İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanması
Sual: Şirkətimiz məhsul istehsalı ilə məşğul olur. İstehsal zamanı bir çox adda xammal (şəkər, banka, kardon vitamin qarışığı və s.) zay olur. Bilmək istəyirik ki, istehsalda zay olan xammalın dəyərini gəlirdən çıxılan xərcə silə bilərikmi? İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanıb ödənilməlidirmi?
Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.
Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
Vergi yoxlaması ilə əhatə edilmiş dövr üçün təkrarən dividenddən vergi tələb edilə bilər?
Əmtəəsiz əməliyyat nədir?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?