Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) yeri alıcının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.
Buna əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəqliyyat müəssisəsi tərəfindən nəqliyyat vasitələrinin qeyri-rezidentə icarəyə verilməsi üzrə xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası ərazisi hesab olunur və həmin xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir.
Məlumat üçün bildiririk ki, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən “nəqliyyat müəssisəsi” – qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 168-ci maddələri və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli 683-IQ nömrəli Qanunu ilə tənzimlənir.
Mənbə: taxes.gov.az
Bax:
Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış əlavə dəyər vergisi invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?
Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
Hansı halda işçinin kirayə haqqını ödəyəndə sosial sığorta haqqı hesablanmır?
Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?
İşçi vəfat etdikdə vərəsəsinə ödənilən müavinətdən gəlir vergisi və digər məcburi tutulmalar aparılmalıdırmı?
İxtisar olunan işçilərə müavinət necə hesablanır?
Əmək müqaviləsinin ləğv edilməsi