Sual: Vergi Məcəlləsinin 109.9-cu maddəsini xahiş edirəm ki, misallarla izah edəsiniz. Əmtəəsiz əməliyyat çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Əsasən də “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” hissəsini.
Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə “əmtəəsiz əməliyyat” və “riskli vergi ödəyicisi” anlayışları gətirilmişdir. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.
Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Vergi Məcəlləsinin 14-cü maddəsi ilə həmin qiymətlərin bazar qiymətinə əsasən hesablanması, 67-ci maddəsi ilə isə, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablaması nəzərdə tutulur.
Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?
İşəgötürən işçini ixtisar etdiyi halda müavinət
Sərbəst vəsaitlərin xərclənməsi üzrə öhdəliklər
Əmək müqaviləsinin ləğv edilməsi
İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması
Bu halda qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?