“Mühasib köməkçisi hazırlanması” kursu

posted in: Xəbər | 0

Mühasib köməkçisi hazırlanması“Azərbaycan Mühasiblər Məktəbi” yeni “Mühasib köməkçisi hazırlanması kursunu təklif edir.

Hər kəs öz işinin mütəxəssisi olmaq, nüfuzlu şirkətdə karyera qurmaq və layiqli maaş almağı xəyal edir. Xəyallarınızın reallaşmasına kömək edə bilərik. Necə?

“Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi “Mühasib köməkçisi hazırlanması” kursunu seçin, peşənin əsaslarını öyrənin, əmək bazarında üstünlük əldə edin.

Kursdan mühasibliyə yeni başlayanlar, mühasib köməkçisi kimi işləyənlər, sahibkarlar yararlana bilərlər. Mühasib köməkçisi vəzifəsi haqqında ətraflı buradan məlumat ala bilərsiniz.

Kurs proqramı başlanğıc səviyyəli təlim üçün nəzərdə tutulub, ona görə də mühasibat uçotunda işləməyə gedən və ya artıq işləyən, lakin kifayət qədər təcrübəsi olmayanlar üçün uyğundur.

“Mühasib köməkçisi” kursunun proqramı

  1. Mühasibat uçotunun əsas anlayışları – 2 saat

  • Aktiv, öhdəlik, kapital və balans
  • Debet, kredit, hesablar və müxabirləşmə
  • İlkin uçot sənədləri
  • Maliyyə hesabatları
  1. Vergi sistemi və elektron vergi resurslarına giriş vasitələri ilə tanışlıq – 1 saat

  • E-gov.az saytı ilə tanışlıq
  • E-taxes.gov.az saytı ilə tanışlıq
  • E-taxes.gov.az saytında giriş üçün login-parol-şifrə necə alınmalı?
  • İlkin sənədlərlə tanışlıq, şirkət qeydiyyatından sonra hazır sənədlərin alınması
  • Asan imza nədir? Hardan, necə əldə etməli? İstifadə qaydaları
  • Asan imza – Biznes sertifikatının online qaydada əldə edilməsi və vaxtının uzadılması
  • Asandoc proqramı və istifadə qaydası
  • Hüquqi və fiziki şəxs anlayışı
  • Sahibkarlıq fəaliyyətinin qeydiyyatı üçün tələb olunan ilkin sənədlər
  • Təsisçi qərarı və digər hüquqi sənədlər
  • Praktiki olaraq asandoc proqramı ilə sənəd imzalanması
  • Praktiki olaraq təsisçi qərarlarının hazırlanması
  1. Vergi online kargüzarlığı – 1 saat

  • Fəaliyyət kodunun dəyişdirilməsi, yeni fəaliyyət kodunun əlavə edilməsi
  • Fiziki (hüquqi) şəxsin məlumatlarında dəyişiklik edilməsi
  • Təsərrüfat subyektinin (obyektin) qeydiyyata salınması
  • Təsərrüfat subyektinin (obyektin) qeydiyyatdan çıxarılması
  • Obyektin fəaliyyətinin bərpa edilməsi
  • Fiziki şəxsin fəaliyyətinin dayandırılması
  • Hüquqi şəxsin fəaliyyətinin dayandırılması
  • Dövlət büdcəsinə borcun olub-olmaması barədə arayışın əldə edilməsi
  • ƏDV qeydiyyatı ərizəsi
  1. Alış və satışlar, ilkin sənədlərin hazırlanması, e-qaimə, YGB – 6 saat

  • Alqı-satqı müqavilələrin hazırlanması
  • Hesab-fakturaların hazırlanması
  • E-Qaimələrin hazırlanması və təsdiqlənməsi
  • Təhvil-təslim aktlarının hazırlanması / Avtomatlaşdırılması
  • Yük Gömrük Bəyannaməsi (YGB) / Mal kodunun alınması
  • Yük Gömrük Bəyannaməsi (YGB) / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi
  • Qısa idxal bəyannaməsi məlumatlarının vergi orqanına təqdim edilməsi
  • Praktiki olaraq müqavilələrin hazırlanması
  • Praktiki olaraq təhvil-təslim aktlarının hazırlanması
  • Gələn e-qaimələrin 1C proqramına daxil edilməsi
  • Göndərilən e-qaimələrin 1C proqramına daxil edilməsi
  • Debitor borclar haqqında məlumatların hazırlanması
  • Kreditor borclar haqqında məlumatların hazırlanması
  1. Bank hesabları üzrə əməliyyatlar – 4 saat

  • Bank hesablarının açılması / Tələb olunan sənədlər
  • Şəhadətnamə-dublikatın göndərilməsi qaydası
  • Mövcud bank hesablarından istifadə qaydası və bank əməliyyatları
  • Ödəniş tapşırıqlarının hazırlanması / Ödəniş tapşırıqlarının avtomatlaşdırılması
  • Büdcə təsnifat kodları və səviyyə kodları / Büdcə rekvizitləri
  • İnternet bankinqdən istifadə
  • Konvertasiya
  • Valyuta əməliyyatları
  • Xarici və yerli şirkətlərə ödənişlər
  • Bank əməliyyatlarının 1C proqramına daxil edilməsi
  1. Kassa əməliyyatları – 2 saat

  • Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması.
  • Kassa əməliyyatları
  • Kassa sənədləri
  • Kassa kitabı / Yazılma qaydası
  • Kassa Mədaxil Orderi / Doldurulma qaydası
  • Kassa Məxaric Orderi / Doldurulma qaydası
  • Təhtəlhesab şəxs
  • Ezamiyyət / Ezamiyyət hesablanması
  • Avans hesabatlarının tərtib edilməsi
  • Praktiki olaraq kassa, ezamiyyə sənədlərinin və avans hesabatının tərtib edilməsi
  • Kassa əməliyyatlarının 1C proqramına daxil edilməsi
  1. Əmək haqqı hesablanması – 4 saat

  • Dövlət və neft, qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı hesablanmasının əsasları
  • Vergi güzəştləri
  • Məcburi dövlət sosial sığorta haqqı və ona cəlb edilməyən gəlirlər
  • Məzuniyyət hesablanması zamanı nəzərə alınan və alınmayan gəlirlər
  • Kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamların izahı
  • Praktiki olaraq əməkhaqqı hesablanması
  • Praktiki olaraq məzuniyyət hesablanması
  1. Vergi və satatistika hesabatlarının tərtibatı – 4 saat

  • Fiziki və hüquqi şəxslərin mükəlləfiyyəti
  • Sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı
  • ƏDV bəyannaməsinin tərtibatı
  • Vahid (DSMF) bəyannaməsinin tərtibatı
  • Statistika orqanlarında qeydiyyata durmaq, kod alınması
  • Aylıq (rüblük) statistika hesabatlarının tərtibi
  • Praktiki olaraq vergi bəyannamələrinin misallar ilə tərtibatı

Proqramı yükləyin: “Mühasib köməkçisi hazırlanması” kursu


Necə? Nə vaxt? Harada?

Müddət: 24 saat (1.5 ay)

Başlama tarixi:  Oktyabr

Ümumi məbləğ: 1 aylıq məbləğ 250 manat olmaqla, ümumi məbləğ 400 manat təşkil edir.

Qeydiyyat linki: https://form.cubics.pro/form/


Təlimçi barədə:

Kəmalə Rzayeva 

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili almaqdadır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.


Əlaqə:


Ünvan: Caspian Plaza


Print Friendly, PDF & Email