Maliyyəçiləri işə qəbul edərkən şirkət sahibləri maliyyə ilə əlaqəli öz xoşbəxtliklərini onlara həvalə edirlər. Buna görə də, nəticədə, onların işinin keyfiyyətinin stimullaşdırılması ilə birbaşa maraqlanırlar. Ən yaxşı stimul isə məlum olduğu kimi, layiqli əməkhaqqıdır.
Ədalət naminə qeyd etmək yerinə düşər ki, bu başlıca olaraq orta və ali rəhbərlik hissəsinə aiddir və yüksək maaşlar onların öz işlərindən maddi cəhətdən məmnun qalmalarına gətirib çıxarır.
Maliyyəçi peşəsinin üstünlüklərinə həm də sözügedən ixtisasın çox cəhətliliyini də əlavə etmək olar. Mütəxəssis həm bankda, həm sığorta şirkətinə, həm kredit təşkilatında, həm də investisiya şirkətlərində, eləcə də öz şəxsi biznesi sahəsində də çaışa bilər.
Peşənin başlıca risklərinə gəldikdə, buna əmək bazarında tələbatın stabil olmamasını misal çəkmək olar. Tələbat əsasən cari iqtisadi vəziyyətdən asılı olur.
Həmçinin bax: