Sual: ƏDV qeydiyyatında olan hər hansı bir restoran və ya yeməkxana başqa şirkətin işçi heyətinə yeməkxana xidməti göstərir. Bu halda xidmət göstərən təşkilat yazdığı e-qaimədə göstərilən ƏDV, xidməti qəbul edən təşkilatda necə əksini tapmalıdır? Yeməkxana xidmətləri zamanı xidmətin ƏDV məbləği əvəzləşmədiyi üçün xərcə salınmalıdırmı?
Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmçinin, işçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə və gəlirdən çıxılan xərclərə aid edilməsinə yol verilmir. Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 175.3-cü maddələri.
Mənbə: taxes.gov.az
Bax:
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Qeyri-rezidentə göstərilən marketinq xidmətləri əlavə dəyər vergisinə 0 (sıfır) faizlə cəlb edilməlidir?
İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?