69 yaşlı qadın mühasib voronejlilərin yarım milyon rublunu oğurlayıb.
Voronej şəhərinin polis idarəsi Voronej sakini, 69 yaşlı qadına qarşı qaldırılan cinayət işinin istintaqını başa çatdırıb. O, özgə pullarının mənimsənilməsində ittiham olunur.
Bağçılıq qeyri-kommersiya cəmiyyətində mühasib vəzifəsində işləyən pensiyaçı qadın, xidməti vəzifəsindən sui-istifadə edərək 412 min rublun (təxminən 12.000 manat) arxasına keçib. Bu pullar üzvlük haqlarından ibarət olub və qadın onları kassaya mədaxil etməyib. Bağçılıq təsərrüfatının mühasib əməkdaşı mənimsənilən pulları özünə xərcləyib.
Bu günlərdə pensiyaçı mühasiblə bağlı cinayət işinə baxılması üçün məhkəməyə təhvil verilib. Bu haqda Rusiya Federasiyasının Voronej vilayəti üzrə polis idarəsi məlumat verib. Külli miqdarda mənimsəməyə görə qadını 6 il azadlıqdan məhrumetmə cəzası gözləyir.