“Nizamnamə”ni necə yazmalı?
Nizamnamə sözü “nizam” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda, qanun, hökm kimi mənaları ifadə edir.
Məsələn: Nizamnamə üzrə hərəkət etmək – hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusuna riayər etmək deməkdir.
Hər bir qurumun, təşkilatın özünəməxsus nizamnaməsi olur. Məsələn: Partiya nizamnaməsi, Gənc Müəllimlər Birliyinin nizamnaməsi, Səhmdar cəmiyyətin nizamnaməsi və s.
Nümunə
Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin
NİZAMNAMƏSİ
- Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi müstəqil fəaliyyət göstərən könüllü, kütləvi, ictimai-siyasi təşkilatdır.
- Birlik Gürcüstan vətəndaşlarını mənşəyindən, yaşayış yerindən, siyasi mənsubiyyət və baxışlarından, sosial və əmlak vəziyyətindən asılı olmayaraq könüllülük əsasında birləşdirir.
- Birliyin təsisçiləri qismində onun vəzifələrini həyata keçirmək istəyən və bacaran ayrı-ayrı şəxslər müxtəlif ictimai qurumlarda çıxış edə bilərlər.
- Təsisçi cəmiyyətlərin nümayəndələri Birliyin rəhbər orqanlarına seçilə bilərlər.
- Birliyin üzvü olmayan Gürcüstan vətəndaşları, əmək kollektivləri, tədris müəssisələri, səhmdar cəmiyyətləri, ruhani idarələri, ictimai təşkilatlar və həmçinin xarici ölkə vətəndaşları və təşkilatları könüllülük əsasında birliyin işində iştirak edə bilərlər.
Faylı yükləyin: Nizamnamə (249 downloads )
2 Responses
Narmin
Nizamname elave nece edilir?
Muhasibat.Az
Salam. Fayl əlavə edildi. Yükləyə bilərsiniz.