Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?
Sual: 1. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə satır. Bu halda hansı vergi öhdəlikləri yaranır?
2. Səhmlərin satış dəyəri 200 000 manat keçdiyi halda ƏDV öhdəliyi yaranırmı?
Cavab: Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsindən ƏDV tutulmur.
Bununla yanaşı sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə təqdim etməsi zamanı əldə olunan gəlirlərindən sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Mənbə: taxes.gov.az
Bax:
-
Amortizasiya olunmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclər gəlirdən çıxıla bilər?
-
Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?
-
Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin vergi öhdəliyi