16 oktyabr 2018-ci il tarixində Bakıda “Dubai International” otelində “Sahibkar – Peşə Təhsili Əməkdaşlığı” adlı milli konfrans keçiriləcəkdir.
Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.
2015-2018-ci illərdə icra olunan layihənin birinci mərhələsinin yekunlarına dair 16 oktyabr 2018-ci ildə Bakıda “Dubai International” otelində “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda hesabat konfransı keçiriləcək. Konfransda layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriləcək və xarici ekspertlərin iştirakı ilə bu sahədə qabaqcıl beynəlxalq təcrübə əsas götürülərək peşə təhsili sisteminin inkişafı yolları müzakirə olunacaq.
Tel: (+994 12) 465 72 43 (daxili: 105)
Faks: (+994 12) 465 72 42
09:00 – 9:30 | Qeydiyyat |
09:30 – 10:30 | Açılış sessiyası
|
10:30 – 11:30 | Layihə nəticələrin təqdim edilməsi
faydaları – Vüqar Zeynalov, ASK, vitse-prezident
|
11:30- 11:45 | Coffee break |
11:45 – 12:30 | Çıxışlar:
|
12:30 – 13:00
|
Son sözlər:
Cənubi Qafqazda “Peşə təhsilinə dəstək” layihənin gələcəyi. Vüqar Zeynalov, Dirk Rönnecke/ Fock (BWMV e.V). Konfransın bağlanması. |
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.