Mühasib dostu ilə birlikdə təbiət tarixi muzeyinə gəlir. Dinozavrın yanında dayanır və dostuna deyir:
– Bu dinozavrın iki milyon, on ay yaşı var.
– Sən bunu belə dəqiqliklə haradan bilirsən?
– Özün hesabla: mən burada on ay əvvəl olmuşam və bizi muzeylə tanış edən bələdçi söyləmişdi ki, dinozavrın iki milyon yaşı var.
Siz niyə məni aldatmısınız – bankir əsəbi şəkildə mühasib vəzifəsinə yeni qəbul olunmaq istəyən gəncdən soruşur. Bəyan etmisiniz ki, bank sahəsində yeddi illik iş təcrübəniz var. Siz bu sahədə heç işləməmisiniz?!
– Axı, özünüz elanda yazmısınız ki, siz fantaziya sarıdan zəngin bir mütəxəssis axtarırsınız. Mən elə sizin istəyinizə uyğun bir mütəxəssisəm, deyə, gənc özünə bəraət qazandırır.