Hamiləliyə və doğuşa görə məzuniyyət üçün əmr

posted in: Xəbər | 0
birbank biznes

Hamiləliyə və doğuşa görə məzuniyyətin hüquqi əsasları

Qadınların uşağın doğulmasından əvvəl və sonra uzun müddət işə getməmək hüququ var. Onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyət verilə bilər. Bunu bəzən “analıq məzuniyyəti” yaxud “dekret” də adlandırırlar.

Məzuniyyət işəgötürənin uyğun əmri ili rəsmiləşdirilir və həmin dövr üçün hamiləliyə və doğuma görə müavinət verilir. Rəsmiləşdirmə aşağıdakı sənədlər əsasında aparılır:

Mövcud qanunvericilik əsasında alınmış əmək qabiliyyətinin müvəqqəti itirməsini təsdiq edən xəstəlik vərəqəsi ona məzuniyyət və sosial sığorta müavinəti almaq hüququ verir.

Məzuniyyət üçün ərizə

Hamiləliyə və doğuşa görə məzuniyyətə nə vaxt çıxacağına işçi özü qərar verir. Əlində “analıq məzuniyyəti” haqqında xəstəlik vərəqəsi olsa belə, işçi əmək fəaliyyətini davam etdirə və hamiləliyə və doğuma görə sosial müavinət deyil, müntəzəm maaş ala bilər. İşəgötürənin işçini onun istəyi olmadan məzuniyyətə göndərmək hüququ yoxdur.

Beləliklə, analıq məzuniyyətinə hansı tarixdə getməyə işçi özü qərar verir və bunu ərizədə qeyd edir. Amma, nəzərə almaq lazımdır ki, məzuniyyətə daha gec çıxmaq onun sonunu uzatmır.  Hamiləliyə və doğuşa görə məzuniyyətin bitmə tarixi xəstəlik vərəqəsində göstərilir.

Analıq məzuniyyəti üçün ərizə istənilən formada tərtib edilir, onun məcburi forması yoxdur. Ərizədə “dekretin” verilməsinin əsası və müddəti göstərilir və xəstəlik vərəqəsi əlavə edilir.

Hamiləliyə və doğuşa görə məzuniyyət ərizəsi formasını buradan yüklə 

Hamiləliyə və doğuşa görə məzuniyyət əmri

Analıq məzuniyyətinə çıxacaq işçinin ərizəsi əsasında işəgötürən tərəfindən analıq məzuniyyəti üçün əmr hazırlanır. Əmrin hazırlanması üçün xüsusi standart forma yoxdur.

Analıq məzuniyyəti əmrində xəstəlik vərəqəsinə əsasən məzuniyyətinə başlanğıcı və bitmə tarixi göstərilir. “Dekret” üçün məzuniyyətin müddəti fərqli ola bilər. Hamiləliyə və doğuşa görə sosial məzuniyyət üçün müddətlər təyin edilərkən:

  • qadının işlədiyi sahə;
  • doğuşun çətinlik səviyyəsi;
  • doğulmuş uşaqların sayı;
  • qanunvericilikdə müəyyən edilmiş digər nüanslar nəzərə alınır.

Əmrdə hamiləliyə və doğuma görə müavinətin verilməsi barədə müvafiq qeyd edilir.

Qeyd etdiyimiz kimi, bu müddətləri, məzuniyyətə gec çıxmaqla yaxud işə daha tez qayıtmaqla, yalnız analıq məzuniyyətinə çıxan şəxs azalda bilər. Çox vaxt gələcək analar özlərini yaxşı hiss edirlər və işdən imtina etmək üçün heç bir səbəb görmürlər. Bu halda, əmrdə məzuniyyətin başlama tarixini təyin edir və onun ümumi müddəti azalır.

Hamiləliyə və doğuşa görə məzuniyyət üçün əmr formasını buradan yüklə

Doğuş çətin olduqda yaxud iki və daha çox uşaq doğulduqda məzuniyyətin doğuşdan sonrakı müddəti həkim tərəfindən müvafiq xəstəlik vərəqi ilə uzadıla bilər. Bu zaman işəgötürən analıq məzuniyyətinin müddətinin uzadılması ilə bağlı əmr hazırlayır.

Rəhbərlik tərəfindən imzalanmış hazır əmrlə işçi tanış edilir. Əmrlə tanış olduğunu analıq məzuniyyətinə çıxacaq işçi imzası və tarixlə təsdiq edir.

Hamiləliyə və doğuşa görə məzuniyyətin uzadılması üçün əmr formasını buradan yüklə 

Sonda onu da əlavə edək ki, hamiləliyə və doğuma görə müavinət işəgötürənin iştirakı olmadan Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Buna baxmayaraq işçinin ərizəsi daxil olduqdan sonra, işəgötürən ödənişin icrası üçün lazım olan bütün sənədləri dərhal fonda təqdim etməlidir.

Ezamiyyə zamanı kimlər təhtəlhesab şəxs sayılır?

Print Friendly, PDF & Email