Mədən vergisi üzrə vergitutma obyekti

posted in: Xəbər | 0
birbank biznes

Vergilərin hesablanması üçün vergitutma obyektinin müəyyən olunması vacibdir. Bu məqaləmiz mədən vergisi üzrə vergitutma obyekti haqqındadır.

Mədən vergisinin ödəyiciləri

Faydalı qazıntıların çıxarılması üçün yeri təkinin istehsalçılarından tutulan mədən vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsi (XVI fəsil, Mədən vergisi) ilə tənzimlənən dövlət vergisidir və respublikanın bütün ərazisində məcburidir.

Mədən vergisinin ödəyiciləri AR ərazisində yerin təkindən faydalı qazıntıların çıxarılması ilə məşğul olan müəssisələr və fiziki şəxslərdir. Xəzər dənizinin Azərbaycan sektorunda faydalı qazıntı çıxaran şəxslər də buraya aiddir. Beləliklə:

  • ölkə ərazisində faydalı qazıntıların əldə edilməsi məqsədilə qazıntı, mədən işləri aparan bütün şəxslər mədən vergisi ödəyiciləri hesab edilir.
  • bu sıraya həm hüquqi şəxslər, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aiddir;
  • qazıntı Xəzər gölündə aparıldıqda vergi ödənilməlidir, belə ki, yerin təki və orada olan sərvətlər əslində dövlətə məxsusdur.

Mədən vergisi üzrə vergitutma obyektini bilmək vacibdir, çünki hər hansı vergi üzrə büdcəyə ödəniləcək məbləği hesablamaq üçün aşağıdakı vergitutma elementləri müəyyən olunmalıdır (VM, maddə 12):

  • vergitutma obyekti;
  • vergitutma bazası;
  • vergi dərəcəsi.

Bu elementlər müəyyən olunduqdan sonra mədən vergisinin ödəyiciləri faydalı qazıntıları hasilatına görə büdcəyə çatacaq məbləği hesablaya bilər.

Vergitutma obyekti

Ölkəmizin bütün ərazisində, yəni quru ərazidə, su bölgəsindən (burada torpağın altı nəzərdə tutulur) çıxarılan xam neft, qeyri-filiz faydalı qazıntılar mədən vergisi üzrə vergitutma obyektidir. Yəni verginin hesablanmasının başlanğıc nöqtəsi yerin təkindən çıxarılan faydalı qazıntı” anlayışıdır.

Mədən vergisi üzrə vergitutma obyekti yalnız hasil edilən faydalı qazıntıdır. Faydalı qazıntılar insanlar tərəfindən yerin təkindən çıxarılan, sənaye və məişətdə istifadə etdiyi təbii mineral törəmələrdir (kimyəvi maddələr, qiymətli daşlar və sair).

Vergitutma məqsədləri üçün faydalı qazıntıları şərti olaraq iki qrupa bölmək olar. Birinci qrupa aşağıdakılar aid edilir:

  • xam neft;
  • təbii qaz;
  • filizlər (metallar).

İkinci qrup qeyri-fliz faydalı qazıntıları əhatə edir. Seolit, çınqıl xammalı, tikinti qumları, mişar daşları, duz, mineral suları nümunə kimi göstərmək olar.

Veritutma bazası

Vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Mədən vergisi üzrə vergitutma bazası hasil edilən faydalı qazıntının növündən asılı olaraq  müəyyən edilir. Bu zaman vergitutma obyektinin yuxarıda şərh etdiyimiz şərti bölgüsündən istifadə edilir.

  1. Birinci qrupa aid edilən faydalı qazıntılar üzrə vergitutma bazası onların topdansatış qiymətləri əsasında müəyyən edilir.
  2. İkinci qrup faydalı qazıntılar üçün onların hər kubmetri nəzərə alınır.

Nümunə 1: Neft və qazçıxarma müəssisəsi ay ərzində 890 000 kub metr təbii qaz hasil edib. Hasil edilmiş qazın 700 000 kub metrini həmin ayda təqdim edib. Mədən vergisi üzrə vergitutma obyekti hasil edilən təbii qaz, vergitutma bazası isə hasil edilən 890 000 kub metr qazın topdansatış qiyməti olacaqdır.

Nümunə 2: Müəssisə 2023-cü ilin oktyabrında 30 000 kubmetr yodlu bromlu sular hasil etmiş və 23.000 kubmetrini həmin ay ərzində satmışdır. Mədən vergisi üzrə vergitutma obyekti hasil edilən bromlu su, vergitutma bazası isə hasil edilən qazın həcmi – 30 000 kub metr olacaqdır.

Hesablamalar zamanı faydalı qazıntıların hər bir növü üçün vergitutma bazasına fərqli vergi dərəcəsi tətbiq olunur.


Print Friendly, PDF & Email