Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 10 %-dən çox artırılır

posted in: Xəbər | 0

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 4 milyard 434,8 milyon manatını və yaxud 48,3 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 750 milyon manatını və yaxud 51,7%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 18 % az və 4 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Mənbə: report.az

631 saylı “Maliyyə gəlirləri” hesabı: müxabirləşmə nümunələri