Pul hesab sevir. Bu faktdır. Amma hətta pulla bağlı ən real faktlar arasında olduqca qəribə məlumatlar da var ki, bunu da nəzərə almamaq mümkün deyil.
-
Hindistan əskinaslarının sol tərəfində həmişə sancaqla açılmış deşiklər olur. Çünki bu ölkədə pul nişanlarını bir dəstədə toplayıb bağlamaq qəbul edilib. Əvvəllər həmin pulları bir-birinə iplə bağlayırdılar, yəni, bir növ tikirdilər.
- Pulun saxtalaşdırılmasının ən qəribə hadisəsi Peruda baş verib, orada eyni həbsxanada cəza çəkən məhbuslar saxta pullar çap ediblər. Hakimlər çətin vəziyyətdə qalıblar, çünki bütün cinayətkarlar ömürlük həbs cəzası alanlar olubmuş.
- 1934-cü ildə ABŞ-da buraxılmış 10 000 dollarlıq əskinas, dövriyyədə olan əskinaslar arasında ən yüksək toplam kolleksiya dəyərinə malikdir. Kataloqlar həmin kolleksiyanı 30 000 dollar dəyərində qiymətləndirirlər.
- Elektron pullar 1918-ci ildə, Amerika banklarının ilk dəfə teleqrafla pul köçürdükləri zaman ortaya çıxıb. O dövrdə ideya o qədər qeyri-adi görünürdü ki, elektron pul köçürmələri yalnız 54 il sonra geniş yayılmağa başlanıldı.
- İlk bankomat 1939-cu ildə yaranıb və o zamanlarda kompüter şəbəkəsinin mövcud olmaması səbəbindən pul avtomatik olaraq hesabdan çıxarıla bilmirdi. Həmin səbəbəbdən bankomatların xidmətindən yalnız xüsusi olaraq yoxlanılmış müştərilər istifadə edə bilərdilər.
- İlk kredit kartını 1950-ci ildə restoranlar üçün “Diners’ Club”ın yaradıcısı Frenk MakNarma düşünüb tapmışdı. Belə kartlar 200 müştəriyə verilmişdi.
- Ən ağır metal pul – XVIII əsrdə İsveç tərəfindən buraxılmış 10 daler hesab olunur. Həmin metal pulun çəkisi 19,7 kq təşkil edirdi!
- ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun portreti təsvir olunan və 1934-cü ildə ABŞ-da buraxılan yüzminlik əskinas ən iri məbləğdə əskinas hesab olunur.
- Dünyanın ən bahalı sikkəsi 1.000.000 dollar nominal dəyərindədir və Kanadada buraxılmışdır. Həmin sikkə 999 əyarlı xalis qızıldan hazırlanıb və çəkisi 100 kq təşkil edir.