Mühasibat uçotu – inkişaf mərhələləri (37-ci hissə)
Bixoveristik yanaşma. K.T. Devine mühasibat uçotu prosesinin müxtəlif xidməti vəziyyətlərində mühasiblərin davranış prosesi olduğuna diqqət çəkirdi. Buna görə mühasibat uçotunun məqsədi öncə mühasiblərin və onların vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olanların hamısına təsir etmək yollarını inkişaf etdirməkdir. Mühasibat uçotu metodları insanların davranışının məqsədlərindən asılı olaraq seçilməlidir. Bixoverist yanaşmanın nümayəndələri mühasibat konsepsiyalarının qurulması üçün mürəkkəb riyazi aparatı cəlb edirdilər.
Psixoloji yanaşma. XX əsrin əvvəllərindən etibarən Amerika mühasibat uçotu məktəbi üçün təsərrüfat proseslərində məşğul olan şəxslərin maraqlarının vurğulanması səciyyəvi idi. Bu yanaşmanın dərinləşməsi insan psixikasının və insanların istehsalatda davranışlarının nəzərdən keçirilməsinə gətirib çıxardı. Hesabat göstəriciləri, normativlər, mühasibat terminləri bu və ya digər şəxsin maraqlarından asılı olaraq müəyyən reaksiyaya səbəb olan stimullardan başqa bir şey deyildi.
Bu nöqteyi-nəzərdən sözügedən yanaşmanın tərəfdarlarının mühasibatlığı anlamaları – deməli, mühasibi anlamaq və nəzarət altına qoymaqdan ibarət idi. İnsanları idarə etmək – bu cəzalandırmaq və təşviq etməyi, yəni, neqativ və pozitiv stimullardan istifadə etməyi bacarmaq demək idi. Buradan belə çıxır ki, mühasibat uçotunun təşkili müəssisənin mühasibi tərəfindən müəssisənin vizionunun modelinin müəyyən edilməsi və orada öz yerini müəyyənləşdirməklə başlamalıdır. Özü də bu model firmanın maraqlarından uzaqlaşdırılıb və hətta onlara ziddir. Uçot, qərar qəbulu prosesinin ayrılmaz hissəsi, icraya görə məsuliyyət bölgüsü kimi çıxış edən bir məlumat sistemidir.
İnformativ-hadisəvi yanaşma. D.Q. Sorter hesab edirdi ki, ənənəvi mühasibatlıq obyektin dəyər kimi və ya uçota alınan obyektlərin dəyər qiymətləndirilməsi kimi təfsirindən irəli gəlir. Uçotun əsasını informasiya hadisəsi təşkil etməlidir ki, bunun altında təsərrüfat həyatı faktı haqqında informasiya vahidi başa düşülür. Belə vahidlərin ayrılması, axtarışı mühasibat uçotunun mahiyyətini təşkil edir. Son nəticədə hesabatın yenidən qurulduğu, təsərrüfat həyatı faktının çıxış etdiyi, lakin uçot predmeti, mühasib üçün hadisə, müəyyən məlumatı daşıyan ilkin sənəddir. Məlumatların başlıca üstünlüyü – onların faydalılığındadır. Mühasib, informasiya hadisələrində gizli olan bu faydalılığı ölçmək və qeyd etmək məcburiyyətindədir.
Beləliklə, sözügedən beş yanaşmanın hər biri Amerika mühasiblərinin rasional baxışlarını ifadə edirdi. Məqsəd və vəzifələrin birliyini dərk edərək, mühasiblər mühasibat uçotu nəzəriyyəsini formalaşdırmağa başladılar. Onların fikrincə, mühasibat uçotunu yalnız indi elm saymaq mümkün olmuşdur.
Hazırkı dövrdə iki konsepsiya daha çox məşhurdur.
Birincisi, E.S. Hendriksen tərəfindən təqdim olunmuşdur, həmin konsepsiya mühasibat nəzəriyyəsini müxtəlif təsərrüfat vəziyyətlərini qiymətləndirməyə imkan verən etalonların ümumi sistemini təşkil edən geniş yayılmış prinsiplər toplusu kimi müəyyən edən və yeni praktiki metodikalar və prosedurlar yaradır.
İkinci konsepsiyanın ifadəçisi D.L. Makdonald isə hesab edirdi ki, istənilən nəzəriyyə üç elementə malik olmalıdır:
1) koordinasiya yolu ilə real dünya fenomenlərinin simvolik görünüşü;
2) hazırlanmış qaydalara uyğun olaraq simvol məlumatlarının işlənməsi və koordinasiyası;
3) real dünya fenomenində simvolik strukturların tərsinə tərcüməsi.
Bu komponentlərin hər biri uçotda iştirak edir. Bu iki konsepsiyanın hər hansı biri mövcud nəzəriyyələrdən irəli gələn, lazımi və normativ nəzəriyyələri nəzərdə tutan təsviri nəzəriyyələrin qurulmasına səbəb ola bilər.