyan dilindən tərcümədə banco – skamya və ya stol sözünü əks etdirir ki, onların üzərinə dəyişdiriləcək pulları qoyarmışlar.
– 1179-cu ildə Roma papası III Aleksandr bank işçilərinin priçastiye (xristian dini ayinlərindən biri) və normal şəkildə xristian adət-ənənəsi üzrə dəfn olunmaqdan məhrum edilməsini elan edib.
– Ginnesin rekordlar Kitabındakı qeydlərə əsasən dünyada ən böyük bank “qarətinə” Almaniyanın Reyxsbankı məruz qalıb. Belə ki, 1945-ci ildə müharibədə məğlubiyyətindən sonra orada saxlanılan Almaniyanın qızıl ehtiyatının böyük hissəsi və digər qarət olunmuş mallar saxlanılırdı. Həmin sərvətin ümumi dəyəri 1984-cü il qiymətləri ilə 3,34 milyard dollar təşkil edib.
– Nominalına görə ən dəyərli metal pul 1 milyonluq Kanada dolları hesab olunur. Həmin metal pul 2007-ci ildə Kanadada buraxılıb. Cəmi üç belə metal pul buraxılıb, çünki elə alıcısı da üç nəfər olub.
– Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qadınlar üçün xüsusi bank fəaliyyət göstərir. Burada bütün əməkdaşlar və müştərilər qadınlardır. Bu bank müsəlman ölkəsində zərif cinsin nümayəndələrinə islam qaydalarını pozmadan ölkənin iqtisadi həyatında iştirak etməyə imkan verir.
– Bu gün üçün dünyada 2 milyondan çox bankomat fəaliyyət göstərir. İlk bankomat 1967-ci ildə Böyük Britaniyada qoyulub.