Vergi ödəyicisi vergi güzəştindən imtina edə bilər?
Sual:
Vergi Məcəlləsiylə vergi ödəyicilərinə tətbiq olunan vergi güzəştlərindən vergi ödəyicisinin istifadə etməmək kimi bir hüququ varmı?
Cavab:
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək vergi ödəyicilərinin vəzifələrinə deyil, hüquqlarına aid edilmişdir. Vergi ödəyicisi həmin hüquqlardan istifadə etməyə də bilər.
Əsas: Vergi Məcəlləsinin 15.1.3-cü maddəsi.
Mənbə: taxes.gov.az