Xidmətin adı: Elektron sənəd mübadiləsi haqqında Müqavilənin müddətinin uzadılması.
Tələb olunanlar: – “Elektron sənəd mübadiləsi haqqında Ərizə”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”
– Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi: ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları
İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 1 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – “ Elektron sənəd mübadiləsi haqqında Müqavilə”nin müddətinin uzadılması haqqında bildiriş (e-qutuya göndərilir)
Elektronlaşdırma səviyyəsi: –
Mənbə: taxes.gov.az