Sual: Müəssisə 01.10.2019 tarixdə qeydiyyatdan keçib (ƏDV ödəyicisidir) və ölkə daxili yükdaşınma xidməti ilə məşğul olacaq. (həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirir). Daşıdığı yükə görə qarşı tərəfə təqdim etdiyi E-Qaimə və EVH Fakturada göstərdiyi dövriyyə üçün əlavə dəyər vergisi tətbiq etməlidirmi? (ƏDV qeydiyyatına alınma öhdəliyi)
Yoxsa 156.1-2 ci maddəyə ( 156.1-2.Bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər yanvar ayının 31-dən gec olmayaraq, əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.) əsasən həmin dövriyyəyə ƏDV tətbiq edilməməlidir?
Cavab: Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi ilə müəyyən edilən tələblərə cavab verdiyi halda könüllü qaydada əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alına bilər. Eyni zamanda həmin şəxslər tərəfindən hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizənin uçotda olduqları vergi orqanına təqdim edildiyini nəzərə alaraq təqvim ilin ərzində dövlət qeydiyyatına alınan belə şəxslərin ƏDV məqsədləri üçün ərizə təqdim etmək hüququları yaranmır.
Mənbə: taxes.gov.az
Bax:
-
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
-
İcarə zamanı təmir xərclərini hansı halda gəlirdən çıxmaq olar?
-
Əvəzləşdirilməyən əlavə dəyər vergisi xərc kimi nəzərə alınırmı?
-
İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?
-
MDSS hesabatında Orta Siyahı sayı sətrində hansı dövr üçün işçilərin sayı göstərilir?