Şəhid ailəsi üçün nəzərdə tutulmuş təminatlar

posted in: Xəbər | 0

Şəhid ailəsi üçün nəzərdə tutulmuş təminatlar

Fərdi sahibkarlar, əmək haqqı, müəllimlərin maaşı, büdcə daxilolmaları, ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıMövzuya keçməzdən əvvəl Vətən torpaqlarının müdafiəsi naminə Şəhidlik zirvəsinə çatan hərbçilərimizə Allah (c.c)dan rəhmət diləyirik.

Bu mövzu çərçivəsində şəhid ailəsi statusu, bu şərəfli statusa çatmış şəxslər üçün nəzərdə tutulmuş təminatlar və qanunvericiliyin mövqeyi barədə izah verməyə çalışacağıq.

Bu şərəfli statusla bağlı münasibətlər Azərbaycan Respublikası qanunvericiliyi ilə birbaşa tənzimləndiyi üçün sadə və qısa izahlar verəcəyik.

Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada (hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında) ölmüş hesab edilən şəxsdir.

Həmçinin göstərilən şəxslər də Şəhid hesab edilirlər:

– 1990-cı il yanvar ayındakı faciəvi hadisələr nəticəsində Bakı, Lənkəran və Neftçalada həlak olanlar

– 11.12.1988-ci ildə Leninakanda təyyarə qəzasında həlak olanlar

– 1988-1990-cı ilin yanvarınadək Azərbaycan Respublikasında Sovet Ordusunun qeyri-qanuni hərəkətləri, manevrləri nəticəsində həlak olan vətəndaşlar

– Düşmənlə sərhəd rayonlarında və Qarabağda düşmən təcavüzü nəticəsində həlak olmuş, itkin düşmüş mülki vətəndaşlar

– Ərazi bütövlüyümüz uğrunda aparılan hərbi əməliyyatlarda həlak olmuş, itkin düşmüş hərbi qulluqçular

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər

– Dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Bu şəxslər isə şəhid ailəsi üzvü sayılır:

ər-arvad,

valideyn,

18 yaşına çatmamış uşaqlar,

18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları,

qardaşlar və bacılar,

uşaq evlərində tərbiyə olunanlar;

peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək;

qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Şəhid ailəsi statusu olan şəxslər üçün nəzərdə tutulmuş bir sıra təminatlar aşağıdakı kimidir:

– Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü – hər şəhidə görə 300 manat məbləğində aylıq

Bu təqaüd şəhidin ailə üzvü statusu olan arvadı (əri), valideynləri, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları ilə eyni müddətdə ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

– hərbi qulluqçu (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, vərəsələrə 11000 manat məbləğində Dövlət Sığorta Kommersiya Şirkəti tərədindən sığorta ödənişi verilir.

– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi (gəlir vergisi) tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri və 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadlarının (ərləri) (təkrar nikaha girmiş olmayan) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

– şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı müəyyən edilib və icra edilir.

– bu statusu almış ailə üzvləri sırasında işləyənlər iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən sanatoriya-kurort putyovkası  təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).

– Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ

– 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət almaq hüququ

– kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.

– dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar.

– Milli Qəhrəmanların ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 110, şəhid ailəsi üzvlərində isə 93.5 manat əlavələr hesablanır.

– ixtisarla bağlı əmək müqaviləsi xitam zamanı işdə saxlanmağa üstünlük hüququ verilir.

Qeyd edək ki, qanunvericiliklə digər təminatlar da nəzərdə tutulmuşdur.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib

posted in: iqtisadiyyat, Xəbər | 0

Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib

Statistika KomitəsiBu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən 2,5% azdır.

Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.

Mənbə: report.az


Exceldə təqvim cədvəlinin qurulması (Calendar Table)

posted in: Excel, Xəbər | 0

Exceldə təqvim cədvəlinin qurulması (Calendar Table)

Təqvim cədvəlləri istənilən data modellərində fundamental əhəmiyyət daşıyır. Çünki dataların bir-biri ilə olan əlaqələrinin analizindən başqa, eyni datanın zaman içərisində necə dəyişdiyi də əhəmiyyətlidir. Bu səbəblə, hər data modelə aid düzgün Təqvim Cədvəlinin qurulması kritik önəmə sahibdir.
Qısaca, Təqvim Cədvəli nədir? – Data modeldə yer alan ən kiçik tarix ilə ən böyük tarix arasındakı hər günə aid tarixlərin sıralandığı bir sütundur. Bu sütundan daha sonra zamana aid bir çox yeni sütun əlavə edilməkdədir. Amma başlanğıc nöqtəsi hər zaman tək bir sütundur.

Burada kritik əhəmiyyət daşıyan nüans – bu diapazondakı tarixlərin kəsintisiz arxa-arxaya gəlmə zərurətidir. Arada unudulan heç bir tarix olmamalıdır (bu daha çox manual data əlavə edildiyi zaman rastlanan bir xətadır). Əks halda, data modelimiz işləməyəcəkdir.

Təqvim cədvəlini 4 fərqli yolla qura bilərik:

1. Excel-dən import edərək

Bu, məsələnin ən yalın və güvənilir olmayan bir həll yoludur. Çünki, zaman keçdikcə, tarixləri Excel-də manual olaraq yenilədikdən və yeni tarixləri əlavə etdikdən sonra, Query ilə Power BI-ya import etmək məcburiyyəti vardır. Və bu, hər yeniləmədə təkrarlanmaqdadır.

Tarixləri bu şəkildə alt-alta yazdıqdan sonra, Power BI daxilindəki Power Query vasitəsilə bu məlumatı çəkə bilərik. Lakin, Excel faylı o və ya bu səbəbdən silinsə, bu tarixlər olan cədvəl səhvliklə sətirlərini itirsə, o halda Power BI-dakı bütün data modelimiz çökəcəkdir. Bu səbəblə, bu yol çox da güvənilir bir yol deyil.

2. CALENDARAUTO funksiyası ilə

Birinci üsuldakı mənfi tərəfləri nəzərə alaraq, Power BI daxilində tamamilə dinamik bir təqvim hazırlamaq imkanımız vardır. Bu imkanın adı – CALENDARAUTO funksiyasıdır.

Menyudan Modeling >> New Table seçdikdən sonra, formul çubuğunda yeni cədvəlin Table= olaraq əmələ gəldiyini görürük.

Cədvəlimizin adını TəqvimCədvəli olaraq dəyişirik:

Funksiyanın cəmi 1 komponenti var: Maliyyə ilinin son ayının sıra nömrəsini müəyyən etmək. Yəni, ilimiz İyul-İyun dövrünə aiddirsə, o zaman 6 (yəni iyunun maliyyə ilinin son ayı olduğunu qeyd edirik), Yanvar-Dekabr aralığında isə 12 yazırıq.

Mən, maliyyə ilimizin ənənəvi Yanvar-Dekabr dövrünə təsadüf etdiyini fərz edir və həmin dövrün son ayı olan Dekabrın sıra nömrəsi olan 12-ni funksiya daxilinə əlavə edirəm. Enter düyməsinə basdıqdan sonra, modelimizdəki ilk tarixdən, ən son tarixə qədər olan bütün günlərin tarixləri alt-alta sıralanacaqdır. Hər hansı bir gün satış etməmiş olsanız belə, həmin tarix bu sıralamada öz yerini alacaqdır.

Bu üsulun mənfi tərəfi odur ki, məsələn, model daxilindəki fərqli bir cədvəldə işçilərə aid hər hansı bir sütunda, həmin işçilərin doğum tarixləri qeyd olunubsa (məsələn, doğum ili 1945 olan), o zaman CALENDARAUTO, o tarixi ən kiçik tarix olaraq qəbul edib, Təqvim Cədvəlimizi 1945-ci ildən etibarən formalaşdıracaqdır. Bu isə, əslində, tam istədiyimiz bir şey deyil. Bizə daha real tarixlər lazımdır. Belə olan halda isə, bu, bizi əsas həll yolu olan CALENDAR funksiyasına gətirəcəkdir.

3. CALENDAR funskiyası ilə – statik

Bu dəfə də menyudan Modeling >> New Table seçirik:

CALENDAR funksiyasını yazdıqdan sonra, 2 komponentdən ibarət olduğunu görəcəyik: Başlanğıc Tarixi və Bitiş Tarixi.

Bu tarixləri manual olaraq, yalın bir şəkildə yaza bilərik:

Görürük ki, CALENDAR funksiyasının daxilindəki komponentləri DATE funksiyası ilə əlavə etdik. DATE funksiyası çox sadə bir funksiya olmaqla bərabər, komponent olaraq, il nömrəsi, ay nömrəsi və gün nömrəsini almaqdadır. Formulu yazıb Enter düyməsinə basdıqdan sonra, yeni Təqvim Cədvəlimiz hazır olmuş olacaqdır.

Lakin, bu, statik bir cədvəldir. Son üsulda, bu cədvəli dinamik hala gətirəcəyik.

4. CALENDAR funksiyası ilə – dinamik

CALENDAR funksiyası ilə illəri 2018 və 2019 olaraq daxil etməyimizin ən böyük mənfi tərəfi odur ki, zaman keçdikcə, biz 2020-ci ilə gəldiyimizdə, funksiyanın içində Bitiş Tarixi olaraq 2019-cu il olduğuna görə, yeni ilə aid heç bir tarix nəzərə alınmayacaqdır. Nəzərə ala bilməsi üçün, funksiyaya daxil olub, ili bir daha dəyişməliyik. Bu cür manual işlərin qarşısını almaq üçün CALENDAR funksiyasındakı illəri aşağıdakı kimi dəyişməliyik:

İzlədiyimiz məntiq son dərəcə bəsitdir:

  1. Əsas datamız olan SalesData cədvəlindəki [Date] sütunundakı ən kiçik dəyərin ilini Başlanğıc Tarixinin ili,
  2. SalesData cədvəlindəki [Date] sütunundakı ən böyük dəyərin ilini isə Bitiş Tarixinin ili olaraq nəzərə alacaqdır.

Beləliklə, modelimizə yeni tarixlər daxil olduqca, hər dəfə model işə düşdükdə DAX motoru, tarixlərin ən böyüyünü tapacaq və onun ilini CALENDAR funksiyasındakı Bitiş Tarixinin ili olaraq əlavə edəcəkdir. Və hər şey bizim müdaxiləmiz olmadan, arxa fonda avtomatik qaydada baş verəcəkdir.

YEKUN – Dinamik CALENDAR funksiyasının digər 3 üsuldan üstünlükləri
  1. vs. Excel – Heç bir xarici təsirdən asılı olmadan, modelin daxilindəki tarixlər əsasında formalaşması
  2. vs. CALENDARAUTO – Sadəcə müəyyən edilən sütundakı tarixləri nəzərə alması
  3. vs. Statik CALENDAR – Başlanğıc və Bitiş tarixlərinin model tərəfindən müstəqil şəkildə yenilənməsi.
Müəllif: Elçin Xəlilov

Bölgə üzrə mühasib tələb olunur

Vakansiya: Mühasib/Ağcabədi təsərrüfatı

İşəgötürən: Azərşəkər LLC

Vakansiya barədə məlumat:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirilməsi

– Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi

– Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparılması

– Bank hesablaşmaları üzrə əməliyyatların aparılması

– Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması

– Qanunvericiliyə uyğun olaraq mühasibat uçotu üzrə sənədləşmənin təşkili

İş yeri Ağcabədi r-nu, Avşar k.

Namizədə tələblər

– Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi

– Maliyyə və ya Mühasibat ixtisasında ali təhsil

– Mühasibat uçotu üzrə beynəlxalq sertifikatlar üstünlükdür

– Office proqramları ilə işləmə bacarığı

– 1C (8.3) proqram təminatında işləmək bacarığı üstünlükdür

– Azərbaycan dili biliyi mütləq. Rus və İngilis dili bilikləri arzuolunandır.

Şirkət mobil telefon, nömrə ilə təmin edir.

Nahar şirkət tərəfindən verilir.

Maraqlanan şəxslər öz CV formalarını Mühasib/Ağcabədi başlığı ilə / elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

1 868 869 870 871 872 873 874 2. 354