Sual: Öyrənmək istərdim ki, hər hansı işçi müəssisə ilə əmək müqaviləsi bağlayıb işlədiyi halda, həmin müəssisə ilə eyni zamanda əmək müqaviləsi ilə yanaşı digər xidmət müqaviləsi bağlayıb əlavə məvacib ala bilərmi?
Cavab: Bildiririk ki, müraciətinizdə qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.
Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.
Vergi ödəyicisi kimi uçotda olmadığı halda isə gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 101-ci,108-ci, 109-cu, 150.1.7-ci, 218.5.10-cu və 218.6-cı maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi
POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
Rəhman
Salam, hüquqi adı dəyişmək üçün nə lazımdır etmək?