Sual: Nizamnamə kapitalı 100 ( bir yüz manat) manat olan Məhdud Məsuliyyətli Cəmiyyət özünəməxsus (Çıxarışı var) qalıq dəyəri 34 500 (otuz dörd min beş yüz ) manat olan 114 kvadratmetrlik qeyri-yaşayış sahəsinin 73 kvadrat metrini 80000,00 (səksən min) manata satır. Bu zaman Məhdud Məsuliyyətli Cəmiyyət üçün hansı vergi öhdəlikləri yaranır?
Cavab: Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq həmin şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur. Hesablanmış verginin məbləğindən alğı-satqı əməliyyatını təqsdiqləyən notarius ödəmə mənbəyində vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.
Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmur. Eyni zamanda təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir. Ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.