Yol vergisinin vergitutma obyekti

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12-ci maddəsi vergitutma obyektini istənilən verginin müəyyən edilməsi üçün əsas vergitutma elementlərdən biri hesab edir. Yol vergisinin vergitutma obyekti Məcəllənin 210-cu maddəsində şərh edilib.

Yol vergisinin tətbiq səbəbləri

Nəqliyyat dəbdəbə üçün deyil, müasir cəmiyyətin normal fəaliyyətini, insanların rifahını təmin edən zəruri vasitədir. Eyni zamanda, avtonəqliyyat vasitələri cəmiyyət üçün müxtəlif xarici təsirlər yaradır, məsələn:

  • ətraf mühitin işlənmiş qazlarla çirklənməsi;
  • artan səs-küy;
  • yollarda tıxaclar və sair.

Yolların tikintisi, saxlanması və idarəedilməsini də buraya əlavə etsək, deyə bilərik ki, bütün bunlar istənilən ölkənin büdcəsi üçün əhəmiyyətli xərcdir.

Yuxarıda sadalanan problemlri nəzərə alıb deyə bilərik ki, yol vergisinin vergitutma obyektinin nəqliyyayt vasitələri və onların istifadə etdiyi yanacaq (neft məhsulları və maye qaz) olması məntiqlidir.

Yol vergisi nədir?

Azərbyacan Respublikasının vergi qanunvericiliyi yol vergisini birbaşa dövlət vergisi kimi təyin edir.  Müxtəlif ölkələrdə yol vergisi fərqli adlar altında tətbiq edilir, məsələn:

  • nəqliyyat vergisi;
  • nəqliyyat vasitələrinin aksiz vergisi;
  • magistral yoldan istifadə vergisi;
  • nəqliyyat vasitələrinin qeydiyyatı vergisi;
  • mühərrikli nəqliyyat vasitələri vergisi;
  • əmlak vergisi.

Fərqli adlarla tətbiq edilsə də, yol vergisinin vergitutma obyekti, demək olar ki, dəyişmir.

Yol vergisinin yığımını həyata keçirən orqanlar da ölkələr üzrə dəyişə bilər. Verginin yığımı vergi oranları, bələdiyylər, nəqliyyat vasitələrinin qeydiyyatını aparan dövlət qurumları tərəfindən aparıla bilər.

Yol vergisinin vergitutma obyekti

Yol vergisinin əhatə dairəsinə düşən xarici qeydiyyatlı avtonəqliyyatlar  daxil olarkən, həmçinin çıxarkən yol vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Habelə, respublika ərazisində istehsal edilən və daxildə istehlak üçün ayrılmış (yəni topdan satılması nəzərdə tutulan), habelə ölkəyə idxalı həyata keçirilən:

  • benzin (avtomobil üçün nəzərdə tutulan);
  • maye qaz;
  • dizel yanacağı vergitutma obyekti sayılır.

Xarici avtonəqliyyat vasitələri üçün yol vergisi

Həmçinin, xarici dövlətlərin hüquqi şəxslərinə, fiziki şəxslərinə məxsus avtonəqliyyat vasitələri AR ərazisinə daxil olduqda yaxud həmin ərazidən çıxdıqda, həmin avtonəqliyyat vasitələri vergitutma obyektidir.

Nümunə 1: Gürcüstan vətəndaşı özünə məxsus “Toyota” markalı minik avtomobili ilə Azərbaycana daxil olmuşdur. Bu halda Gürcüstan vətəndaşına məxsus olan “Toyota” markalı minik atomobili yol vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir.

Xaricdən gələn minik avtomobilləri üçün yol vergisinin vergitutma obyekti haqqında “AccountingAz” MMC-nin direktoru R. Ramazanovun şərhini buradan oxuya bilərsiniz.

Neft məhsullarına görə yol vergisnin vergitutma obyekti

Qeyd edtdiyimiz kimi nəqliyyat vasitələrindən istifadə ətraf mühütə mənfi təsir göstərir. Bu təsirin qarşısının alınması üçün bir sıra tədbirlər görülür ki, onlardan da biri yol vergisinin tətbiqidir. Respublikamızın ərazisində daxili istehlakı təmin etmək üçün istehsal edilən (topdan satılan), habelə idxal edilən benzin (avtomobil üçün), dizel yanacağı,  maye qaz yol vergisinin vergitutma obyektidir. Neft məhsullarına görə ödənilən yol vergisi haqqında buraya keçid edərək oxuya bilərsiniz.

Nümunə 2: “A” MMC Azərbaycanda daxili istehlak üçün nəzərdə tutulmuş maye qazın və dizelin idxalı ilə məşğul olur. İdxal olunan həmin maye qaz və dizel vergitutma obyektidir.

Bu vergi növü üzrə tutulmalar VM-nin 212-ci maddəsinə uyğun hayta keçirilir. Uyğun vergi dərəcələri ilə buradan tanış olamaq olar. Vergilərin tutulmasına nəzarət vergi və gömrük orqanları həyata keçirilir.


Print Friendly, PDF & Email