Mühasibat uçotu – bu elmdirmi? (2-ci hissə)

birbank biznes

Mühasibat uçotuÖz işlərini elm hesab edən mühasiblərin sayı çox azdır. Baxmayaraq ki, əslində mühasibat uçotu filosoflar tərəfindən işlənib hazırlanmış elmin bütün kriteriyalarına cavab verir. Mühasibat uçotunun niyə elm hesab olunmasına haqqı çatdığını Rusiya Maliyyə nazirliyi yanında mühasibat uçotu üzrə Metodoloji şuranın professoru Y.V.Sokolov izah edir.

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun

Popper (1902-1994) təsdiqlərin kompleks elmi xarakterini yaratmağa imkan verən iki kriteriya irəli sürüb: doğrulama – praktikada təqdim olunmuş müddəaların yoxlanılması, zira bu qaydalar iqtisadi həyatın daha çox faktlarını yaxşı izah etməlidir; və falsifikasiya, yəni, güman edilən nəzəriyyənin izah edə bilmədiyi faktların çıxarılması. Bizim elmdə rəqabət aparan iki nəzəriyyə var: E. Deqranjın (1763-1818) nəzəriyyəsi, o, debeti gəlir kimi, krediti isə xərc kimi izah edir. Bu fərziyyə doğrulama meyarına cavab verir: malları aldıq, təchizatçılar verdilər, yəni, alanda mal kütləsi artır, təchizatçıda isə azalır. Lakin, əməkhaqqı ödənişi və ya artıqların mədaxil olunması ilə bağlı qeydləri bu nəzəriyyə izah edə bilmir. Əslində, əgər mədaxil olunmayan dəyərlər nəzərdə tutulursa, onları heç kim vermir, əksinə sahibkar və ya kreditorlar onları əldə edirlər. O səbəbdən İ.F. Şerin (1846-1924) nəzəriyyəsi daha geniş yayılıb, ona görə bütün hesablar aktivlərə və passivlərə bölünür. Aktiv hesablarda debet artımı, kredit isə nəzərdə tutulan obyektlərdə azalmanı göstərir, passivlərdə isə əksini göstərir. Əvvəlki nəzəriyyədən fərqli olaraq, ikinci nümunədə isə aktiv-passiv hesablarla, başlıca olaraq hesablaşma hesablarında şəxsi vəsaitlər hesabında o, gözəl doğrulana və falsifikasiya oluna bilir.

Bax: Baş mühasib seçimi zamanı necə yanılmayasan? (1-ci hissə)

Kun (1922-1995) paradiqma anlayışını irəli sürüb – dünya birliyi tərəfindən ümumqəbul edilmiş elmi vəziyyətlərin məcmusu. İkili mühasibatlıq bütün dünyada artıq – “soyuq fin sularından tutmuş, odlu Kolxidaya kimi” neçə əsrlərdir ki, aparılır. Buradan aydın olur ki, ikili qeydiyyat elə mühasibat uçotunun elmi paradiqmasıdır. P. Feyerabend (1924-1994) hesab edirdi ki, elm alimlər olan yerdə təşəkkül tapır.

Onlar öz baxışlarını inkişaf etdirir və bir-birilə mübarizə aparırlar. Bu məqalənin müəllifi N.S. Pomazkovla işləməyə başlamışdı, hansı ki, ilkin sənədlərin metodun elementi kimi çıxış etdiyini öyrədirdi və vəssalam, bu baxışı bölüşməyənlər isə peşakarlığına görə yararsız hesab olunaraq, çıxdaş olunurdu. Sonra kafedraya P.V. Mezentsev (1896-1981) rəhbərlik etməyə başladı. O, öyrədirdi ki, sənədlər metod elementi kimi çıxış edə bilməz və başqa cür düşünənlər xidməti yerlərində irəliləyə bilmirdilər.

Bu şəxsi çəkişmələrdə amma, dərin bir məna var idi: birinci halda hesab edilirdi ki, mühasib müəssisənin iqtisadi fəaliyyətini qeyd edir, ikincidə isə – yalnız onun informasiya inikasını.

Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

Beləliklə, elmi kriteriyaların bütün əsas sistemləri təsdiq edir ki, mühasibat uçotu obyektiv və subyektivcəsinə – həqiqi elmdir və onunla məşğul olanların hamısı bununla fəxr edə bilər.

Amma, xüsusi mübahisə etməyə dəyməz, iş ondadır ki, istənilən bilik əgər, ondan ötrü kafedra açılırsa, elmə çevrilir. Misal üçün, bütün ali məktəblərdə hələ bu yaxınlaradək marksizm-leninizm kafedraları var idi, baxmayaraq ki, həmin elm elmlə bağlı kriteriyalara cavab vermirdi. İşlərin rəsmi tərəfinə toxunduqda, onda elmi fənlərin siyahısına əsasən mühasibat uçotu ayrıca pozisiyaya malikdir və ona rəsmi 08.00.12 nömrəsi verilib. Mühasibat uçotu. Statistika. Deməli: nömrə varsa, elm də var.

Məqsəd, mövzu və metod

Mühasibat uçotunun məqsədi – gəlirlərin hesablanması. Təcrübədə isə qəbul olunmuş uçot siyasəti şərtlərində təlimatlar və standartlar sayəsində mühasiblər öz müəssisələrinin gəlirləri hesablayırlar. Bu təlimatlar və standartların tərtibi alimlərin işidir, hansı ki, bizim elmi formalaşdırırlar.

Həmçinin bax: Mühasib peşəsini maraqlı edən 5 fakt


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email